Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/15 s. 2
  • «İman örnəkləri»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «İman örnəkləri»
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • Rəhbərlik Şurasından məktub
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’»
    Müqəddəs ibadətimiz 2011
  • “Məhz buna ehtiyacım vardı”
    Gözətçi qülləsi 2003
  • Müqəddəs Kitabdan güc alaq
    Gözətçi qülləsi 2021
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 9/15 s. 2

«İman örnəkləri»

1. Oktyabrın 19-dan başlanan həftədən etibarən «Yığıncağın Müqəddəs Kitab öyrənməsi»ndə hansı kitabı araşdıracağıq?

1 2015-ci il oktyabrın 19-dan başlanan həftədən etibarən «Yığıncağın Müqəddəs Kitab öyrənməsi»ndə «İman örnəkləri» kitabı keçiləcək. Bu nəşrdə Müqəddəs Kitabda adı çəkilən on dörd mömin insanın başına gələnlər araşdırılır. Kitab elə tərtib olunub ki, oxuduqca həmin insanların həyatı adamın təsəvvüründə canlanır, Yehovaya xidmət edərkən çətinliklərlə üzləşən bu insanları, sanki, real həyatda görürsən. Kitabda həmçinin əhvalatlardan nəticə çıxarılır ki, onları bu gün həyatımızda tətbiq edə bilək (İbr. 6:12).

2. «İman örnəkləri» kitabının hansı özəllikləri var?

2 Kitabın özəlliyi. Kitabda yer alan zaman xətti və xəritələr bizə hər bir personajın nə vaxt və harada yaşadığını müəyyənləşdirməyə kömək edir. Üstəlik, hər fəsildə «Təkrar üçün suallar» yarımbaşlığı var. Bu, əhvalatların üzərində düşünməyə və öyrəndiyimiz ibrətamiz dərsləri tətbiq etməyə kömək edəcək. Kitabda həmçinin çoxlu rəngli rəsmlər var. Bu rəsmləri çəkməzdən əvvəl hərtərəfli araşdırma aparılmışdır, sonra isə lazımi səhnə incəliyinə kimi təsvir olunmuşdur. Rəsmlər hadisələri insanın təsəvvüründə aydın şəkildə canlandırır.

3. Bu nəşrdən necə faydalana bilərik?

3 Bizə faydası. Kitabının əvvəlində Rəhbərlik Şurasından məktub yer alıb. Məktubda belə sözlər yazılıb: «Təxəyyülünüzü işə salın, hadisələri yaşayın. Çalışın personajların keçirdiyi hissləri duyasınız, gördüyü şeyləri görəsiniz. Hər əhvalatdakı qəhrəmanın müxtəlif vəziyyətlərdə necə davrandığına diqqət yetirin. Özünüzə sual verin: “Mən onun yerində olsaydım, nə edərdim?”» Düzdür, təxəyyülü işə salmaq o demək deyil ki, özümüzdən nəsə uydurmalıyıq. Bu o deməkdir ki, Müqəddəs Kitabda yazılanları təsəvvürümüzdə canlandırmalı, özümüzü əhvalatdakı personajların yerinə qoymalıyıq. Bunun üçün vaxt sərf etmək, düşünmək lazımdır (Nəh. 8:8). Əgər dərs fəslin yarısından başlanacaqsa, görüşü aparan qardaş 30—60 saniyə ərzində ötən dərsdə keçilənləri təkrarlamalıdır. Dərsə «Təkrar üçün suallar» çərçivəsi düşməyibsə, onda yekunda bir-iki sualla dərsi təkrarlamaq olar.

4. Nəyə görə «İman örnəkləri» kitabını araşdırmaq lazımdır?

4 Bu dünya hər gün hansısa yolla imanımızı məhv etməyə, zəiflətməyə çalışır. Bu nəşr, eləcə də «Gözətçi qülləsi» jurnalında bu silsilədən olan məqalələr Yehovanın imanımızı möhkəmlətmək üçün verdiyi bir hədiyyədir (Yaq. 1:17). Gəlin «Yığıncağın Müqəddəs Kitab öyrənməsi»nə müntəzəm gələk və müzakirədə mümkün qədər çox iştirak edək. Onda bu nəşrdən tam fayda əldə edəcəyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş