Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/12 s. 1—3
  • Bu broşüralardan istifadə etmisənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bu broşüralardan istifadə etmisənmi?
  • Müqəddəs ibadətimiz 2012
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Hamı üçün olan kitab
  • Sən Allahın dostu ola bilərsən!
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir
  • Təqdim edəcəyimiz yeni broşüra
    Müqəddəs ibadətimiz 2010
  • «İlahi müjdə» broşürasından necə istifadə etmək olar?
    Müqəddəs ibadətimiz 2013
  • «İlahi müjdə» broşürü ilə dərs keçin
    Müqəddəs ibadətimiz 2015
  • Təbliğ xidməti üçün məsləhət görülən təqdimələr
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 1/12 s. 1—3

Saxlayın

Bu broşüralardan istifadə etmisənmi?

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

Müqəddəs Kitab barədə az məlumatı olan, xüsusilə də xristian dininə mənsub olmayan insanlarda maraq oyatmaq üçün nəzərdə tutulub

Necə təqdim etməli? «Müqəddəs Kitabda yazılan bu sözlər barədə fikrinizi bilmək istərdik. [11-ci bölmədə istinad edilən Məzmur 37:11 ayəsini oxu.] Necə düşünürsünüz, bu peyğəmbərlik yerinə yetəndə yer üzündə həyat necə olacaq? [Cavab verməsinə izin ver.] Bu, müxtəlif mədəniyyətə və dinə mənsub olan insanların Müqəddəs Kitabından ümid və təsəlli əldə edəcəklərinə bir nümunədir». 3-cü səhifənin əvvəlindəki abzası oxu və broşüranı təqdim et.

Təklif: Əgər xristian dininə mənsub olmayan insanla «Müqəddəs Kitab öyrədir» kitabından dərs keçirsənsə, Müqəddəs Kitab haqda ümumi təsəvvürü olsun deyə hər dəfə öyrənmədən qabaq və ya sonra broşüradan bir bölməni bir neçə dəqiqə ərzində nəzərdən keçirmək olar.

Hamı üçün olan kitab

Müqəddəs Kitab barədə az məlumatı olan təhsilli insanlar üçün nəzərdə tutulub

Necə təqdim etməli? 2 Timoteyə 3:16, 17 ayələrini oxu. Sonra de: «Siz Müqəddəs Kitabın Allahdan ilham alması fikri ilə razısınızmı? Yoxsa onun sadəcə yaxşı bir kitab olduğunu düşünürsünüz? [Cavab verməsinə izin ver.] Çoxları bu cür düşünür, ancaq biz fikir vermişik ki, çox az adam Müqəddəs Kitabı şəxsən özü araşdırıb. [3-cü səhifədə məqalənin adı altında yazılan hadisəni oxu.] Bu maraqlı broşürada mədəniyyətindən və dinindən asılı olmayaraq, bütün insanların Müqəddəs Kitabda yazılanları araşdırması üçün əsaslı səbəblər gətirilir».

Təklif: Əgər ev sahibi broşüranı götürərsə, belə demək olar: «Bir çoxlarının Müqəddəs Kitabı bir o qədər də əhəmiyyətli hesab etməmələrinin səbəbi dinlərin Müqəddəs Kitab və onun təlimləri haqda yanlış təsəvvür oyatmalarıdır. Növbəti dəfə gələndə sizinlə bəzi nümunələr barədə danışmaq istərdim». Təkrar başçəkmə zamanı 4, 5-ci səhifədəki müəyyən məlumatı nəzərdən keçir.

Sən Allahın dostu ola bilərsən!

Az savadı olan və ya üzündən yaxşı oxuya bilməyən insanlar üçün nəzərdə tutulub

Necə təqdim etməli? «Necə düşünürsünüz, Allahın dostu olmaq mümkündürmü? [Cavab verməsinə izin ver. Sonra Yaqub 2:23 ayəsini oxu.] Bu broşüranın məqsədi bizə, İbrahim peyğəmbər kimi, Allahın dostu olmaqda kömək etməkdir».

Təklif: İstər birinci dəfə, istərsə də təkrar başçəkmə zamanı 1-ci dərsin hamısını və ya yarısını müzakirə edərək Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstər.

Xoşbəxtlik gətirən həqiqi iman

Müqəddəs Kitabı təzyiqlərə məruz qalmadan öyrənə biləcəyi bir mühitdə yaşayan müsəlmanlarda maraq oyatmaq üçün nəzərdə tutulub

Necə təqdim etməli? 16, 17-ci səhifələrdəki şəkli göstər və de: «Bu şəkil bu gün dünyada gördüklərimizdən çox fərqlənir. Sizcə, bir gün dünya bu cür ola bilərmi? [Cavab verməsinə izin ver.] Görün Allahın Kəlamı nə vəd edir. [Broşürada gətirilən bir Müqəddəs Kitab ayəsini oxu.] Bu broşüra bu kimi vədlərin həyata keçəcəyinə həqiqi iman inkişaf etdirməkdə bizə kömək edir».

Təklif: İlk başçəkmənin sonunda həmsöhbətindən xahiş et ki, broşüranın arxasındakı suallardan birini seçsin. Sonra yenidən görüşüb həmin sualı müzakirə etmək üçün vaxt təyin et.

Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir

Müqəddəs Kitabı təzyiqlərə məruz qalmadan öyrənə biləcəyi bir mühitdə yaşayan müsəlmanlarda maraq oyatmaq üçün nəzərdə tutulub

Necə təqdim etməli? «Eşitmişəm, müsəlmanlar tək bir Allaha və bütün peyğəmbərlərə inanırlar. Bu doğrudur? [Cavab verməsinə izin ver.] Mən sizinlə yer üzünün cənnətə çevriləcəyi barədə yazılmış qədim peyğəmbərlik haqqında danışmaq istəyirəm. Olar, peyğəmbərlikdə nə deyildiyini oxuyum? [Yeşaya 11:6—9 ayələrini oxu.] Çoxlarına təəccüblüdür ki, Allah yer üzündə bu kimi dəyişiklikləri necə edəcək. Bu broşürada peyğəmbərlərin bu haqda nə dediyi açıqlanır».

Təklif: Əgər söhbət etdiyin adam broşüranı götürərsə, belə deyə bilərsən: «Allahın Kəlamı izah edir ki, başlanğıcda insan cənnətdə yaşamışdır. Mən gələn dəfə gələndə istərdim ki: “İnsan Allahdan necə üz döndərdi və cənnət necə itirildi?” sualına cavab verim». Təkrar başçəkmə zamanı 6-cı səhifədən başlanan mövzunun əvvəlini müzakirə et.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş