Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/03 s. 3
  • Yehovanı birlikdə izzətləndiririk

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanı birlikdə izzətləndiririk
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Böyük toplantıda Yehovaya şükür edin
    Müqəddəs ibadətimiz 2005
  • Ruhani ziyafət və şadlıq
    Müqəddəs ibadətimiz 2008
  • Onun “ismini birlikdə yüksəldək”
    Müqəddəs ibadətimiz 2004
  • Yehovanı gözləyin!
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 4/03 s. 3

Yehovanı birlikdə izzətləndiririk

1. Konqresin mövzusu nədir və Yehova izzətimizə nəyə görə layiqdir?

1 Yehova böyük qüdrətə, dərkedilməz hikmətə, mükəmməl ədalətə sahibdir və O, məhəbbətin təcəssümüdür. Yaradan, Həyatverən, Kainatın Ali Hökmdarı olduğu üçün, yalnız O, bizim izzətimizə layiqdir (Məz. 36:9; Vəhy 4:11; 15:3, 4). Bu yay keçiriləcək “Allaha izzət verin” adlı vilayət konqresi, Yehovanı yeqanə həqiqi Allah kimi izzətləndirmək qətiyətimizi möhkəmləndirəcək (Məz. 86:8-10).

2, 3. Yaxşı planlaşdırmaq proqramdan tam faydalanmağımıza necə kömək edəcək?

2 Yaxşı planlaşdırmaq lazımdır. Yehovanın bizim üçün hazırladığı ruhani ziyafətdən tam ləzzət ala bilək deyə, yaxşı planlaşdırmaq vacibdir (Efes. 5:15, 16). Konqresə necə gedəcəyinə və harada yaşayacağına dair bütün məsələləri həll etmisənmi? İş yerindən və ya dərslərindən icazə almısanmı? Bu vacib məsələlərin həllini tə’xirə salma. Əks təqdirdə, icazə almaq gec ola bilər və sən gözəl ruhani ziyafətin bir hissəsini buraxmalı olarsan. Bizim hamımız proqramın hər bir hissəsində iştirak etməliyik.

3 Konqresə hər gün qabaqcadan gəlməyi qarşına məqsəd qoy. O zaman giriş mahnısı başlanmamış özün üçün rahat yer tapa biləcəksən və fikrini Müqəddəs Kitabdan verilən nəsihətə mərkəzləşdirəcəksən. Konqresə giriş hər gün saat 8.00-dan açıq olacaq. Xahiş olunur ki, yalnız öz ailə üzvlərin və səninlə gələnlər üçün yer tutasan.

4. Nəyə görə konqresə naharı hamı özü ilə gətirməlidir?

4 Fasilə zamanı konqres keçirilən yerdən çıxıb qida almaq əvəzinə, hamı naharı özü ilə gətirsə daha yaxşı olar. Bu məsləhətə riayət etsən, heç hara tələsməzsən və həmimanlılarınla ünsiyyətdə olmaq üçün daha çox vaxtın olar (Məz. 133:1-3). Xahiş olunur unutma ki, konqresə şüşə qablar və spirtli içkilər gətirmək olmaz.

5. Konqresin proqramını dinləmək üçün ürəyimizi necə meylləndirə bilərik?

5 Dinlə və öyrən. Allahın Kəlamını qavramaq üçün Ezra duada “ürəyini hazırlamışdı” (Ezra 7:10). O, ürəyini Yehovanın tə’limlərinə meylləndirmişdi (Sül. məs. 2:2). Əgər konqresin mövzusunun üzərində düşünsək və ailəmizlə birlikdə müzakirə etsək, artıq evdə ürəyimizi konqresin proqramını dinləməyə meylləndirə bilərik.

6. Diqqətimizi proqrama mərkəzləşdirməkdə bizə nə kömək edə bilər? (Çərçivəyə bax.)

6 Konqresdə müxtəlif hərəkət və səslər diqqətimizi yayındıra bilər. Əgər fikrimizin yayınmasına yol versək, mə’ruzəçinin söylədiklərinin bir qismini nəzərdən qaçırar və qiymətli mə’lumatdan məhrum olarıq. Bu səhifədəki çərçivədə proqramı diqqətlə dinləməyə kömək edəcək məsləhətlər var.

7, 8. Başqalarına qarşı necə diqqətli ola bilərik?

7 Başqalarına qarşı diqqətli ol. Başqalarına mane olmamaq üçün, proqram zamanı fotoaparat və videokameralarla yalnız öz yerindən çəkə bilərsən. Cib telefonları və peycerlər elə rejimdə qurulmalıdır ki, başqalarını narahat etməsin. Heç bir şəxsi təchizat konqresin elektrik və ya səs şəbəkəsinə qoşulmalı deyil.

8 Biz birlikdə toplaşıb Yehovanı izzətləndirmək məqamını səbirsizliklə gözləyirik! Gəlin proqramın bütün hissələrində olmaqla, diqqətlə dinləməklə və öyrəndiklərimizi tətbiq etməklə Yehovaya izzət verməyə qətiyyəli olaq! (Təs. 31:12).

[3 səhifədəki çərçivə]

Proqramı dinləyərkən...

▪ Mə’ruzələrin adı üzərində düşün.

▪ Müqəddəs Yazılardan ayələri aç oxu.

▪ Qısa qeydlər et.

▪ Tətbiq edəcəyin məsləhətləri qeydə al.

▪ Öyrəndiyin şeyləri təkrarla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş