Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb19 fevral s. 8
  • Dözüm göstərib gözləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dözüm göstərib gözləyin
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Oxşar material
  • Qoy heç nə bizi mükafatdan məhrum etməsin
    Gözətçi qülləsi 2017
  • «Qoy dözüm öz işini tamamlasın»
    Gözətçi qülləsi 2016
  • Yehovanın təşkilatına bağlı qalın
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Təhəmmül mükafatlandırılır
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2019
mwb19 fevral s. 8

MƏSİHİ HƏYATI

Dözüm göstərib gözləyin

Allahın Padşahlığının gəlməsini nə qədər vaxtdır gözləyirsiniz? Çətinliklərə baxmayaraq, səbirlə dözüm göstərirsiniz? (Rm 8:25) Bəzi məsihilər ədavətlə, pis rəftarla, həbs, hətta ölüm təhlükəsilə üzləşirlər. Digərləri isə xroniki xəstəlik, yaxud qocalıq kimi problemlərdən əziyyət çəkir.

Bizə çətin vəziyyətdə dözüm göstərib gözləməyə nə kömək edə bilər? İmanımızı hər gün Müqəddəs Kitabı oxuyub düşünməklə qidalandırmalıyıq. Diqqətimizi ümidimizə cəmləməliyik (2Kr 4:16—18; İb 12:2). Duada Yehovaya yalvarıb müqəddəs ruhu vasitəsilə bizə güc verməsini istəməliyik (Lk 11:10, 13; İb 5:7). Mehriban Atamız bizə «sevinclə və səbirlə tab gətirməyə» kömək edə bilər (Kl 1:11).

«“YARIŞDA DÖZÜMLƏ QAÇIN”. QALİBİYYƏTƏ İNANIN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Bred həyat yoldaşıyla təbliğdə

    Həyatımızda hansı «təsadüf» baş verə bilər? (Vz 9:11)

  • Karl insult keçirmiş Bredə ayə oxuyur

    Dua bizə sınaqlara tab gətirməyə necə kömək edir?

  • Bred və Karl ər-arvada baş çəkir

    Əgər Yehovaya əvvəlki qədər xidmət edə bilmiriksə, nəyə görə diqqətimizi edə bildiyimiz şeylərə cəmləməliyik?

  • Bred Cənnətdə yenidən qıvraq olacağı vaxtı təsəvvür edir

    Gözünüz mükafatda olsun

    Mükafat alacağınıza əmin olmağa sizə nə kömək edir?

Sınaqlarla üzləşənlərə və onların ailə üzvlərinə necə kömək edə bilərsiniz?

  • Onlara xoş sözlər deyin və onları başqaları ilə müqayisə etməyin

  • Yaxşı dinləyici olun

  • Onlar üçün dua edin. Həm də onlarla birlikdə dua edin

  • Onlar üçün yemək bişirin, yaxud ev işlərində kömək edin

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş