Suallar qutusu
◼ Əgər Müqəddəs Kitab öyrənməsi qapı ağzında keçirilirsə, bu zaman dua etmək lazımdırmı?
Müqəddəs Kitab öyrənməsini dua ilə başlayıb, dua ilə qurtarmağın böyük faydası var. Adətən, duada Yehovadan müzakirə zamanı bizə müqəddəs ruh verməsini diləyirik (Luka 11:13). Dua həmçinin öyrənənə Müqəddəs Kitabı araşdırmağın ciddiliyini başa düşməyə və necə dua etməyi öyrənməyə kömək edir (Luka 6:40). Buna görə də, Müqəddəs Kitabı öyrənən adamla birlikdə nə qədər tez dua etməyə başlasaq, bir o qədər yaxşıdır. Ancaq şəraitlər müxtəlif olduğundan təbliğçi öyrənməni qapı ağzında keçirən zaman dua edib-etməməyə qərar verərkən müdrik olmalıdır.
İlk növbədə, öyrənmənin hansı mühitdə keçdiyini nəzərə almaq lazımdır. Əgər öyrənmə müəyyən mənada sakit bir yerdə və müntəzəm olaraq keçirilirsə, nəzakətlə öyrənməni dua ilə başlayıb, dua ilə qurtarmağı təklif etmək olar. Yox, əgər bu, ətrafdakıların diqqətini cəlb edəcəksə və öyrənən özünü narahat hiss edəcəksə, öyrənməni bir az xəlvət yerdə keçmək mümkün olana qədər gözləmək daha yaxşı olardı. Öyrənmənin harada keçməsindən asılı olmayaraq, nə vaxt dua ilə başlayıb-başlamamaqla əlaqədar bizə sağlam düşüncəli olmaq lazımdır. («Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2005-ci il mart sayının 4-cü səhifəsinə bax.)