Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/12 s. 29—31
  • Sadələşdirilmiş «Gözətçi qülləsi» bu yenilik nə üçün edilib?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadələşdirilmiş «Gözətçi qülləsi» bu yenilik nə üçün edilib?
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • NƏ ÜÇÜN BU QƏDƏR QİYMƏTLİDİR?
  • VALİDEYNLƏR ÜÇÜN DƏYƏRLİ ALƏT
  • UŞAQLAR NƏ DÜŞÜNÜR?
  • Sadə ingilis dilində «Gözətçi Qülləsi»
    Gözətçi qülləsi 2011
  • «Gözətçi Qülləsi»nin yeni təlim nəşri
    Gözətçi qülləsi 2008
  • «Gözətçi Qülləsi» ilə əlaqədar maraqlı dəyişikliklər!
    Müqəddəs ibadətimiz 2007
  • Bəli, əlinizdəki təlim nəşridir!
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/12 s. 29—31

Sadələşdirilmiş «Gözətçi qülləsi» bu yenilik nə üçün edilib?

UZUN İLLƏRDİR Kİ, Yer kürəsinin hər yerində bir çox qadın və kişilər Müqəddəs Kitaba əsaslanan «Gözətçi qülləsi» nəşrini çox qiymətləndirir və ondan fayda əldə edirlər. 2011-ci ilin iyul ayında bu jurnalın ingilis dilində sadələşdirilmiş nəşri işıq üzü gördü. Jurnalın həmin sayında belə deyilirdi: «Bu yeni nəşr bir il ərzində buraxılacaq, əgər uğurlu olarsa, onda nəşr olunmağa davam etdiriləcək».

İndi xəbər verməyə şadıq ki, biz bu jurnalın nəşrinin davam etdirilməsinə qərar vermişik. Üstəlik, sadələşdirilmiş nəşr bir müddətdən sonra fransız, portuqal və ispan dillərində də çıxacaq.

NƏ ÜÇÜN BU QƏDƏR QİYMƏTLİDİR?

Sadələşdirilmiş nəşri aldıqdan sonra Sakit okeanın cənub hissəsindən bəziləri belə məlumat verir: «İndi bacı-qardaşlar “Gözətçi qülləsi”nin mənasını, həqiqətən də, tam başa düşürlər». Başqa məktubda isə deyilir: «Əvvəllər söz və ifadələrin axtarılmasına ayrılan vaxt indi gətirilən ayələri və onların mövzu ilə necə bağlı olduqlarını başa düşməyə sərf olunur».

Birləşmiş Ştatlarda ali təhsil ocaqlarından birində təhsil almış bir bacı deyir: «Mücərrəd dildə danışmağa və yazmağa 18 ilimi sərf etmişəm. Həddən artıq qəliz dildə danışmaq və düşünmək məndə vərdiş halını almışdı. Düşüncə və danışıq tərzimdə böyük dəyişikliklər etməli olduğumu anlayırdım». İndi xidmətdə daha effektiv olan bu bacı yazır: «Sadə dildə nəşr olunan “Gözətçi qülləsi”nin mənə böyük faydası oldu. Jurnalın başa düşülən dildə olması mənə fikirlərimi sadə dildə ifadə etməyi öyrətdi».

1972-ci ildə vəftiz olunmuş ingiltərəli bacı sadələşdirilmiş «Gözətçi qülləsi» nəşri barədə yazmışdır: «İlk nəşri oxuyanda, sanki, Yehovanın yanımda əyləşib əlini çiynimə qoyduğunu və mənimlə birgə oxuduğunu hiss etdim. Bu, atanın yatmağa hazırlaşan uşağına nağıl oxumasına bənzəyir».

40 il əvvəl vəftiz olunmuş, Birləşmiş Ştatlarda bet-elli kimi xidmət edən bacı deyir ki, bu nəşr sayəsində o, vaxtaşırı yeni şeylər öyrənir. Misal üçün, 2011-ci ilin 15 sentyabr sayında «Bəzi ifadələrin izahı» adlı çərçivədə İbranilərə 12:1 ayəsindəki «şahidlər buludu» ifadəsinə belə izahat verilmişdi: «Onların sayı o qədər çoxdur ki, sayıb qurtarmaq mümkün deyil». O deyir: «Verilən izahat bu ayəni başa düşməkdə mənə kömək etdi». Həftəlik görüşlər barədə isə o deyir: «Hətta uşaqlar belə birbaşa sadələşdirilmiş nəşrdən cavab verirlər, onlar əvvəlkindən fərqli olaraq eyni sözləri təkrarlamırlar. Buna görə də onların cavabları yığıncağın üzvlərinə təravət gətirir».

Bet-Eldə xidmət edən başqa bir bacı yazır: «Yığıncaqda balacaların cavabını eşitməyi səbirsizliklə gözləyirəm. Sadələşdirilmiş “Gözətçi qülləsi” nəşri onlara fikirlərini əminliklə ifadə etməyə kömək edir. Onların cavabları məni ruhlandırır».

1984-cü ildə vəftiz olunmuş bir bacı sadələşdirilmiş nəşrə görə minnətdarlığını bildirərək deyir: «Düşünürəm ki, bu, elə mənim üçün yazılıb. Bu, oxuduqlarımı asanlıqla başa düşməyimə kömək edir. İndi mən əminliklə “Gözətçi qülləsi” müzakirəsi zamanı şərh verə bilirəm».

VALİDEYNLƏR ÜÇÜN DƏYƏRLİ ALƏT

Yeddi yaşlı oğlu olan ana deyir: «“Gözətçi qülləsi”nin müzakirəsinə hazırlaşarkən ona cümlələrin bir çoxunu izah etmək xeyli vaxt alır və yorucu olurdu». Sadələşdirilmiş nəşrin onlara hansı faydası oldu? O yazır: «Mən məəttəl qalmışam ki, o, hazırlaşan zaman abzasları oxuyur və onların mənasını başa düşür. Sözlər asan və cümlələr qısa olduğundan bu, onu qorxutmur. O, mənim köməyim olmadan yığıncaqda cavab vermək üçün şərh hazırlayır və öyrənmə boyunca diqqəti jurnalda olur».

Doqquz yaşlı qızı olan ana deyir: «Əvvəllər biz ona şərh hazırlamağa kömək edirdik. İndi o, özü hazırlaşır. Çox nadir hallarda hansısa məlumatı izah etməli və ya xırdalamalı oluruq. “Gözətçi qülləsi”ni asanlıqla başa düşdüyündən indi o, öyrənmədə fəal iştirak edir».

UŞAQLAR NƏ DÜŞÜNÜR?

Bir çox uşaqlar düşünürlər ki, sadələşdirilmiş «Gözətçi qülləsi» nəşri xüsusilə onlar üçün hazırlanıb. On iki yaşlı Rebeka deyir: «Xahiş edirəm, bu jurnalın nəşrini davam etdirin!» O əlavə edir: «Mən “Bəzi ifadələrin izahı” adlı çərçivəni çox sevirəm. Onu uşaqlar asanlıqla başa düşürlər».

Yeddi yaşlı Nikolet də eyni hissləri keçirir: «Əvvəllər mənə “Gözətçi qülləsi”ni başa düşmək çətin idi. İndi isə daha çox şərh verə bilirəm». Doqquz yaşlı Emma yazır: «Bunun mənə və altı yaşlı qardaşıma böyük köməyi dəydi. Biz indi bir çox şeyləri daha yaxşı başa düşürük. Çox sağ olun!»

Gördüyümüz kimi, asan başa düşülən sözlərdən və sadə cümlələrdən ibarət olan «Gözətçi qülləsi»nin bu nəşri çoxlarına fayda gətirir. Buna tələbat olduğundan bu nəşr 1879-cu ildən bəri çıxan adi nəşrlə paralel olaraq çıxarılmağa davam edəcək.

[30–cu səhifədəki yazı]

«Əvvəllər söz və ifadələrin axtarılmasına ayrılan vaxt indi gətirilən ayələri və onların mövzu ilə necə bağlı olduqlarını başa düşməyə sərf olunur»

[31–ci səhifədəki yazı]

«Mən məəttəl qalmışam ki, o, hazırlaşan zaman abzasları oxuyur və onların mənasını başa düşür»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş