Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp25 №  1 s. 9
  • Nəyə görə müharibə və münaqişələr bitmək bilmir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə müharibə və münaqişələr bitmək bilmir?
  • Gözətçi qülləsi (kütləvi)—2025
  • Başlıqlar
  • Oxşar material
  • GÜNAH
  • İNSAN HÖKUMƏTLƏRİ
  • ŞEYTAN VƏ ONUN CİNLƏRİ
  • Müharibə və münaqişələr necə sona çatacaq?
    Gözətçi qülləsi (kütləvi)—2025
  • Allahın bəşəriyyətlə bağlı niyyəti
    Müqəddəs Kitab təlimləri
  • İlk günah nə olub?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Müharibə və münaqişə heç birimizdən yan keçmir
    Gözətçi qülləsi (kütləvi)—2025
Əlavə
Gözətçi qülləsi (kütləvi)—2025
wp25 №  1 s. 9

Nəyə görə müharibə və münaqişələr bitmək bilmir?

Müqəddəs Kitab müharibə və münaqişələrin təməl səbəblərini və onların nəyə görə hələ də davam etdiyini açıqlayır.

GÜNAH

Allah ulu valideynlərimiz Adəmlə Həvvanı Özünə bənzər yaratmışdı (Yaradılış 1:27). Bu o demək idi ki, onlar sülh və məhəbbət də daxil olmaqla, Allahın xüsusiyyətlərini təbii olaraq təzahür etdirəcəkdilər (1 Korinflilərə 14:33; 1 Yəhya 4:8). Lakin Adəmlə Həvva Allaha itaətsizlik edib günah işlədilər. Nəticədə, hər birimiz günahı və ölümü miras aldıq (Romalılara 5:12). Miras aldığımız günah bizi zorakı düşüncə və davranışlara sövq edir (Yaradılış 6:5; Mark 7:21, 22).

İNSAN HÖKUMƏTLƏRİ

Allah bizi elə yaratmayıb ki, insan insan üzərində hakimiyyət sürsün. Müqəddəs Kitabda deyilir: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Buna görə də insan hökumətləri müharibələrə və münaqişələrə birdəfəlik son qoya bilmir.

ŞEYTAN VƏ ONUN CİNLƏRİ

Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). Ayədəki «Şərir» Şeytan İblisdir və o, qatildir (Yəhya 8:44). O və əlaltıları olan şər ruhi qüvvələr «səhnə arxasından» müharibə və münaqişələrə təkan verirlər (Vəhy 12:9, 12).

İnsanlar müharibə və münaqişələrin təməl səbəblərini aradan qaldırmağa qadir deyillər, Allah isə qadirdir.

Din və müharibə

Dinlər çox vaxt müharibələrə göz yumur, haqq qazandırır və ya təşviq edir. Belə dinlər Allaha məqbul deyil və onlar Allahın gözündə yalan dindir. Müqəddəs Kitabda bütün yalan dinlər ümumilikdə «Böyük Babil» adlanır (Vəhy 18:2). Allah bəyan edir ki, «yer üzündə qətlə yetirilmişlərin hamısının qanı»na görə Böyük Babil məsuliyyət daşıyır (Vəhy 18:24). Ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Böyük Babil nədir?» adlı məqaləyə baxın.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş