Onun “ismini birlikdə yüksəldək”
1. Allahın adını birlikdə yüksəltmək üçün hansı imkanımız olacaq və indidən hansı hazırlıq işlərini görə bilərik?
1 “Mənimlə bərabər Rəbbə tə’zim edin və ismini birlikdə yüksəldək” deyə, məzmurçu oxuyurdu (Məz. 34:3). Yaxınlaşmaqda olan “Allahla yeriyin” adlı vilayət konqresində bir çox yığıncaqlardan olan bacı-qardaşlarla birlikdə Yehovanın adını yüksəltmək imkanımız olacaqdır. Konqres zamanı harada yaşayacağını, oraya necə gedəcəyini, habelə işdən icazə almaqla bağlı məsələləri həll etmisənmi? Bütün bunların qeydinə əvvəlcədən qalmaq müdriklik olardı (Sül. məs. 21:5).
2. Nəyə görə konqresə vaxtından bir az əvvəl gəlməyi planlaşdırmaq faydalıdır?
2 Konqres yerində. Konqres nümayəndələri çox şeyi götür-qoy etməlidirlər. Konqresə vaxtından bir az əvvəl yola düşsək, hər hansı səbəblər üzündən gecikmək ehtimalı az olacaq, başlanğıc mahnı və duadan əvvəl isə artıq yerimizdə olacağıq (Məz. 69:30). Proqramın başlanmasına bir-neçə dəqiqə qalmış aparıcı səhnədə əyləşəcək və Padşahlıq melodiyaları səslənəcəkdir. Bu vaxt ərzində hər birimiz vaxtında yerlərimizi tutmalıyıq ki, proqram da layiqli tərzdə başlansın (1 Kor. 14:33, 40).
3. Yer tutan zaman başqalarına qarşı necə diqqətli ola bilərik?
3 Allahın Kəlamı bizi təşviq edir ki, ‘bütün etdiklərimiz məhəbbətlə olsun’ (1 Kor. 16:14). Səhər saat 8-də konqresə giriş açılan zaman biz başqalarına qarşı diqqətli olacaq və xoşumuza gələn yerləri tutmaq üçün qaçmaqdan, tələsməkdən, başqalarını itələməkdən qaçınacağıq. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya bir mənzildə yaşadığınız kəslər üçün tutmaq olar (1 Kor. 13:5; Filip. 2:4).
4. Nahar ilə bağlı hansı məsləhətlər verilir və bu nəyə görə faydalıdır?
4 Fasilə zamanı konqresdən çıxıb qida almaq əvəzinə, zəhmət olmasa, naharı özünlə gətir. Bunun sayəsində hər birimizin ruhlandırıcı ünsiyyətdən sevinc duymaq imkanı olacaq və günortadan sonrakı görüşdə hamı vaxtında öz yerində ola biləcəkdir. Əgər lazımdırsa, oturduğunuz skamyanın altına qoymaq mümkün olan, balaca ərzaq konteyneri gətirə bilərsən. Konqresə gəzinti üçün olan böyük yemək konteynerləri, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.
5. Ürəyimizi qarşıdan gələn proqrama necə hazırlaya bilərik?
5 Bizi ruhani ziyafət gözləyir. Yehoşafat padşah “öz ürəyini Allahı aramaq üçün” hazırlamışdı (2 Tarix. 19:3). Biz ürəyimizi konqresin proqramına necə hazırlaya bilərik? 22 may və 8 iyun tarixli “Oyanın!” (rus.) jurnalının son səhifəsində qarşıdan gələn ruhani ziyafətin qısa “menyusu” təqdim edilir. Nəyə görə Yehovanın bizim üçün hazırladığı bu ruhani ziyafəti dadmaq üçün həmin menyunun üzərində düşünmək üçün vaxt ayırmayaq? Ürəyi hazırlamaq — verilən nəsihəti dərk etmək və həyata keçirmək üçün Yehovadan kömək diləməyi də özünə daxil edir (Məz. 25:4, 5).
6. Biz nəyi arzu edirik və nəyə görə?
6 Qurtuluşa Allahın Kəlamının vasitəsilə nail olacağımızı dərk edərək, hər birimiz onu daha çox öyrənmək arzusu ilə yaşayırıq (1 Pet. 2:2). Buna görə də, gəlin “Allahla yeriyin” adlı vilayət konqresində iştirak edək və Allahın “ismini birlikdə yüksəldək” (Məz. 34:3).
[3 səhifədəki çərçivə]
Allahın ismini necə yüksəltmək olar?
◼ Hər şeyi qabaqcadan planlaşdır.
◼ Başqalarına məhəbbət göstər.
◼ Ürəyini hazırla.