Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/09 s. 2
  • «Ruhən hərarətli olun»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Ruhən hərarətli olun»
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Xidmətdə sə’yimizi qorumalıyıq
    Müqəddəs ibadətimiz 2007
  • Yehova Allah və İsa Məsih kimi həqiqi ibadətin qeyrətini çəkin
    Müqəddəs ibadətimiz 2015
  • Xoş xəbəri sə’ylə e’lan edin
    Gözətçi qülləsi 2000
  • Yaxşı işlərə can yandırırsanmı?
    Gözətçi qülləsi 2013
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 11/09 s. 2

«Ruhən hərarətli olun»

1. Hansı xüsusiyyət xidmətimizdə özünü büruzə verməlidir?

1 Məsihçi xidmətimizin heç bir sahəsində passiv olmamalıyıq. Əksinə, biz təşviq olunuruq: ‘ruhən hərarətli olun və Rəbbə xidmət edin’ (Rom. 12:11). Ancaq bir çox şeylər bizi xidmətdən soyuda bilər. Bəs Padşahlıq xidmətimizi icra etmək üçün səyimizi və şövqümüzü necə ‘alovlandıra’ bilərik? (2 Tim. 1:6, 7).

2. Şəxsi öyrənmə ilə xidmətdə səylə iştirak etmək arasında hansı əlaqə var?

2 Müqəddəs Kitabın şəxsi öyrənilməsi. Yehovanın qanunlarını sevən və oradakı həqiqətlərin üzərində dərindən düşünən kəsi Padşahlığın fəal təbliğçisi adlandırmaq olar (Məz. 119:97). Şəxsi öyrənmə zamanı Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətlər ürəyimizi riqqətə gətirir və səyimizi gücləndirir. Bu cür həqiqətlərlə bizi təmin edən Kəsi sevmək və başqaları ilə xoş xəbəri bölüşmək istəyi bizi Yehovaya həmd etməyə və Onun adını bəyan etməyə təşviq edir (İbr. 13:15). Beləliklə, xoş xəbəri səylə təbliğ etməklə həqiqəti qiymətləndirdiyimizi göstəririk.

3. Allahın ruhu xidmətimizə necə təsir edə bilər?

3 Müqəddəs ruh üçün dua et. Xidmətimizin səmərəli olması bizim gücümüzdən asılı deyil. Həqiqi səy Allahın ruhunun bizə təsir etməsi sayəsində yaranır (1 Pet. 4:11). ‘Bol qüvvənin’ Mənbəyinə yaxınlaşmaq bizi cəsarətlə təbliğ etmək üçün ruhən gücləndirəcək (Yeşaya 40:26, 29-31). Həvari Pavel xidmət edərkən təqiblərlə qarşılaşanda Allah ona ‘kömək edirdi’ (Həv. iş. 26:21, 22). Yehovanın möhkəmləndirən müqəddəs ruhu xidmətdə ruhən hərarətli olmaqda bizə kömək edə bilər. Buna görə də biz duada Yehovadan müqəddəs ruh diləməliyik (Luka 11:9-13).

4. Səy göstərmək hansı yaxşı nəticələri doğurur və bununla yanaşı, nəyi nəzərə almalıyıq?

4 Padşahlığın təbliği işində güclü səy göstərmək çox vaxt həmimanlılar arasında daha böyük səyin olmasına gətirib çıxarır (2 Kor. 9:2). Çox ehtimal ki, sahədəki insanlar şövqlə və əminliklə təqdim olunan xəbərə hay verəcəklər. Lakin səy həmişə nəzakətli və mülayim olmaqla müşayiət olunmalıdır (Tit. 3:2). Biz həmişə ev sakinlərinin ləyaqətinə və seçim azadlığına hörmət etməliyik.

5. Müqəddəs Kitabın hansı məsləhətini tətbiq etməyə can atmalıyıq?

5 Padşahlığın təbliğçiləri kimi, biz ‘ruhən hərarətli olmalıyıq’. Gəlin Müqəddəs Kitabı şəxsən öyrənməklə səyimizi artıraq və fəal müqəddəs ruhu ilə bizi təmin edə bilən Kəsə hərarətlə dua edək. Bunu etməklə biz ‘Müqəddəs Ruhla və tam bir etiqadla’ xidmətimizi səylə yerinə yetirə biləcəyik! (1 Salon. 1:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş