Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik.
VII hissə. Müqəddəs Kitab öyrənməsində dua etmək
1. a) Müqəddəs Kitab öyrənməsini dua ilə başlamaq və qurtarmaq nəyə görə münasibdir? b) Müqəddəs Kitab öyrənməsində öyrənmədən qabaq dua etməyə necə başlaya bilərik?
1 Müqəddəs Kitabı öyrənən insanların ruhən inkişaf etmələri üçün Yehovanın xeyir-duası vacibdir (1 Kor. 3:6). Buna görə də öyrənməni dua ilə başlamaq və qurtarmaq münasibdir. Allaha inanan insanlarla birlikdə dua etməyi elə birinci məşğələdən başlaya bilərik. Başqa adamlarla isə dua etməyə başlamaq üçün münasib vaxt seçmək lazım gələ bilər. Öyrənən insanın dua etməyin lazım olduğunu başa düşməsinə kömək etmək üçün Məzmur 25:4, 5 və 1 Yəhya 5:14 ayələrini oxuyub müzakirə etmək olar və duanı İsa Məsihin vasitəsilə etməyin nəyə görə vacib olduğunu izah etmək üçün isə Yəhya 15:16 ayəsini oxumaq olar.
2. Əgər öyrənmədə bacını vəftiz olunmuş qardaş və ya vəftiz olunmamış təbliğçi kişi müşayiət edirsə, duanı kim etməlidir?
2 Müqəddəs Kitab öyrənməsində kim dua etməlidir? Əgər öyrənməni vəftiz olunmuş qardaş ilə bacı aparırsa, duanı qardaş etməlidir. Öyrənməni bacı da apara bilər, amma bir şərtlə ki, başı örtülü olsun (1 Kor. 11:5, 10). Əgər öyrənmədə vəftiz olunmamış təbliğçi kişi bacını müşayiət edirsə, onda duanı bacı etməlidir. Belə halda həm dua edən, həm də öyrənməni aparan zaman bacının başı örtülü olmalıdır.
3. Müqəddəs Kitab öyrənməsində etdiyimiz dualara hansı münasib şeyləri daxil edə bilərik?
3 Nə haqda dua etmək olar? Müqəddəs Kitab öyrənməsində etdiyimiz dualar uzun çəkməməli və konkret olmalıdır. Yehovadan öyrənməyə xeyir-dua verməsini istəməkdən və öyrəndiyimiz həqiqətlərə görə Ona təşəkkür etməkdən savayı, Yehovanı nəsihət Mənbəyi kimi mədh etməyimiz də münasibdir (Yeşaya 54:13). Həmçinin öyrənən adama qarşı səmimi marağımızı və Yehovanın istifadə etdiyi təşkilata görə minnətdarlığımızı ifadə edən şeylər barədə dua edə bilərik (1 Salon. 1:2, 3; 2:7, 8). Müqəddəs Kitabı öyrənən insanın öyrəndiklərini həyatında icra etmək üçün sərf etdiyi qüvvəyə Yehovanın xeyir-dua verməsini də diləyə bilərik. Bununla biz ona «kəlamın icraçısı» olmağın vacib olduğunu başa düşməyə kömək edəcəyik (Yaq. 1:22).
4. Öyrənməni dua ilə başlayıb, qurtarmaq hansı faydaları gətirir?
4 Öyrənmə zamanı dua etməyin faydası çoxdur. Bu, Yehovanın xeyir-duasına səbəb olur (Luka 11:13). Allahın Kəlamını öyrənməyin vacibliyini göstərir. Dualarımıza qulaq asarkən, öyrənən adam da dua etməyi öyrənir (Luka 6:40). Üstəlik, Yehovaya qarşı məhəbbətlə dolub-daşan ürəyimizdən gələn dualar və Onun misilsiz xüsusiyyətlərinə görə etdiyimiz minnətdarlıq, öyrənən adama Yehova ilə şəxsi münasibətlər inkişaf etdirməyə kömək edə bilər.