MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Müqəddəs Kitabı hər gün oxumaqda qətiyyətli olun
Ola bilər ki, həyatınız qaçhaqaç içində keçir, buna görə də Allahın Kəlamını hər gün oxumaq sizə çətin olur (Yuş. 1:8). Əgər belədirsə, növbəti məsləhətlərdən birini sınaya bilərsiniz.
Xəbərdarlıq siqnalı. Müqəddəs Kitabı oxumağı unutmayasınız deyə, elektron cihazınızda xəbərdarlıq siqnalı qura bilərsiniz.
Müqəddəs Kitabı göz qabağına qoyun. Əgər Müqəddəs Kitabı çap olunmuş formatda oxuyursunuzsa, onu hər gün görə biləcəyiniz bir yerə qoyun (Qan. 11:18).
Audioyazısına qulaq asın. Gündəlik işlərinizi görərkən Müqəddəs Kitabın audioyazısını dinləyin. Gecə növbəsində çalışan, həm öncüllük edən, həm də uşaqlarının qayğısına qalan Tara adlı bir bacı deyir: «Ev işlərini görərkən Müqəddəs Kitabın audioyazısını dinləmək mənə Müqəddəs Kitabı hər gün mütaliə etmək qrafikimə bağlı qalmağa kömək edir».
Qətiyyətli olun. Əgər gözlənilməz vəziyyətlərdən dolayı Müqəddəs Kitabı planlaşdırdığınız vaxtda oxuya bilməmisinizsə, ən azından, yatmamışdan əvvəl bir neçə ayə oxuyun. Hətta hər gün bir-iki ayə oxumağın belə sizə böyük faydası dəyəcək (1 But. 2:2).