Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/07 s. 1
  • ‘O, yorğunlara güc verər’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘O, yorğunlara güc verər’
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Yeqova yorğun olana qüvvət verir
    Gözətçi qülləsi 2001
  • Yehova yorğunlara güc verir
    Gözətçi qülləsi 2018
  • ‘İman sözləri ilə bəslənirik’
    Müqəddəs ibadətimiz 2005
  • Müqəddəs ruhun verdiyi güclə şirnikdirici təsirlərə və ruh düşkünlüyünə sinə gəririk
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 5/07 s. 1

‘O, yorğunlara güc verər’

1 Hər birimiz hərdən özümüzü yorğun hiss edirik. Bu yorğunluq yalnız fiziki işlə məşğul olduğumuza görə yox, həmçinin bu ‘çətin anlarda’ qarşılaşdığımız problemlərə görə ola bilər (2 Tim. 3:1). Yehovanın xidmətçiləri olan bizlər xidmətdə zəifləməmək üçün ruhani köməyi haradan əldə edə bilərik? Buna, ‘böyük qüdrəti’ olan Yehovaya e’tibar etməklə nail ola bilərik (Yeşaya 40:26). O bizim tələbatlarımızı bilir və səmimi qəlbdən kömək etmək istəyir (1 Pet. 5:7).

2 Yehovanın kömək üsulları. Yehova Kainatı yaratmaq üçün istifadə etdiyi möhtəşəm müqəddəs ruhu vasitəsilə bizə güc verir. Allahın ruhu taqətdən düşdüyümüz zaman bizə ‘yeni qüvvə almağa’ kömək edir (Yeşaya 40:31). Özündən soruş: «Məsihçi məs’uliyyətimi yerinə yetirməyə kömək etsin deyə, müqəddəs ruh almaq üçün axırıncı dəfə nə vaxt dua etmişəm?» (Luka 11:11-13).

3 Allahın ilhamlanmış Kəlamını hər gün oxumaq və üzərində düşünməklə, həmçinin ruhən qidalanmaq üçün nəşrlərimizi müntəzəm öyrənməklə ‘axar sular kənarına əkilmiş, barını mövsümündə verən, yarpağı solmayan’ səmərəli ağaca bənzəyəcəyik (Məz. 1:2, 3).

4 Yehova bizə ‘təsəlli verə biləcək’ həmimanlılarımızdan da istifadə edir (Kolos. 4:10, 11). Onlar bizi yığıncaq görüşlərində ruhlandırıcı ünsiyyətləri, şərhləri və çıxışları ilə qüvvətləndirirlər (Həv. iş. 15:32). Xüsusilə də məsihçi ağsaqqallar ruhani köməklik göstərir, möhkəmləndirir və ruhlandırırlar (Yeşaya 32:1, 2).

5 Xidmət. Özünü yorğun hiss edirsənsə, təbliği dayandırma! Digər işlərdən fərqli olaraq, xidmətdə iştirak etmək bizi həqiqətən də təravətləndirir (Mat. 11:28-30). Xoş xəbəri təbliğ etmək diqqətimizi Allahın Padşahlığına cəmləməyə, əbədi həyatı və onun gətirəcəyi xeyir-duaları yadda saxlamağa kömək edir.

6 İndiki pis sistem məhv edilməzdən əvvəl görüləcək işimiz çoxdur. ‘Allahın tə’min etdiyi qüvvət’ sayəsində icra etdiyimiz xidmətdə möhkəm qalmağa bir çox səbəbimiz var (1 Pet. 4:11). Biz bu işimizi Yehovanın köməyilə başa çatdıracağıq, çünki ‘O, yorğunlara güc verir’ (Yeşaya 40:29).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş