Saxlayn
Təbliğ xidməti üçün məsləhət görülən təqdimələr
Bu əlavə vərəqədən necə istifadə etməli
Aşağıda verilən təqdimələrin əksəriyyəti “Bizim Padşahlıq Xidmətimiz”in ötən saylarında çap olunmuşdur. Xoşuna gələn təqdimələrdən xidmətdə istifadə et və onların gətirəcəyi səmərələrə diqqət yetir. Bu əlavə vərəqəni özündə saxla və xidmətə hazırlaşarkən ondan istifadə et.
Dərhal mətləbə keçilərsə, insanlarda Allahın Kəlamına maraq oyatmaq mümkündür. Konkret suala toxun və Müqəddəs Kitabdan qısa cavab oxu. Aşağıda təklif olunan təqdimələrdən istifadə edə bilərsən.
“Siz gələcəyə nikbinliklə baxırsınız, yoxsa şübhə ilə? [Cavabı gözlə.] Müqəddəs Kitabda bizim günlərin həyəcanlandırıcı hadisələri və onların nəticəsi haqda qabaqcadan deyilmişdir”(2 Tim. 3:1, 2, 5; Sül. məs. 2:21, 22).
“Bu gün bir çox adamlar öz sağlamlıqları üçün narahat olurlar. Allahın, xəstəlikləri birdəfəlik aradan qaldıracağına dair niyyətini eşitmisinizmi?” (İş. 33:24; Vəhy 21:3, 4).
“Əvvəl–axır dünyanı tək bir hökumətin idarə edəcəyi haqda Müqəddəs Kitabda qabaqcadan xəbər verildiyini eşitmisinizmi?” (Dan. 2:44; Mat. 6:9, 10).
“Əgər yer üzünü İsa Məsih idarə etsəydi, sizcə hansı şərait hökm sürərdi?” (Məz. 72:7, 8).
“Bir çox insanlar cinsi, dini və irqi mənsubiyyətinə görə ayrı–seçkiliyə mə’ruz qalır. Sizcə, Allah bu cür ayrı–seçkiliyə necə baxır?” (Həv. iş. 10:34, 35).
“Biz bilirik ki, İsa Məsih vaxtı ilə mö’cüzələr göstərirdi. Əgər mümkün olsaydı siz hansı mö’cüzəni görməyi arzu edərdiniz?” (Məz. 72:12–14, 16).
“Bir çox adamlar problemlərin mövcudluğu barədə aparılan söhbətlərdən yorulublar. Onlar, problemləri həll etməyin üsulunu öyrənmək istəyirlər. Bəs problemlərimizin həllində bizə real olaraq nə kömək edə bilər?” (2 Tim. 3:16, 17).
“Ey... Atamız” duasında hansı Padşahlıq haqqında xahiş etdiyinizi deyə bilərsinizmi?” (Vəhy 11:15).
Giriş sözləri
Aşağıda gətirilən suallar “Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular” broşürasının əsasında hazırlanıb. Həmçinin bu sualların cavabını tapmaq üçün mövzuların nömrəsi də göstərilir.
Biz nə üçün qocalır və ölürük? (49A)
Ölülər hansı vəziyyətdədir? (49B)
Şeytan bugünkü dünyaya nə dərəcədə tə’sir göstərir? (13B)
Yaxşı insanların hamısımı göyə qalxacaq? (32B)
Allahın şəxsi adını bilmək və istifadə etmək nə üçün vacibdir? (18A)
Allaha iman etmək müdriklikdirmi? (18V)
İsa Məsih Allahdırmı? (19B)
Allahın Padşahlığı nələr edəcək? (58B)
Nikahı möhkəmləndirməyə nə kömək edə bilər? (5V)
Həqiqi dini necə tapmalı? (46A)
Dünyanı idarə edən kimdir: Allah, yoxsa Şeytan? (17V)
Nəyə görə dünyada bu qədər pisliklər mövcuddur? (17Q)
Allah əzablara nə üçün yol verir? (17D)
“Allah tələb edir” broşürası üçün məsləhət olunan təqdimələr
“Siz yəqin razılaşacaqsınız ki, Allaha iman edən adamların sayı az deyil. İmanlıların hamısı e’tiraf edir ki, Allah bizdən nə isə tələb edir. Onların yeganə fikir ayrılığı Allahın bizdən konkret olaraq nə tələb etməsinə aiddir”. “Allah tələb edir” broşürasını göstərdikdən sonra 1–ci dərsi açıb müzakirə et.
“Sizcə, müvəffəqiyyətli ailə həyatı qurmaq üçün Yaradandan rəhbərlik gözləmək məntiqidirmi?” Müsahibinin cavab verməsinə imkan verdikdən sonra onu “Allah tələb edir” broşürası ilə tanış et. Broşüranın 8–ci dərsini açıb izah et ki, burada ailənin hər bir üzvünə aid Müqəddəs Kitab prinsipləri tapmaq olar. Müqəddəs Kitabın köməyilə broşüradan necə faydalana biləcəyini də göstərməyi təklif et.
“Bu broşüra Müqəddəs Kitabın əsas tə’limlərini əhatə edən tədris kursunu təşkil edir. Hər səhifədə, insanları əsrlər boyu narahat edən sualların cavabını tapmaq olar. Məsələn: Allahın yer üçün olan niyyəti nədir?” Broşüranın 5–ci dərsini açıb abzaslardan əvvəl verilən sualları oxu. Müsahibindən soruş, bu suallardan onu ən çox maraqlandıran hansıdır və sonra suala uyğun olan abzası oxuyaraq, orada gətirilən ayələri Müqəddəs Kitabdan açıb göstər. İzah et ki, eyni qaydada asanlıqla başqa suallara da qaneedici cavablar tapmaq mümkündür. Başqa bir sualı da müzakirə etmək üçün təkrarən görüşməyi təklif et.
“Necə düşünürsünüz, məktəblərdəki zorakılıq nə ilə izah olunur? Bu valideyn tərbiyəsinin çatışmazlığından, yoxsa hər hansı başqa bir səbəbdən irəli gəlir, məsələn, İblisin tə’sirindən? Cavabı dinlə. Əgər insan deyərsə ki, zorakılığa görə İblis cavabdehdir, Vəhy 12:9, 12 ayələrini oxu. Dünyada baş verən qarmaqarışıqlıqda Şeytanın rolunu göstər. “Allah tələb edir” broşürasının 4–cü dərsini açıb müsahibindən soruşa bilərsən: “İblisin haradan peyda olduğu haqda nə vaxtsa düşünmüsünüzmü?” Bundan sonra dərsin ilk iki abzasını oxuyub müzakirə et. Əgər qarşındakı adam, məktəblərdəki zorakılığın səbəbini valideyn tərbiyəsinin çatışmazlığında görürsə, onda ona 2 Timoteyə 3:1–3 ayələrini oxuyub insanların bu problemə gətirib çıxaran keyfiyyətlərini göstər. Sonra “Allah tələb edir” broşürasının 8–ci dərsini açıb 5–ci abzası oxu və müzakirəni davam et.
“Hal–hazırda ailə həyatında olduqca çoxlu problemlər mövcuddur. Sizcə, ailə xoşbəxtliyinin sirri nədədir?” Cavabı dinlədikdən sonra deyə bilərsən ki, Allah Müqəddəs Kitabda ailə xoşbəxtliyinin əsl sirrini açır. İşaya 48:17 ayəsini oxu. Sonra isə “Allah tələb edir” broşürasının 8–ci dərsini açıb, ailənin hər bir üzvü üçün e’tibarlı rəhbərlik təqdim edən bə’zi ayələri göstər. Dərsin əvvəlində verilən sualları oxu. Müsahibindən soruş, o bu sualların cavabını bilmək istəyərdimi?
“Necə düşünürsünüz, bu gün qarşılaşdığımız problemlərin öhdəsindən gəlməkdə dua doğrudan da kömək edirmi? [Cavab verməyə imkan ver.] Çoxları duanın sayəsində daxili qüvvə əldə etdiklərini söyləyirlər. [Filipililərə 4:6, 7 ayələrini oxu.] Buna baxmayaraq adama elə gələ bilər ki, onun duaları cavabsız qalır. [“Allah tələb edir” broşürasının 7–ci dərsini aç.] Bu broşürada qeyd olunur ki, duanın bizə böyük köməyi ola bilər”.
“Biz qonşularımızla, dünyada nəyə görə bu qədər çox və müxtəlif dinlərin mövcud olduğu haqda söhbət edirik. Axı, Müqəddəs Kitab birdir. Sizin fikrinizcə, nəyə görə bu gün dini qarışıqlıq hökm sürür? [Imkan ver cavab versin. “Allah tələb edir” broşürasının 13–cü dərsini açıb giriş sualları oxu.] Bu dərsi oxuyaraq, həmən suallara qaneedici cavablar tapa bilərsiniz”.
İnsana “Gözətçi Qülləsi” və ya “Oyanın!” jurnalı verdikdən sonra, bir nəşrdən onun üçün kiçik abzas oxumaq üçün icazə al. Razı olarsa, “Allah tələb edir” broşürasının 5–ci dərsini aç. Dərsin əvvəlində çap olunan sualları göstər və birinci sualın cavabını araşdırmağı təklif et. Birinci abzası oxuduqdan sonra sual ver və müsahibinin fikrini dinlə. Broşüranı təklif et və əgər götürərsə, gələn dəfə qalan iki sual haqda onun fikrini bilmək istədiyini bildir.
“Bilik” kitabı üçün məsləhət olunan təqdimələr
Müqəddəs Kitabı əlində tutaraq deyə bilərsən: “Bu gün biz sizin qonşularınızın hamısına Müqəddəs Kitabdan sitat göstəririk. Burada yazılıb...” Yəhya 17:3 ayəsini oxuduqdan sonra soruş: “Düzgün biliyə malik olan insanlara nə və’d edildiyinə diqqət yetirdinizmi?” [Cavab verməsinə imkan ver.] Belə biliyi haradan əldə etmək olar?” Cavabı dinlədikdən sonra “Bilik” kitabını göstər və de: “Bu kitabda əbədi həyata aparan bilik haqqında bəhs edilir. Burada insanları ən çox maraqlandıran və Müqəddəs Kitabın toxunduğu sualların cavabını tapmaq olar”. Mündəricatı göstərib müsahibindən soruş, nə vaxtsa bu sualların üzərində düşünübmü?
“Siz ətrafımızda baş verən və ehtimal ki, bizə də tə’sir göstərən ədalətsizliyə və əzablara görə Allahın narahat olub–olmadığı barədə nə vaxtsa düşünmüsünüzmü? [Cavab verməsinə imkan ver.] Müqəddəs Kitab əmin edir ki, Allah bizi sevir və qüssəli anlarımızda bizə kömək göstərəcək”. Məzmur 72:12–17 ayələrini oxu. “Bilik” kitabının 8–ci fəslini açıb, orada milyonlarla insanları düşündürən “Allah əzablara nə üçün yol verir?” sualına təsəlliverici cavab verildiyini söylə. Mümkün olsa, 3–5–ci abzaslarda verilən, Müqəddəs Kitaba əsaslanan bə’zi fikirləri müzakirə et, yaxud bunu təkrar başçəkmə zamanı da etmək olar.
“Əksəriyyətimiz, bizə əziz olan adamlardan kimisə itirmişdir. Onları yenidən görə biləcəyimiz haqda düşünmüsünüzmü? [Cavabı gözlə.] İsa Məsih ölüləri yenidən həyata qaytarmağın mümkün olduğunu nümayiş etdirmişdi [Yəhya 11:11, 25, 44 ayələrini oxu.] Bu hadisənin üstündən yüz illər keçmiş olsa da, o, Allahın bizə nə və’d etdiyini göstərir”. “Bilik” kitabının 85–ci səhifəsini açıb şəklin üstündə olan sözləri oxu. Sonra isə 86–cı səhifədəki şəkli göstər və izah et. “Siz bilmək istəyərdinizmi insanlar nəyə görə qocalır və ölür?” sualını verməklə təkrar başçəkmə üçün əsas qoy. 6–cı fəsli müzakirə etmək üçün yenə onun yanına qayıt.
“Biz hamıdan soruşuruq, onlar bu sözlərə inanırlarmı...” Təkvin 1:1 ayəsini oxuduqdan sonra soruş: “Siz bu fikirlə razısınızmı?” Əgər müsahibin razıdırsa davam et: “Mən də razıyam. Ancaq siz necə hesab edirsiniz, hər şeyi yaradan Allahdırsa, pisliyə görə də cavabdeh Odurmu?” Cavabına görə təşəkkür etdikdən sonra Vaiz 7:29 ayəsini oxu. “Bilik” kitabının 8–ci fəslini açıb 2–ci abzası oxu. Əgər müsahibin Təkvin 1:1 ayəsindəki fikirlə razı deyilsə, ona Allahın mövcudluğuna dair sübutları nəzərdən keçirməyi təklif et.
“İnsanların nəyə görə çox yaşamaq istədikləri barədə nə vaxtsa düşünmüsünüzmü?” Cavabı dinlədikdən sonra “Bilik” kitabının 6–cı fəslini açıb 3–cü abzası oxu. Sitat gətirilən ayələri müzakirə et. Abzasın sonunda gətirilən iki suala istinad edərək, müsahibindən soruş: “Siz bu sualların cavabını bilmək istəyərdinizmi?” Maraq göstərərsə onunla növbəti bir neçə abzası da müzakirə et.
“Bizim günlərdə əxlaq dəyərlərinin sür’ətlə dəyişdiyi bir halda, həyatımızda e’tibarlı bir rəhbərliyə ehtiyac duyulduğu ilə razısınızmı? [Cavab verməsinə imkan ver.] Müqəddəs Kitabın ən qədim kitab olmasına baxmayaraq, o özünə müasir həyatda tətbiq edilən və ailənin xoşbəxtliyinə kömək edən praktiki məsləhətlər daxil edir”. Sonra diqqəti “Bilik” kitabının 2–ci fəslinə yönəldərək, oradan 10–cu abzası və 11–ci abzasın 1–ci cümləsini, o cümlədən 2 Timoteyə 3:16, 17 ayələrini oxu.
“Bizim və planetimizin gələcəyi barədə nə vaxtsa fikirləşmisinizmi? [Cavabı dinlə.] Müqəddəs Kitabda bu bir sözlə ifadə olunur – Cənnət! Allah yaratdığı ilk insan cütünü məhz Cənnətdə yerləşdirmişdi. Orada ehtimal ki, hansı şəraitin olduğuna diqqət yetirin”. “Bilik” kitabının 8–ci səhifəsini açıb “Cənnətdəki həyat” adlı yarımsərlövhə altında olan 9–cu abzası oxu. Sonra isə 10–cu abzası müzakirə et və sitat gətirilən İşaya 55:10, 11 ayələrini Müqəddəs Kitabdan oxu. 11–16–cı abzasların əsasında, bərpa olunacaq Cənnətdəki həyatın necə olacağını müzakirə etməyi təklif et.
Təkrar başçəkmə zamanı “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını verdiyin adamlara bunları deyə bilərsən:
“Ötən dəfə gələndə mən sizə “Gözətçi Qülləsi” jurnalını vermişdim. Siz yəqin ki, bu jurnalın tam adının “Gözətçi Qülləsi Yehovanın Padşahlığını e’lan edir” olduğuna diqqət yetirdiniz. Bu gün isə mən sizinlə bu Padşahlıq haqqında, onun şəxsən sizin və ailəniz üçün kəsb etdiyi əhəmiyyət barədə danışmaq istəyərdim”. “Allah tələb edir” broşürasının 6–cı dərsini açdıqdan sonra oxuyub müzakirə et. Çalış oxuduğun və müzakirə etdiyin abzasların sayı adamın vaxtı imkan verdiyi qədər olsun.
“Yaxın günlərdə sizinlə söhbət etmişdim və sizə “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını vermişdim. Bu jurnallar Müqəddəs Kitaba və orada verilən əxlaq qanunlarına hörmət bəsləməyi öyrədir. Mən, Allahın Kəlamını bütün insanların başa düşməli olduqlarını dərk edirəm. Bu səbəbdən yanınıza yenidən gəlmişəm ki, sizə, Müqəddəs Kitabı başa düşməkdə kömək edən dərs ləvazimatını göstərim”. Müsahibinə “Allah tələb edir” broşürasını və ya “Bilik” kitabını göstər və Müqəddəs Kitab öyrənməsi təklif et.
192–i səhifəli hər hansı kitabı təklif edərkən bu təqdimədən istifadə edə bilərsən.
