Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/7 s. 24—25
  • Allahın Padşahlığı haqda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı haqda
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Allahın Padşahlığı nədir?
  • Allahın Padşahlığında kimlər rəhbərlik edəcək?
  • Padşahlıq harada yerləşəcək?
  • Allahın Padşahlığı pisliyə qarşı hansı tədbirlər görəcək?
  • Allahın Padşahlığının təbəələri kimlər olacaq?
  • Allahın Padşahlığı bəşəriyyət üçün nələr edəcək?
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Padşahlığı nədir?
    Allah bizdən nə tələb edir?
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/7 s. 24—25

İsadan nə öyrənirik?

Allahın Padşahlığı haqda

Allahın Padşahlığı nədir?

Allahın Padşahlığı bütün yer üzərində hökmranlıq edəcək bir hökumətdir. İsa demişdi: «Siz belə dua edin: “...Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun”» (Matta 6:9, 10; Daniel 2:44).

Allahın Padşahlığında kimlər rəhbərlik edəcək?

İsa Allahın Padşahlığının Padşahı olmaq üçün dünyaya gəlmişdi. Mələk İsanın anasına demişdi: «Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq... hökmranlıq edəcək» (Luka 1:30-33). Üstəlik, İsa davamçılarından bəzilərini özü ilə hökmranlıq etməyə seçib. O, həvarilərinə demişdi: «Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz və Atam Mənə bir səltənət tapşırdığı kimi Mən də sizə bir səltənət tapşırıram» (Luka 22:28, 29; Daniel 7:27). İsa ilə hökmranlıq edəcək davamçılarının sayı 144 000-dir (Vəhy 5:9, 10; 14:1).

Padşahlıq harada yerləşəcək?

Allahın Padşahlığı göylərdən idarə edəcək. İsa şagirdlərinə dedi: «Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız... Mən Atanın yanına gedirəm» (Yəhya 14:2, 3, 12; Daniel 7:13, 14).

Allahın Padşahlığı pisliyə qarşı hansı tədbirlər görəcək?

İsa Yer üzünü bütün pis insanlardan təmizləyəcək. O demişdi: «İnsan Oğlu isə bütün müqəddəs mələklər ilə bərabər izzəti ilə gəldikdə, o zaman izzətli taxtına oturacaqdır. Bütün xalqlar Onun önündə toplaşacaqlar, O da... onları bir-birindən ayıracaqdır... [Pislər] əbədi əzaba [«məhvə», YD], salehlər isə əbədi həyata düçar olacaqlar» (Matta 25:31-34, 46).

Allahın Padşahlığının təbəələri kimlər olacaq?

İsa demişdi: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Matta 5:5; Məzmur 37:29; 72:8). Yer üzündə artıq indidən bir-birini sevməyi öyrənən insanlar yaşayacaq. İsa davamçılarına demişdi: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:34, 35).

Allahın Padşahlığı bəşəriyyət üçün nələr edəcək?

İsa bəşəriyyəti xəstəliklərdən azad edəcək. O, yer üzündə olarkən xalqa Allahın Padşahlığı haqda danışır və ‘şəfaya möhtac olanları sağaldırdı’ (Luka 9:11). Həvari Yəhya görüntüdə dirilmiş İsanı görərək dedi: «Sonra mən, yeni bir səma və yeni bir yer gördüm... Göydən gələn yüksək bir səs eşitdim. Deyirdi: “Budur, Allahın məskəni insanlarla bərabərdir... Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq”» (Vəhy 21:1-4).

Allahın Padşahlığı yer üzünü Cənnətə çevirəcək. İsa ilə birgə edam edilən cinayətkar ona dedi: «Öz Səltənətinlə gəldiyin zaman məni yada sal!» Cavabında İsa ona dedi: «Bu gün sənə doğrusunu deyirəm, sən mənimlə bərabər Cənnətdə olacaqsan» (Luka 23:42, 43, YD; Yeşaya 11:4-9).

Daha çox məlumat almaq üçün «Müqəddəs Kitab əslində nə öyrədir?»a kitabının 8-ci fəslinə baxın.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc olunur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş