Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 16—17
  • Bəşəriyyətin gələcəyi haqda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bəşəriyyətin gələcəyi haqda
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • İsa Məsih insanlara göylərdə həyat vəd etmişdimi?
  • «Kiçik sürü» göylərdə nə edəcək?
  • İsa digər insanları nəyə ümidvar etmişdi?
  • Allah insanları əzablardan necə qurtaracaq?
  • Yer üzündə əbədi həyat — Məsihin bəhs etdiyi ümiddirmi?
    Gözətçi qülləsi 2009
  • Allahın Padşahlığı haqda
    Gözətçi qülləsi 2008
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allah-Taala gələcəkdə nələr edəcək?
    Gözətçi qülləsi (kütləvi) 2019
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/10 s. 16—17

İsa Məsihdən nə öyrənirik?

Bəşəriyyətin gələcəyi haqda

İsa Məsih insanlara göylərdə həyat vəd etmişdimi?

Bəli, etmişdi! İsanın özü dirildilmiş və Atasının yanında olmaq üçün göyə qaldırılmışdı. Amma ölümündən və dirilməsindən əvvəl o, 11 sadiq həvarisinə demişdi: «Atamın evində çox otaqlar vardır... Sizə yer hazırlamağa gedirəm» (Yəhya 14:2). Lakin bu şərəfə az sayda adam nail olacaqdı. Bu, İsanın şagirdlərinə dediyi sözlərdən aydın görünür: «Qorxma, ey kiçik sürü! Çünki Atanız sizə Səltənəti verməyi iltifat etdi» (Luka 12:32).

«Kiçik sürü» göylərdə nə edəcək?

Allahın niyyət etdiyi kimi, bu kiçik qrup İsa Məsihlə birlikdə səmavi hökumətin bir hissəsi olacaq. Biz bunu haradan bilirik? Dirildikdən sonra İsa həvari Yəhyaya açıqlamışdı ki, bəzi sadiq məsihçilər ‘dünya üzərində səltənət sürəcək’ (Vəhy 1:1; 5:9, 10). Bu, həqiqətən də xoş xəbərdir. Çünki bəşəriyyət yaxşı hökumətə möhtacdır. İsa Məsihin başçılıq etdiyi bu hökumət nəyə nail olacaq? İsa demişdi: «İnsan Oğlu hər şeyin yenilənməsində izzətli taxtına oturacağı zaman, Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız» (Matta 19:28). İsa Məsihin və onun davamçılarının hakimiyyəti ‘yenilənməyə’, yəni ilk insanların günah işlətməsindən əvvəl yer üzündə olan mükəmməl şəraitin bərpasına nail olacaq.

İsa digər insanları nəyə ümidvar etmişdi?

Göydə yaşamaq üçün yaradılan İsadan fərqli olaraq, insanlar yerdə yaşamaq üçün yaradılmışlar (Məzmur 115:16). Elə buna görə də İsa demişdi: «Siz aşağıdansınız, Mən yuxarıdanam» (Yəhya 8:23). İsa insanları yer üzündə gözəl gələcəyin gözlədiyindən bəhs edirdi. Bir dəfə o demişdi: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Matta 5:5). O, Allah tərəfindən ilhamlanmış məzmura istinad etmişdi: «Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:11, 29).

Beləliklə, əbədi yaşamaq ümidi yalnız göylərə gedəcək ‘kiçik sürüyə’ verilməyib. İsa Məsih, həmçinin bütün dünyadakı milyonlarla insan üçün olan ümiddən də danışırdı. O demişdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16).

Allah insanları əzablardan necə qurtaracaq?

İsa: «Bu dünya indi hökmə uğrayır; bu dünyanın rəisi indi çölə atılacaqdır»,— deməklə insanların iki zülmdən qurtulacağını vəd etmişdi (Yəhya 12:31). Birincisi, başqalarına əzab verən allahsız insanlar mühakimə ediləcək və məhv olunacaqlar. İkincisi, Şeytan çölə atılacaq və bir də insanları aldada bilməyəcək.

Bəs əsrlər boyu yaşayan, Allah və Məsih haqda öyrənib onlara iman etmək imkanı olmadan ölən insanlarla nə baş verəcək? İsa yanında can verən quldura demişdi: «Sən Mənimlə bərabər cənnətdə olacaqsan» (Luka 23:43). İsa Məsih milyonlarla başqa insanlar kimi, həmin adamı da yerüzü Cənnətdə dirildəndə onun Allah haqqında öyrənmək imkanı olacaq. O zaman o, yer üzündə əbədiyyən yaşayacaq həlim və saleh insanların sırasında ola biləcək (Həvarilərin işləri 24:15).

Daha ətraflı məlumatı «Müqəddəs Kitab əslində nə öyrədir?»a kitabının 3-cü və 7-ci fəslindən ala bilərsiniz.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

[17-ci səhifədəki şəkil]

«Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş