Xidmətdə püxtələşək. Ev sahibi hirsli olanda
Nə üçün vacibdir? Xidmətdə rastlaşdığımız insanların çoxu nəzakətli olur. Ancaq İsa Məsih peyğəmbərlik etmişdi ki, bizə nifrət edən insanlarla da rastlaşacağıq (Yəh. 17:14). Buna görə də ev sahibi bizimlə hirslə danışanda bu, bizi təəccübləndirməməlidir. Belə vəziyyətdə biz elə cavab verməliyik ki, təmsil etdiyimiz Yehova Allahı razı salaq (Rom. 12:17—21; 1 But. 3:15). Belə etsək, həmin adamın hirsi soyuya bilər. Həmçinin bu, həm ev sahibi üçün, həm də kənardan bizi müşahidə edənlər üçün yaxşı şahidlik olacaq. Bunun sayəsində onlar növbəti dəfə Yehovanın Şahidləri gələndə onları dinləyəcəklər (2 Kor. 6:3).
Bu ay ərzində buna çalışın:
Ailəvi ibadət zamanı məşqlər edin.
Hirsli ev sahibi ilə danışandan sonra əməkdaşınızla birlikdə fikirləşin ki, necə cavab versəydiniz, daha yaxşı olardı.