Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/4 s. 24—27
  • Müqəddəs Kitab həyatları dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab həyatları dəyişir
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Narkotikdən necə yaxa qurtara bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/4 s. 24—27

Müqəddəs Kitab həyatları dəyişir

Brilyant qaçaqmalçılığı ilə məşğul olub, öz müdirindən oğurlayan qadını dürüst işçi olmağa nə təşviq etdi? İki dəfə intihar etməyə cəhd göstərən qadına həyatın mənasını tapmağa nə kömək etdi? Spirtli içkilərdən və narkotik maddələrdən sui-istifadə edən adam bu zərərli vərdişlərdən yaxa qurtarmaq üçün gücü haradan tapdı? Gəlin görək onlar özləri bu haqda nə deyirlər.

ÜMUMİ TANIŞLIQ

ADI: MARQARET DEBARN

YAŞI: 45

ÖLKƏ: BOTSVANA

KEÇMİŞİ: QAÇAQMALÇI VƏ OĞRU

TARİXÇƏM: Əslən alman olan atam Cənub-Şərqi Afrikanın (indi Namibiya) vətəndaşlığını qəbul etmişdi. Anam Botsvanadan, Manqoloqa qəbiləsindən idi. Özüm Namibiyanın Qobabis şəhərində anadan olmuşam.

1970-ci illərdə Cənubi Afrika hökuməti Namibiyanı güclü nəzarət altında saxlayır, bütün şəhər və kəndlərdə aparteid qanunlarını ciddi surətdə həyata keçirirdi. Valideynlərim müxtəlif irqlərdən olduğundan ayrılmağa məcbur oldular. Beləliklə, anam qardaşlarımı, bacılarımı və məni götürüb Botsvananın dağlıq ərazisi olan Qansiyə köçdü.

1979-cu ildə mən Botsvananın Lobatse şəhərinə köçdüm və məktəbi qurtarana kimi bir ailənin öhdəliyi altında yaşadım. Sonra avtotəmir emalatxanasında katibə kimi işləməyə başladım. Uşaqlıqdan inanırdım ki, Allah insanların qayğısına qalmır, özünü və ailəsini, hansı yolla olursa-olsun, insan özü təmin etməlidir.

İşdə məsuliyyətli vəzifə tutmağımdan yararlanaraq, müdirimdən ehtiyat hissələri oğurlayıb satırdım. Gecə şəhərdən qatar keçəndə dostlarımla qatara minib əlimizə keçəni oğurlayırdıq. Bundan əlavə, brilyant, qızıl və tunc qaçaqmalçılığı ilə məşğul olmağa və narkotik qəbul etməyə başladım. Get-gedə daha çox qəddarlaşırdım və həyatımda çoxlu oğlanlar var idi.

Sonra, 1993-cü ildə axır ki, oğurluq üstündə tutuldum və işdən qovuldum. «Dostlarım» özlərinin də ələ keçəcəklərindən qorxaraq məni tərk etdilər. Onların bu hərəkəti ürəyimi sındırdı və qərara gəldim ki, heç kimə etibar etmək olmaz.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: 1994-cü ildə missioner kimi xidmət edən Tim və Vircinya adlı iki Yehovanın Şahidi ilə rastlaşdım. Onlar yeni iş yerimə gəlir, nahar fasiləsində mənə Müqəddəs Kitabı öyrədirdilər. Sonralar, etibarlı adam olduqlarını başa düşəndə, öyrənmə keçirmək üçün onları evimə dəvət etdim.

Tezliklə anladım ki, əgər Allahı razı salmaq istəyirəmsə, həyat tərzimdə dəyişiklik etməliyəm. Məsələn, 1 Korinflilərə 6:9, 10 ayələrindən öyrəndim ki, «nə əxlaqsızlar,.. nə oğrular, nə tamahkarlar, nə sərxoşlar, nə acıdillər, nə də qəsbkarlar Allahın Səltənətini miras almayacaqlar». Bir-bir pis vərdişlərimi tərgitməyə başladım. Oğurluğun daşını atdım. Birlikdə böyüdüyüm quldurlarla ünsiyyəti kəsdim. Sonra Yehova oğlanları həyatımdan çıxarmağa mənə güc verdi.

MƏNƏ FAYDASI: Çox çalışdıqdan sonra özümü cilovlamağı və nə isə öz qaydasında olmayanda uşaqlarımın üstünə qışqırmamağı öyrəndim (Efeslilərə 4:31). İndi hər şeyi sakit-sakit müzakirə etməyə çalışıram. Bu cür danışmaq arzuolunan nəticələri gətirir və bir ailə kimi bizi bir-birimizə yaxınlaşdırır.

Keçmiş dostlarım, hətta qonşular artıq bilirlər ki, mənə etibar etmək olar. İndi əşyalara və pula vicdanla yanaşan etibarlı, dürüst işçi olmuşam. Buna görə də, vaxtımın çox hissəsini insanlara Müqəddəs Kitabı öyrətməyə sərf etməklə yanaşı, özümü də təmin edə bilirəm. Süleymanın məsəlləri 10:22 ayəsində yazılan sözlərlə ürəkdən razıyam: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz».

ÜMUMİ TANIŞLIQ

ADI: QLORİA ELİZARRARAS DE ÇOPERENA

YAŞI: 37

ÖLKƏ: MEKSİKA

KEÇMİŞİ: İNTİHAR ETMƏYƏ CƏHD GÖSTƏRİB

TARİXÇƏM: Mən Mexiko Ştatının varlı bölgəsi olan Naukalpanda böyüyüb boya-başa çatmışam. Gənc yaşlarımdan çox dikbaş olmuşam və şənliklərə getməyi xoşlamışam. 12 yaşımda siqaret çəkməyə, 14 yaşımda içməyə, 16-da isə narkotik qəbul etməyə başlamışam. Bir neçə ildən sonra evdən çıxıb getdim. Dostlarımın əksəriyyəti normal ailədən çıxmamışdı, onlar ya fiziki, ya da sözlərlə təhqirə məruz qalmışdılar. Həyat mənə elə ümidsiz görünürdü ki, iki dəfə intihar etməyə cəhd göstərdim.

19 yaşım olanda manekenlik etməyə başladım. Siyasət və əyləncə dünyasının adamları ilə təmasda olurdum. Əvvəl-axır ailə qurdum, uşaq sahibi oldum, ancaq ailədə bütün qərarları qəbul edən mən idim. Mən yenə də içməyə və çəkməyə davam edir, vaxtımı dost-tanışlarla keçirirdim. Bir sözdən bir bayağı ifadələr işlədir, nalayiq zarafatları xoşlayırdım. Çox pis xasiyyətim var idi.

Dostluq etdiyim insanların əksəriyyəti də eyni cür həyat sürürdülər. Onlara elə gəlirdi ki, mənim hər şeyim var. Ancaq həyat mənə boş və mənasız gəlirdi.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: 1998-ci ildə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Müqəddəs Kitabdan öyrəndim ki, həyatın mənası var, Yehova Allah yerdə Cənnəti bərpa edəcək, ölüləri dirildəcək və mən də gələcəkdə belə şəraitdə yaşaya bilərəm.

Həmçinin başa düşdüm ki, Allahı sevdiyimi ona tabe olmaqla göstərə bilərəm (1 Yəhya 5:3). Əvvəlcə bu mənə çox çətin gəlirdi, çünki heç vaxt heç kimdən məsləhət qəbul etməmişdim. Ancaq axırda etiraf etdim ki, həyatıma bundan sonra da özüm istiqamət verə bilmərəm (Yeremya 10:23). Yehovaya mənə yol göstərməsi üçün dua etdim. Ondan xahiş etdim ki, həyatımı Onun normalarına uyğunlaşdırmağa və uşaqlarıma mənim kimi həyat sürməməyi öyrətməyə kömək etsin.

