Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp20 №  1 s. 12—13
  • Allahın Padşahlığı haqqında həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı haqqında həqiqət
  • Gözətçi qülləsi (kütləvi) 2020
  • Oxşar material
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
  • Allahın Padşahlığı haqda
    Gözətçi qülləsi 2008
  • Allahın Padşahlığı hökmranlıq edir
    Əbədi həyata aparan bilik
  • Allahın Padşahlığı nədir?
    Allah bizdən nə tələb edir?
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2020
wp20 №  1 s. 12—13
Günəş şüalarına qərq olmuş Yer kürəsinin kosmosdan görünüşü

Allahın Padşahlığı haqqında həqiqət

İsa Məsih şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:9, 10). Allahın Padşahlığı nədir? Hansı işləri həyata keçirir? Nəyə görə onun gəlməsi üçün dua etməliyik?

İsa Məsih bu Padşahlıqda Padşah təyin olunub.

Luka 1:31—33: «Onun adını İsa qoyarsan. O, böyük olacaq, Haqq-Taalanın Oğlu adlanacaq. Yehova Allah ona atası Davudun taxtını verəcək. O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq».

Padşahlıq İsa Məsihin təbliğinin əsas mövzusu idi.

Mətta 9:35: «Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldırdı».

İsa Məsih Padşahlığın idarə etmək üzrə olduğunu bilsinlər deyə şagirdlərinə əlamət verdi.

Mətta 24:7: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq».

Hazırda İsa Məsihin şagirdləri bütün dünyada Padşahlıq haqqında təbliğ edir.

Mətta 24:14: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək».

Allahın Padşahlığı haqqında faktlar

Məkanı. Allahın göylərdə qurduğu gerçək hökumət (DƏNYAL 2:44; MƏTTA 4:17).

Məqsədi. Allahın Padşahlığı Yer kürəsini cənnətə çevirəcək, insanlar sülh və əmin-amanlıqda yaşayacaq, heç vaxt xəstələnib ölməyəcək (ZƏBUR 37:11, 29).

İdarə edənlər. Allah İsa Məsihi göydə Padşah təyin edib, onunla birgə idarə etmək üçün yerdən 144 000 nəfər seçib (LUKA 1:30—33; 12:32; VƏHY 14:1, 3).

Təbəələri. Padşahlığın təbəələri yer üzündə yaşayacaq, Padşahlığın qanunlarına riayət edəcək və İsa Məsihin hakimiyyətinə tabe olacaq (MƏTTA 7:21).

Nə üçün İsa Məsih ən yaxşı hökmdar olacaq?

İsa Məsih yer üzündə olanda bacarıqlı və rəhmli hökmdar olacağını sübut etmişdi, çünki o,..

  • kasıblara qayğı göstərirdi (LUKA 14:13, 14).

  • haqsızlığa, ədalətsizliyə nifrət edirdi (MƏTTA 21:12, 13).

  • təbiət qüvvələrini idarə edirdi (MARK 4:39).

  • minlərlə insanı doyururdu (MƏTTA 14:19—21).

  • xəstələrə rəhm edirdi və əzab çəkənlərə şəfa verirdi (MƏTTA 8:16).

  • ölüləri həyata qaytarırdı (YƏHYA 11:43, 44).

Allahın Padşahlığının indidən sizə faydası

Allahın Padşahlığının təbəəsi olsanız, indidən daha xoşbəxt yaşaya bilərsiniz. Məsələn, Padşahlığın təbəələri...

  • hamıyla sülhdə olmağa çalışır (İBRANİLƏRƏ 12:14).

  • ailədə sülh və birlik içində yaşayırlar, çünki ərlə arvad arasında məhəbbət, hörmət olur (EFESLİLƏRƏ 5:22, 23, 33).

  • xoşbəxt və mənalı həyat sürürlər, çünki Allaha ehtiyacları olduğunu dərk edirlər (MƏTTA 5:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş