Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/5 s. 12—16
  • Allahın Padşahlığının gətirəcəyi qurtuluş yaxındır!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığının gətirəcəyi qurtuluş yaxındır!
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Qurtuluşa indi daha çox ehtiyac var
  • Qurtuluş yalnız Yehovadan gələcək
  • Ədalətli hökumət
  • Axır günlər sona yetmək üzrədir!
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Padşahlığı nələr edəcəkdir?
    Gözətçi qülləsi 2001
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/5 s. 12—16

Allahın Padşahlığının gətirəcəyi qurtuluş yaxındır!

«Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (MAT. 6:10).

1. İsanın əsas təlimi nədən ibarət idi?

İSA MƏSİHİN Dağüstü təbliğinə nümunəvi dua daxildir. Bu duada onun əsas təlimi yığcam şəkildə təsvir edilir. O, davamçılarına belə dua etməyi öyrədirdi: «Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (Mat. 6:9-13). İsa «şəhərləri və kəndləri dolaşıb təbliğ edərək Allahın Səltənətini müjdələyirdi» (Luka 8:1). Məsih davamçılarını təşviq edirdi: «Əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» (Mat. 6:33). Bu məqaləni araşdırarkən xidmətində bu materialdan necə istifadə edəcəyinə diqqət yetir. Məsələn, bu suallara necə cavab verərdin: Padşahlıq müjdəsi nə dərəcədə vacibdir? Bəşəriyyət nədən xilas olunmalıdır? Allahın Padşahlığı necə xilas edəcək?

2. Padşahlıq müjdəsi nə dərəcədə vacibdir?

2 İsa peyğəmbərlik etmişdir: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Mat. 24:14). Allahın Padşahlığı haqqında xoş xəbər olduqca vacibdir. Bu, dünyada səslənən ən vacib xəbərdir! Bütün dünyada Yehovanın Şahidlərinin 100 000-dən çox yığıncağında Allahın təxminən yeddi milyon xidmətçisi Padşahlığın artıq qurulduğunu bəyan edərək misilsiz təbliğ işində iştirak edir. Padşahlığın qurulması xoş xəbərdir, çünki bu, yerin işlərini tamamilə nəzarət altına götürmək üçün Allahın artıq göylərdə hökumət təsis etdiyini bildirir. Padşahlığının rəhbərliyi altında Yehovanın iradəsi göydə olduğu kimi, yerdə də icra olunacaq.

3, 4. Allahın iradəsi yer üzündə icra ediləndə nələr baş verəcək?

3 Allahın iradəsinin yer üzündə icra edilməsi bəşəriyyətə hansı xeyir-duaları gətirəcək? Yehova insanların «gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:4). İnsanlar miras aldıqları günah və qeyri-kamillik üzündən xəstələnib ölməyəcəklər. Allahın yaddaşında olan ölülərin əbədi yaşamaq imkanı olacaq, çünki Müqəddəs Kitabda vəd edilir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həv. iş. 24:15). Artıq müharibə, xəstəliklər, aclıq olmayacaq və Yer kürəsi Cənnətə çevriləcək. Hətta indi təhlükəli olan heyvanlar da insanlarla və bir-birləri ilə sülhdə yaşayacaqlar (Məz. 46:9; 72:16; Yeşaya 11:6-9; 33:24; Luka 23:43).

4 Buna görə də təəccüblü deyil ki, Padşahlığın rəhbərliyinin gətirəcəyi gözəl xeyir-duaları Müqəddəs Kitab belə təsvir edir: «Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq». Bəs pislik törədənlər haqqında nə demək olar? Müqəddəs Yazılarda qabaqcadan deyilir: «Bir az gözlə, pis yox olacaq». Amma Yehovaya «ümid bağlayanlar ölkəni mülk olaraq alacaq» (Məz. 37:9-11).

5. İndiki sistemin aqibəti necə olacaq?

5 Bütün bunların həyata keçməsi üçün indiki sistem özünün bir-biri ilə ədavətdə olan hökumətləri, dinləri və ticarət sistemləri ilə aradan qaldırılmalıdır. Səmavi hökumətin həyata keçirəcəyi məhz bu olacaq. Daniel peyğəmbər Allahdan ilham alaraq söyləmişdi: «O [indi mövcud olan] padşahların dövründə göylərin Allahı [göydə] heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki [indiki] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Dan. 2:44). Sonra Allahın Padşahlığı, yəni yeni səmavi hökumət yer üzündəki yeni insan cəmiyyəti üzərində hökmranlıq edəcək. Həmin vaxt «yeni göylər və yeni yer» olacaq və ‘onlarda salehlik ömür sürəcək (2 Pet. 3:13).

Qurtuluşa indi daha çox ehtiyac var

6. Müqəddəs Kitab pis dünyanın nə dərəcədə bərbad halda olduğunu necə təsvir edir?

6 Şeytan, Adəm və Həvva özləri üçün nəyin düz və nəyin səhv olduğunu qərara almağı istəyərək Allaha qarşı üsyan qaldırmaqla bəşər ailəsini fəlakətli yola sürüklədilər. Təxminən 1 600 il sonra, Böyük Daşqından əvvəl ‘yer üzündəki insanların şər əməlləri çox idi və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlirdi’ (Yar. 6:5). Daşqından təxminən 1 300 il keçəndən sonra yer üzündəki vəziyyətin acınacaqlı olduğunu görən Süleyman bu sözləri yazdı: «Çoxdan ölüb getmiş adamları hələ diri qalanlardan daha xoşbəxt saydım. Bunlardan da xoşbəxt o adamdır ki, hələ dünyaya gəlməyib, səma altında edilən pisliyi görməyib» (Vaiz 4:2, 3). Təxminən 3 000 il sonra, bizim günlərdə, pislik getdikcə artır.

7. Allah tərəfindən qurtuluşa nə üçün indi daha çox ehtiyac duyulur?

7 Düzdür, pislik həmişə olub, amma Allahın Padşahlığı tərəfindən qurtuluşa bu gün daha çox ehtiyac duyulur. Keçən əsrdə vəziyyət əvvəllər olduğundan daha acınacaqlı olmuşdu və get-gedə pisləşməkdədir. Misal üçün, bir institutun hesabatında deyilir: «Təkcə [20-ci] əsrdə baş verən müharibələrin qurbanları, eramızın əvvəlki yüzilliklərində ölənlərin sayından üç dəfə çoxdur» («Worldwatch Institute»). 1914-cü ildən etibarən müharibələrdə 100 milyondan çox insan həyatını itirmişdir. Bir ensiklopediyaya əsasən, İkinci Dünya müharibəsində 60 milyonadək insan ölüb. Bəzi dövlətlərin nüvə silahına malik olduğunu nəzərə alsaq, insanlar dünya əhalisinin böyük hissəsini məhv etməyə qadirdirlər. Elmdə və tibdə əldə olunan nailiyyətlərə baxmayaraq, hər il aclıqdan təxminən beş milyon uşaq tələf olur. («Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 9-cu fəslinə baxın.)

8. İnsanların min illərlə idarə etməsi nəyi sübut edir?

8 İnsanların pisliyi aradan qaldırmaq cəhdləri boşa çıxıb. Bu dünyanın siyasi, ticarət və dini quruluşları insanların sülhə, firavanlığa və sağlamlığa olan başlıca ehtiyaclarını heç vaxt təmin etməmişdir. Onlar bəşəriyyətin böyük problemlərini həll etmək əvəzinə, onları daha da artırıblar. Şübhəsiz ki, insanların min illərlə idarə etməsi növbəti sözlərin doğruluğunu sübut edir: «İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yer. 10:23). Bəli, «bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9). Üstəlik, «bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir» (Rom. 8:22).

9. Həqiqi məsihçilər «axır günlərdə» vəziyyətin necə olacağını bilirlər?

9 Bizim zəmanə haqqında Müqəddəs Kitabda peyğəmbərlik edilmişdir: «Axır günlərdə çətin anlar gələcəkdir». İnsan hakimiyyətinin rəhbərliyi altında olan axır günlərdəki vəziyyəti təsvir etdikdən sonra həmin peyğəmbərlikdə deyilir: «Pis adamlar və saxtakarlar... getdikcə daha betər olacaqlar». (2 Timoteyə 3:1-5, 13 ayələrini oxu.) Məsihçilər bunun belə olacağını bilirlər, çünki «bütün dünya... şəririn [Şeytanın] hakimiyyəti altındadır» (1 Yəh. 5:19). Ancaq sevindirici haldır ki, tezliklə Allah Onu sevənləri qurtaracaq. Bu insanlar iti sürətlə pisləşən dünyadan xilas olunacaqlar.

Qurtuluş yalnız Yehovadan gələcək

10. Nəyə görə qurtuluş yalnız Yehovadan gələcək?

10 Xoş xəbəri təbliğ edərkən vurğula ki, qurtuluş yalnız Yehovadan gələcək. Öz xidmətçilərini istənilən pis vəziyyətdən xilas etməyə yalnız Onun gücü və istəyi var (Həv. iş. 4:24, 31; Vəhy 4:11). Biz əmin ola bilərik ki, Yehova xalqını həmişə xilas edəcək və niyyətlərini həyata keçirəcək, çünki O and içmişdir: «Mütləq düşündüyüm kimi olacaq». Onun sözü ‘boş yerə yanına qayıtmaz’. (Yeşaya 14:24, 25; 55:10, 11 ayələrini oxu.)

11, 12. Allah xidmətçilərinə hansı zəmanəti verir?

11 Yehova zəmanət verir ki, pislərin üzərində hökmünü icra edəndə Öz xidmətçilərini xilas edəcək. Allah Yeremya peyğəmbəri qatı günahkarların yanına göndərib cəsarətli olmağı tapşıranda ona dedi: «Qorxma». Yeremya nə üçün qorxmamalı idi? Çünki Yehova «səni qurtarmaq üçün Mən səninlə olacağam» dedi (Yer. 1:8). Eynilə, Yehova pis Sodom və Homorranı məhv etməzdən əvvəl Lutu və onun ailəsini həmin ərazidən çıxarmaq üçün iki mələyini göndərdi. Sonra isə Yehova «Sodom və Homorranın üzərinə... odlu kükürd yağdırdı» (Yar. 19:15, 24, 25).

12 Yehova bütün dünyada olan xidmətçilərini qurtarmağa qadirdir. O, qədimdəki pis dünyanı Daşqınla məhv edərkən, «Nuh da daxil olmaqla, səkkiz nəfərin canını saxladı» (2 Pet. 2:5). Yehova indiki pis sistemi məhv edəndə yenə salehləri qurtaracaq. Buna görə Onun Kəlamında deyilir: «Ölkədəki həlim ürəklilər, Rəbbə meyl salın! Salehliyə meyl salın! Təvazökarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz» (Sef. 2:3). Dünya miqyasında baş verəcək həmin hadisədən sonra «əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq» (Sül. məs. 2:21, 22).

13. Yehova həyatlarını itirmiş xidmətçilərini necə qurtaracaq?

13 Allahın bir çox xidmətçiləri xəstəlik, təqib və digər səbəblərdən həyatlarını itirmişlər (Mat. 24:9). Bəs onlar necə qurtulacaqlar? Artıq qeyd edildiyi kimi, ‘salehlərin dirilməsi olacaqdır’ (Həv. iş. 24:15). Yehovanın Öz xidmətçilərini qurtarmasına heç nəyin mane olmadığını bilmək necə də təsəllivericidir!

Ədalətli hökumət

14. Biz Allahın Padşahlığının ədalətli hökumət olduğuna nə üçün əminik?

14 Təbliğ zamanı izah edə bilərsən ki, Yehovanın səmavi Padşahlığı ədalətli hökumətdir. Çünki bu hökumət Allahın  haqq-ədalət və məhəbbət kimi ecazkar keyfiyyətlərini əks etdirir (Qanun. t. 32:4; 1 Yəh. 4:8). Allah bu Padşahlığı İsa Məsihə — yeri idarə etmək üçün ən münasib şəxsə həvalə edib. 144 000 məsh edilmiş məsihçinin yer üzündən satın alınması və göylər həyatına dirildilərək Məsihlə bərabər yer üzünü idarə etməsi də Yehovanın niyyətinə daxil idi (Vəhy 14:1-5).

15. Allahın Padşahlığının rəhbərliyi ilə insan rəhbərliyi arasındakı təzad nədən ibarətdir?

15 İsa Məsihin və 144 000 hakimiyyət şərikinin rəhbərliyi ilə qeyri-kamil insanların rəhbərliyi arasında necə də böyük təzad olacaq! İndiki sistemin rəhbərləri adətən qəddar olur və öz vətəndaşlarını milyonlarla insanların tələfinə səbəb olan müharibələrə təhrik edirlər. Təəccüblü deyil ki, Müqəddəs Yazılar bizə, «qurtara bilməyən bəşər oğluna» güvənməməyi məsləhət görür! (Məz. 146:3). Məsihin rəhbərliyi necə də valehedici olacaq! İsa demişdir: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (Mat. 11:28-30).

Axır günlər sona yetmək üzrədir!

16. Axır günlər necə sona çatacaq?

16 İndiki sistem 1914-cü ildən etibarən öz son günlərini yaşayır (Mat. 24:3). İsanın «böyük məşəqqət» adlandırdığı hadisə çox tezliklə baş verəcək. (Matta 24:21 ayəsini oxu.) Misli görünməmiş bu məşəqqət Şeytanın dünyasını tamamilə darmadağın edəcək. Bəs böyük məşəqqət necə başlayacaq və nə ilə qurtaracaq?