Lazımi dəyişiklikləri etmək mənim üçün çox çətin idi, buna baxmayaraq, Efeslilərə 4:22-24 ayələrindəki məsləhətə əməl etməyə başladım: «Əvvəlki yaşayışınıza məxsus olub, aldadıcı ehtiraslarla pozulmuş köhnə mənliyi kənara atın... Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin». Mənim üçün yeni mənliyi geyinmək siqaret çəkmək kimi pis vərdişləri tərgitmək demək idi. Həm də nalayiq sözləri nitqimdən çıxararaq söz ehtiyatımı yeniləşdirməli oldum. Lazımi dəyişiklikləri etmək və Yehovanın Şahidi kimi vəftiz ola bilmək üçün mənə təxminən üç il lazım gəldi.

Bundan başqa, mən həyat yoldaşı və ana kimi daşıdığım məsuliyyətlərə ciddi yanaşmağa başladım. İndi 1 Peter 3:1, 2 ayələrindəki məsləhətə əməl edirəm: «Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bəziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər».

MƏNƏ FAYDASI: Həyatın mənasını tapdığım üçün Yehovaya olduqca minnətdaram. İndi görürəm ki, çox dəyişilmişəm və uşaqlarıma yaxşı tərbiyə verə bilirəm. Hərdən ürəyim məni keçmiş hərəkətlərimə görə qınasa da, Yehova ürəyimi görür (1 Yəhya 3:19, 20). Heç şübhə yoxdur ki, Müqəddəs Kitab normalarına uyğun yaşamaq məni zərərdən qoruyur və qəlb rahatlığı gətirir.

ÜMUMİ TANIŞLIQ

ADI: JEİLSON KORREA DE OLİVEYRA

YAŞI: 33

ÖLKƏ: BRAZİLİYA

KEÇMİŞİ: ƏYYAŞ VƏ NARKOMAN

TARİXÇƏM: Mən Braziliyanın Uruqvayla sərhədinə yaxın yerləşən, təxminən 100 000 nəfərlik əhalisi olan Baje şəhərində doğulmuşam. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olurdu. Mən quldur dəstələrinin zorakılıq törətdiyi, əyyaşlıq və narkomaniyanın gənclər arasında geniş yayıldığı kasıb ərazidə böyümüşəm.

Məktəbi bitirdikdən sonra içməyə, marixuana çəkməyə, ağır rok musiqisi dinləməyə başladım. Mən Allaha inanmırdım və düşünürdüm ki, dünyadakı əzab-əziyyət və qarmaqarışıqlıq Allahın mövcud olmadığına sübutdur.

Mən gitara çalır və mahnı yazırdım. Mahnılarım üçün çox vaxt Müqəddəs Yazıların «Vəhy» kitabındakı sözlərdən ilham alırdım. Musiqi qrupum gözlədiyim qədər uğur qazanmadı, buna görə də getdikcə güclü narkotiklər qəbul etməyə başladım. Vecimə deyildi ki, yüksək dozadan ölə bilərəm. Pərəstiş etdiyim bir çox müğənnilər məhz bu səbəbdən həyatlarını itirmişdilər.

Narkotik almaq üçün məni böyüdən nənəmdən pul götürürdüm. Pulu nəyə xərclədiyimi soruşanda onu aldadırdım. Bütün bunlar az imiş kimi, spiritizimlə də məşğul olmağa başladım. Qara magiya mənə çox maraqlı gəlirdi. Onun musiqi əsərlərimi zənginləşdirəcəyini düşünürdüm.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Müqəddəs Kitabı öyrənməyə və Yehovanın Şahidlərinin görüşlərinə getməyə başladıqdan sonra mənim düşüncə tərzim və xasiyyətim dəyişilməyə başladı. Tədricən ürəyimdə yaşamaq və xoşbəxt olmaq arzusu oyandı. Yeni düşüncə tərzinə sahib olandan sonra narazılıq və etiraz əlaməti olaraq uzatdığım saçlarımı kəsmək qərarına gəldim. Sonra başa düşdüm ki, əgər Allaha məqbul olmaq istəyirəmsə, spirtli içkilərdən sui-istifadə etməyə, narkotik qəbul etməyə və siqaret çəkməyə son qoymalıyam. Həmçinin musiqi seçimində də dəyişiklik etməyin lazım gəldiyini anladım.

Yehovanın Şahidlərinin yığıncaq görüşünə birinci dəfə gələndə gözüm divardakı bir ayəyə sataşdı. Bu, Süleymanın məsəlləri 3:5, 6 ayələri idi və orada deyilirdi: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər». Bu ayələrin üzərində düşünəndə əmin oldum ki, əgər yol versəm, Yehova mənə həyatımı yenidən qurmağa kömək edəcək.

Ancaq dərin kök salmış həyat tərzimi dəyişmək və spirtli içkilərdən, narkotik maddələrdən asılılığa son qoymaq əlimi kəsmək qədər çətin idi (Matta 18:8, 9). Bu dəyişiklikləri tədricən edə bilməzdim. Bilirdim ki, bu cür etsəm, məndə heç bir şey alınmayacaq. Buna görə də, pis vərdişlərimin hamısına birdən son qoydum. Həm də məni şirnikləndirib köhnə, zərərli həyat tərzimə qaytara biləcək bütün insanlardan və yerlərdən qaçırdım.

Mən diqqətimi məyusluq hiss etdiyim anlara cəmləməyərək, gündəlik nailiyyətlərimdən qürur duymağı öyrəndim. Başa düşürdüm ki, Yehovanın gözündə fiziki, mənəvi və ruhani cəhətdən təmiz olmaq böyük şərəfdir. Keçmiş həyatım üzərində düşünməyib, gələcəyə baxmaq üçün duada Yehovadan kömək istəyir və həmin köməyi alırdım. Hərdən köhnə vərdişlərimə qayıdırdım. Ancaq bərk sərxoşluqdan sonra özümü süst hiss etdiyim anlarda belə, yenə də mənimlə Müqəddəs Kitab öyrənməsinin keçirilməsini təkid edirdim.

Müqəddəs Kitabdan Allah haqqında öyrəndiyim həqiqət — Onun hər birimizin ayrı-ayırılıqda qayğısına qalması, yalan dini məhv edəcəyi və hal-hazırda ümumdünya təbliğ işinə kömək etməsi mənə məntiqəuyğun görünürdü (Matta 7:21-23; 24:14; 1 Peter 5:6, 7). Bütün bunlar mozaikanın parçaları kimi bir-birini tamamlayırdı. Axırda, həyatımı Yehovaya həsr etmək qərarına gəldim. İstəyirdim ki, Onun mənim üçün etdiyi hər şeyə görə minnətdarlığımı bildirim.

MƏNƏ FAYDASI: İndi həyatımın məqsədi və mənası olduğunu hiss edirəm (Vaiz 12:13). Daha mən ailəm üçün yük deyiləm, əksinə, dayağam. Müqəddəs Kitabdan öyrəndiyim dəyərli fikirləri nənəmlə bölüşürdüm, bunun nəticəsində o indi həyatını Yehovaya həsr edib. Ailəmin bəzi başqa üzvləri və köhnə musiqi qrupumuzdan bir nəfər də Yehovanın Şahidi oldu.

Mən indi ailəliyəm və yoldaşımla birlikdə vaxtımızın çox hissəsini insanlara Müqəddəs Kitab haqqında öyrətməyə sərf edirik. ‘Bütün qəlbimlə Rəbbə güvənməyi’ öyrəndiyim üçün bol-bol xeyir-dua alıram.

[27-ci səhifədəki yazı]

«Tədricən ürəyimdə yaşamaq və xoşbəxt olmaq arzusu oyandı»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş