Padşahlıq haqqında olan xəbəri e’lan et
1 “Allahın Padşahlığının müjdəsini... təbliğ etməliyəm: çünki, Mən bunun üçün göndərilmişəm” (Luka 4:43, İ–93). İsanın bu sözlərindən görünür ki, onun xidmətinin əsas mövzusu Allahın Padşahlığı idi. Matta 24:14 (İ–93) ayəsində deyildiyi kimi, bu gün e’lan etdiyimiz xəbər də Padşahlığa mərkəzləşdirilib: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir”. Allahın Padşahlığı haqqında hansı həqiqətləri bilmək insanlar üçün zəruridir?
2 Allahın Padşahlığı göydən idarə edir və tezliklə bütün insan hakimiyyətlərini əvəz edəcəkdir. İblis artıq göylərdən qovulmuş, bu pis sistemin son günləri yaxınlaşmışdır (Vəhy 12:10, 12). Şeytanın hakimiyyəti altında olan bu sistem bütünlüklə məhv ediləcək, Allahın Padşahlığı isə sarsılmayacaq. O əbədiyyən duracaqdır (Dan. 2:44; İbr. 12:28).
3 Padşahlıq bütün itaətkar insanların düzgün arzularını yerinə yetirəcək. O, müharibələrin törətdiyi iztirabları, cinayəti, sıxıntıları və yoxsulluğu aradan qaldıracaq (Məz. 46:8, 9; 72:12-14). Hamı ərzaq bolluğu içində yaşayacaq (Məz. 72:16; İş. 25:6). Xəstəlik və nasazlıqlar uzaq xatirəyə çevriləcək (İş. 33:24; 35:5, 6). Bəşəriyyət kamilliyə yetişəcək, Yer kürəsi cənnətə çevriləcək, insanlar isə bir-birləri ilə mehriban yaşayacaqlar (İş. 11:6-9).
4 Hal-hazırda sürdüyümüz həyat tərzi Allahın Padşahlığının vətəndaşları olmaq istəyib-istəmədiyimizi göstərir. Padşahlıq xəbəri, məqsədlərimizi və üstünlük verdiyimiz hər işi daxil etməklə, bütün həyatımıza tə’sir göstərməlidir. Misal üçün, ailəmizi tə’min etmək borcumuz olsa da, yol verməli deyilik ki, maddi şeylərə çəkilən qayğı, Padşahlığın maraqlarını ‘boğsun’ (Mat. 13:22; 1 Tim. 5:8). Əksinə, İsanın “əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır” də’vətinə diqqət yetirməliyik (Mat. 6:33, İ–93).
5 Nə qədər ki, vaxt var insanların Padşahlıq haqqında xəbəri olduqca tez eşidib, ona müvafiq yaşamaları vacibdir. Gəlin, ‘Allahın Padşahlığı haqqında... insanları iqna edərək’, onlara kömək edək (Həv. iş. 19:8).