Ön söz
Müharibə və münaqişənin olmadığı bir dünyada yaşamaq istəyərsiniz? Qulağa xoş gəlsə də, çoxlarına bu inandırıcı gəlmir. Müqəddəs Kitabda insanların müharibələrə son qoymaq cəhdlərinin nəyə görə boşa çıxdığı açıqlanır. Həmçinin orada izah olunur ki, bütün yer üzündə sülhün mümkün olduğuna və bunun tezliklə baş tutacağına nəyə görə əmin ola bilərsiniz.
Bu jurnalda «müharibə» və «münaqişə» terminləri altında siyasi məqsədə çatmaq üçün iki ordunun savaşı nəzərdə tutulur. Jurnalda sözləri sitat gətirilən insanlardan bəzilərinin adları dəyişdirilib.