17. Müqəddəs Kitabda böyük məşəqqətin başlanğıcı necə təsvir olunur?

17 Böyük məşəqqət qəflətən başlayacaq. Bəli, «Rəbbin [Yehovanın] Günü» gözlənilmədən, «insanlar: “Sülh və təhlükəsizlik”, — deyəndə» gələcək. (1 Salonikililərə 5:2, 3 ayələrini oxu.) Qabaqcadan deyilmiş məşəqqət, millətlər özlərinin bəzi böyük problemlərinin həllinə yaxın olduğunu düşünəndə başlayacaq. Yalan dinin dünya imperiyası olan «Böyük Babil»in qəfil məhvi dünya üçün gözlənilməz olacaq. Böyük Babil üzərində hökm icra ediləndə padşahları və başqalarını təəccüb bürüyəcək (Vəhy 17:1-6, 18; 18:9, 10, 15, 16, 19).

18. Şeytan Yehovanın xalqına hücum edəndə Yehova buna necə münasibət göstərəcək?

18 Həlledici məqamda «günəşdə, ayda və ulduzlarda əlamətlər olacaqdır» və «İnsan Oğlunun əlaməti göydə görünəcək». O zaman biz ‘yuxarı baxa [bilərik], çünki qurtuluşumuz yaxınlaşır’ (Luka 21:25-28; Mat. 24:29, 30). Şeytan, yəni Qoq öz ordusunu Allahın xalqına qarşı çıxaracaq. Ancaq Yehovanın Öz sadiq xidmətçilərinə edilən bu hücuma münasibəti haqda Müqəddəs Kitabda deyilir: «Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur» (Zək. 2:8). Buna görə də Şeytanın onları məhv etmək cəhdi müvəffəqiyyətsiz olacaq. Nə üçün? Çünki Hökmdar Allah Yehova xidmətçilərini qurtarmaq üçün dərhal hərəkətə keçəcək (Yez. 38:9, 18).

19. Nəyə görə əmin ola bilərik ki, Allahın ruhani varlıqlar ordusu Şeytanın dünyasını məhv edəcək?

19 Allah xalqlara qarşı tədbir görəndə onlar Onun Yehova olduğunu biləcəklər (Yez. 36:23). Allah Şeytan sisteminin yer üzündəki qalan hissəsini məhv etmək üçün Məsih İsanın rəhbərliyi altında çoxsaylı ruhani varlıqlar ordusu göndərəcək (Vəhy 19:11-19). Bir dəfə yalnız bir mələyin bir gecədə Allahın düşmənlərindən ‘yüz səksən beş min nəfəri qırdığını’ xatırlasaq əmin ola bilərik ki, səmavi ordu böyük məşəqqətin yüksək nöqtəsi olan Har-Megidonda Şeytanın yer üzündəki hər bir qalığını asanlıqla məhv edəcək (2 Pad. 19:35; Vəhy 16:14, 16). Şeytan və onun cinləri min illiyə dibsiz dərinliklərə atılacaq. Axırda onlar məhv ediləcəklər (Vəhy 20:1-3).

20. Yehova Padşahlığı vasitəsilə nələri həyata keçirəcək?

20 Bununla da yer pislikdən təmizlənəcək və saleh insanlar bütün dünyada əbədi yaşayacaqlar. Yehovanın Böyük Xilaskar olduğu bəlli olacaq (Məz. 145:20). Padşahlığının vasitəsilə O Öz hökmranlığına bəraət qazandıracaq, müqəddəs ismini təqdis edəcək və yer üçün olan möhtəşəm niyyətini həyata keçirəcək. Gəlin bu xoş xəbəri bəyan edərək və ‘əbədi həyata meylli olanlara’ (YD) Allahın Padşahlığı tərəfindən qurtuluşun yaxın olduğunu dərk etməyə kömək edərək xidmətimizdən sevinc duyaq! (Həv. iş. 13:48).

Yadınızdadırmı?

• İsa Padşahlığının vacibliyini necə vurğuladı?

• Nəyə görə qurtuluşa ehtiyac həmişəkindən daha böyükdür?

• Böyük məşəqqətdə hansı hadisələrin olacağını gözləyirik?

• Yehovanın Böyük Xilaskar olduğu nədən bəlli olacaq?

[12 və 13-cü səhifələrdəki şəkillər]

Allahın Kəlamında bizim günlərdə bütün dünyada misilsiz təbliğ işinin olacağı peyğəmbərlik edilmişdir

[15-ci səhifədəki şəkil]

Yehova Nuhu və onun ailəsini xilas etdiyi kimi, bizi də xilas edə bilər

[16-cı səhifədəki şəkil]

Yehova «bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq» (Vəhy 21:4)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş