Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb16 sentyabr s. 8
  • Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Oxşar material
  • Şagirdin vəftiz olunmasına kömək edin
    Gözətçi qülləsi 2021
  • Sadəlik
    İnsanları sev. Şagird hazırla
  • Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. II hissə.
    Müqəddəs ibadətimiz 2004
  • ‘Öyrətmək bacarığına’ diqqət yetir
    Gözətçi qülləsi 2008
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
mwb16 sentyabr s. 8

MƏSİHİ HƏYATI

Müqəddəs Kitab dərsi keçəndə bu səhvlərə yol verməyin

Çap versiyası
Qardaş şagirddən çox danışır

Çox danışma. Düşünmə ki, hər şeyi sən izah etməlisən. İsa peyğəmbər insanların düşünüb düzgün nəticəyə gəlmələri üçün suallar verirdi (Mt 17:24—27). Suallar sayəsində dərs daha maraqlı keçir və şagirdin nəyi başa düşdüyünü, nəyə inandığını anlamaq mümkün olur (be s. 253, abz. 3, 4). Sual verəndə səbirli olub cavabı gözləmək lazımdır. Şagird səhv cavab verəndə düzgün cavabı deməyə tələsmə. Düzgün qənaətə gəlməsi üçün əlavə suallar ver (be s. 238, abz. 1, 2). Məlumatı elə templə təqdim et ki, şagird yeni məlumatı qavraya bilsin (be s. 230, abz. 4).

Nəyə görə qocaldığımız haqda həddən çox məlumat

Qəlizləşdirmə. Keçdiyiniz dərslə bağlı bildiklərinin hamısını danışmağa lüzum yoxdur (Yh 16:12). Diqqəti abzasın əsas fikrinə yönəlt (be s. 226, abz. 4, 5). Hətta ən maraqlı təfərrüatlar belə, insanı əsas fikirdən yayındıra bilər (be s. 235, abz. 3). Şagird əsas fikri başa düşdüsə, növbəti abzasa keç.

Qardaş həddən artıq məlumat verdiyi üçün şagird çaş-baş qalır

Sadəcə məlumatı çatdırmaq kifayət deyil. Məqsədimiz sadəcə dərsi keçmək deyil, biz insanın ürəyinə yol tapmağa çalışmalıyıq (Lk 24:32). Diqqəti dərsdəki əsas ayələrə cəmləməklə Allahın Kəlamının gücünün fəaliyyət göstərməsinə yol ver (2Kr 10:4; İb 4:12; be s. 144, abz. 1—3). Sadə nümunələr çək (bes. 245, abz. 2—4). Şagirdin imanını, üzləşdiyi çətinlikləri nəzərə al, dərsi onun vəziyyətinə uyğunlaşdır. Belə suallar ver: «Sən bu barədə nə düşünürsən? Buradan Yehova haqda nə öyrəndin? Bu məsləhətə əməl etməyin hansı faydası ola bilər?» (be s. 238, abz. 3—5; s. 259, abz. 1).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş