Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/10 s. 20—21
  • Müqəddəs kitab həyatları dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs kitab həyatları dəyişir
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/10 s. 20—21

Müqəddəs Kitab həyatları dəyişir

GƏNC qadını uşaqlıqdan öyrəndiyi dini əqidələrinə uyğun yaşamaqdan əl çəkməyə vadar edən nə olmuşdur? Gəlin oxuyaq görək, o, özü bu haqda nə deyir.

«İndi həyatımın əsil mənasını tapmışam» (LİZA ANDRE).

ANADAN OLDUĞU İL: 1986

ÖLKƏ: LÜKSEMBURQ

KEÇMİŞDƏ: YOLUNU AZMIŞ UŞAQ

AVTOBİOQRAFİYA. Mən Lüksemburq yaxınlığında yerləşən balaca, təmiz, təhlükəsiz və çiçəklənən bir şəhərdə böyüyüb boya-başa çatmışam. Beşuşaqlı ailənin sonbeşiyi olmuşam. Valideynlərim Yehovanın Şahidləridir və Allahın prinsiplərini bacı-qardaşlarıma və mənə aşılamaq üçün əllərindən gələni etmişlər.

Yeniyetməlik dövrünə qədəm qoyanda Yehovanın Şahidlərinin təlimlərinə dair ciddi şübhələrim yaranmağa başladı. Əvvəlcə mən bu şübhələrə məhəl qoymurdum, amma get-gedə imanım zəifləyirdi. Valideynlərim var qüvvələri ilə çalışırdılar ki, məni düz yola yönəltsinlər, ancaq mən onların köməyini rədd edirdim. Valideynlərimin xəbəri olmadan mən hakimiyyətə, demək olar ki, hörmət etməyən gənclərlə oturub-dururdum. Mənə elə gəlirdi ki, onlar sərbəstdirlər, mən də onlar kimi yaşamaq istəyirdim. Biz toplaşıb bir yerdə çoxlu vaxt keçirir, kim-kiminlə gəldi yatır və narkotik qəbul edirdik. Mən əvvəlcə həyatdan həzz alırmış kimi görünən insanların yanında olmağa çox şad idim.

Əslində isə xoşbəxt deyildim. Onların arasında həyat çox mənasız idi; onlar heç nə haqda düşünmürdülər. Məni isə dünyada bu qədər haqsızlığın baş alıb getməsi çox narahat edirdi. Vaxt keçdikcə mən daha çox depressiyaya qapılırdım.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 17 yaşlarında olardım, özümü çox pis hiss edirdim. Nə halda olduğumu görən anam yenidən Müqəddəs Kitabı öyrənməyəmi xahiş etdi. O dedi ki, Allahın Kəlamının təlimlərini araşdırdıqdan sonra onlara uyğun yaşayıb-yaşamamağa özüm qərar verərəm. Bu səmimi söhbət həyatımda əsil dönüş nöqtəsi oldu. Mən Müqəddəs Kitabı böyük bacım Karolina və onun həyat yoldaşı Akiflə öyrənməyə razılıq verdim. Bacımın yoldaşı uşaqlıqdan yox, artıq yetkin yaşlarında Yehovanın Şahidi olmuşdu. Buna görə də mən hiss edirdim ki, Akiflə açıq danışa bilərəm, bu da mənim üçün çox vacib idi.

Yehovanın Şahidi olmaq üçün həyat tərzimin münasib olmadığını bilirdim, ancaq əvvəlcə elə düşünürdüm ki, öz həyatımla nə edib-etməcəyim mənim şəxsi işimdir. Müqəddəs Kitabı öyrənməyə başladıqdan sonra isə başa düşdüm ki, hərəkətlərim Yehova Allaha təsir edir (Məzmur 78:40, 41; Süleymanın məsəlləri 27:11). Həmçinin anladım ki, bu, başqalarına da öz təsirini göstərir.

Müqəddəs Kitabı araşdırmağa davam etdikcə onun Allahın Kəlamı olduğuna inanmaq üçün məntiqli və inandırıcı səbəblərin olduğunu gördüm. Misal üçün, inanılmaz dərəcədə dəqiqliklə yerinə yetmiş çoxlu Müqəddəs Kitab peyğəmbərliklərini öyrəndim. Bu kimi biliklərin sayəsində əvvəlki şübhələrim aradan qalxdı.

Müqəddəs Kitabı öyrənməyə başladıqdan təxminən bir il sonra valideynlərimlə Yehovanın Şahidlərinin Almaniyadakı filialında könüllü kimi xidmət edən böyük qardaşımın yanına getdik. Qardaşımın nə qədər xoşbəxt olduğunu görmək mənə güclü təsir bağışladı. Çoxdandır ki, mən bu xoşbəxtliyin həsrətində idim! Oradakı digər könüllülər də mənə xoş təəssürat bağışladılar. Onlar mənim dürüst olmayan, kəskin hisslər dalınca qaçan dostlarımdan çox fərqlənirdilər. Bundan qısa müddət sonra ürəkdən Yehovaya dua edib həyatımın qalan hissəni Ona xidmətə həsr edəcəyimə söz verdim. 19 yaşım olanda özümü Yehovaya həsr edərək vəftiz olundum.

MƏNƏ FAYDASI. İndi həyatımın əsil mənasını tapmışam. İnsanlara Müqəddəs Kitabdan Yehova və Onun gələcəyə dair vədləri haqda öyrətməkdən sevinc duyuram. Həmçinin bir faydası da odur ki, artıq ailəm mənim üçün narahat olmur.

Mən keçmişdə etdiyim səhvləri başa düşürəm və çalışıram, onları bir daha təkrarlamayım. Əksinə, diqqətimi Yehovanın bağışlayan olduğuna və mənimlə yaxından maraqlandığına cəmləyim. Ürəkdən Süleymanın məsəlləri 10:22 ayəsindəki sözlərə qoşuluram: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz».

[20–ci səhifədəki yazı]

«Biz toplaşıb bir yerdə çoxlu vaxt keçirir, kim-kiminlə gəldi yatır və narkotik qəbul edirdik»

[21–ci səhifədəki yazı]

«Mən keçmişdə etdiyim səhvləri başa düşürəm və çalışıram, onları bir daha təkrarlamayım».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş