Xidmətdə sə’yimizi qorumalıyıq
1 Yehovanın sə’yli Şahidləri 1992-ci ildən e’tibarən Padşahlığın ümumdünya təbliğ və şagird hazırlamaq işinə hər il bir milyarddan artıq saat həsr edirlər. Bu cür möhtəşəm işdə bizim də kiçik payımızın olması necə də sevindiricidir! (Mat. 28:19, 20).
2 Əlbəttə, bütün izzət və minnətdarlıq, bu «çətin anlar»da xidmətimizdə bizə dayaq olan Yehova Allaha məxsusdur (2 Tim. 3:1). Bu vacib işi sə’ylə davam etdirmək istəyiriksə, bizdən nə tələb olunur?
3 Sə’yli olmaq üçün səbəb. Allaha və insanlara bəslədiyimiz dərin məhəbbət, o cümlədən həsr olunmağımıza uyğun yaşamaq arzusu bizi Padşahlıq haqqında təbliğ etməyə təşviq edir (Mat. 22:37-39; 1 Yəh. 5:3). Məhəbbət bizi fədakarlıq göstərməyə sövq etdiyi üçün biz təbliğ işində tam surətdə iştirak edirik (Luka 9:23).
4 Sə’yinizi qorumağa çalışın. Bizim düşmənimiz İblis xidmətdə göstərdiyimiz sə’yi var qüvvəsi ilə zəiflətməyə çalışır. Bizi ruhdan salmaq üçün o, sahəmizdəki insanların laqeydliyindən, dünyanın yayındırıcı tə’sirindən, gündəlik qayğılardan və get-gedə pisləşən səhhətimizdən istifadə edir.
5 Bu səbəbdən, biz çox çalışmalıyıq ki, sə’yimizi itirməyək. ‘İlk məhəbbətimizi’ gücləndirmək zəruridir. Bunun üçün Allahın Kəlamı olan Müqəddəs Kitabı müntəzəm oxumalı, üzərində düşünməli, həmçinin Yehovanın «sadiq və ağıllı qul» vasitəsilə təqdim etdiyi hər şeydən tam faydalanmalıyıq (Vəhy 2:4; Mat. 24:45; Məz. 119:97).
6 Müqəddəs Kitab peyğəmbərliklərinin aydın şəkildə göstərdiyi kimi, Yehovanın allahsız insanları məhv etmək üçün tə’yin etdiyi gün sür’ətlə yaxınlaşır (2 Pet. 2:3; 3:10). Gəlin bunu yadımızda möhkəm saxlayaq, Padşahlıq haqqında xoş xəbərin ümumdünya təbliğində və şagirdlər hazırlamaq işində tam surətdə iştirak etməklə sə’yimizi qoruyaq!