“Bu gün yaxşı təhsil almağa böyük əhəmiyyət verilir. Sizcə, həyatda daha çox xoşbəxt və müvəffəqiyyətli olmaq üçün insan hansı təhsili almağa can atmalıdır. [Cavabı dinlədikdən sonra Süleymanın məsəlləri 9:10, 11 ayələrini oxu.] Bu kitab [kitabın adını de] Müqəddəs Kitaba əsaslanır. O, əbədi həyata aparan yeganə bilik mənbəyinə işarə edir”. Kitabdan konkret bir nümunə gətir və müsahibini kitabı oxumağa təşviq et.
Əgər adamlarda maraq oyadan effektli bir təqdimə tapmısansa, ondan istifadə etməyə davam et! Sadəcə olaraq onu bu ay paylanan nəşrlərə uyğunlaşdır.
Digər nəşrlər
Digər kitablar üçün əvvəllər təklif olunan təqdimələri “Gözətçi Qülləsi nəşrlərinin indeksi”ndə, aşağıda göstərilən yarımsərlövhə altında tapmaq olar:
Təqdimələr
Nəşrlərin siyahısı
Birbaşa müraciət
Müqəddəs Kitab öyrənməsi başlamaq üçün növbəti birbaşa müraçiətlərdən birini istifadə et.
“Siz bilirsinizmi ki, bir neçə dəqiqə ərzində Müqəddəs Kitaba əsaslanan vacib bir sualın cavabını öyrənə bilərsiniz? Məsələn...” Sənin zənnincə adamda maraq oyada bilən sual ver. Bunun üçün “Allah tələb edir” broşürasındakı dərslərin əvvəlində verilən suallardan birini seçə bilərsən.
“Mən sizin yanınıza Müqəddəs Kitab pulsuz öyrənməsinin necə keçirildiyini göstərmək üçün gəlmişəm. Bu cəmi 5 dəqiqə çəkəcək. Siz bu qədər vaxt ayıra bilərsinizmi?” Əgər adam müsbət cavab verərsə “Allah tələb edir” broşürasının 1–ci dərsinin əsasında öyrənmənin necə keçirildiyini göstər. Bu zaman Müqəddəs Kitabın bir və ya iki ayəsindən istifadə etmək kifayətdir. Sonra soruş: “Növbəti dərsi keçmək üçün siz nə vaxt 15 dəqiqə ayıra bilərsiniz?”
“Müqəddəs Kitab çox adamlarda olsa da, onlar həyatda qarşılaşdıqları vacib sualların cavablarının orada yerləşdiyini dərk etmirlər. Bu dərs ləvazimatından [“Allah tələb edir” broşürasından və ya “Bilik” kitabından] həftədə təxminən bir saat istifadə etməklə, cəmi bir neçə ay müddətində siz, Müqəddəs Kitabın əsas tə’limləri barədə anlayış əldə edə bilərsiniz. Öyrənmənin necə keçirildiyini sizə göstərməyimə şad olaram.
“Mən Müqəddəs Kitabın pulsuz öyrənməsini təklif edirəm. Olarmı, sizə günlərimizdə bu cür ailəvi öyrənmənin təxminən 200 ölkədə necə keçirildiyini qısa şəkildə göstərim? Nümunə kimi bu siyahıdan hər hansı bir mövzunu seçə bilərdik. [“Bilik” kitabının mündəricatını göstər.] Sizi daha çox maraqlandıran mövzu hansıdır?” Müsahibinin mövzu seçdiyi müddətdə onu gözlə. Sonra isə göstərdiyi fəsli açıb öyrənməni birinci abzasdan başla.
“Mən Müqəddəs Kitabı pulsuz öyrədirəm və cədvəlimdə daha bir neçə şagird üçün vaxtım var. Biz, belə bir məqsədlə tərtib olunmuş bu ləvazimatdan istifadə edirik. [“Bilik” kitabını göstər.] Bütün kurs bir neçə ay davam edir və bu cür suallara cavab verir: Allah əzablara nə üçün yol verir? Biz nə üçün qocalır və ölürük? Ölən əzizlərimizlə nə baş verir? Siz Allaha necə yaxınlaşa bilərsiniz? Olarmı, mən sizə öyrənmənin necə keçirildiyini göstərim?”
Əgər adamlarda maraq oyadan effektli bir təqdimə tapmısansa, ondan istifadə etməyə davam et! Sadəcə olaraq onu bu ay paylanan nəşrlərə uyğunlaşdır.