Xidmətdə püxtələşək. Söhbəti kəsən etirazlara cavab verməklə
Nə üçün vacibdir? Təsəvvür et: xəbərin var ki, tezliklə təbii fəlakət olacaq. İnsanlar təhlükəsiz yerə qaçmasalar, öləcəklər. Qonşunu xəbərdar etmək üçün qapısını döyürsən, o isə vaxtı olmadığını deyib sözünü ağzında qoyur. Əlbəttə ki, sən ona kömək etmək cəhdindən dərhal vaz keçməyəcəksən. Bu gün çoxları çatdırdığımız xəbərin həyati vacib olduğunu anlamayıb bizi başdan edirlər. Ola bilsin, biz yanlarına gedən vaxt başları qarışıq olur (Mat. 24:37—39). Və ya, ola bilsin, onlara bizim haqda yanlış məlumatlar veriblər (Mat. 11:18, 19). Onlara elə gələ bilər ki, biz sözü ilə əməlləri üst-üstə düşməyən digər dinlər kimiyik (2 Pet. 2:1, 2). Əgər insan ilk dəfədən maraq göstərmirsə, biz dərhal təslim olmamalıyıq.
Bu ay ərzində buna çalış:
Söhbəti kəsən etirazla qarşılaşanda oranı tərk etdikdən sonra əməkdaşınla etirazın öhdəsindən daha yaxşı necə gələ biləcəyini müzakirə et.