Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 noyabr s. 16—21
  • İsa Məsih kimi anlayışlı Baş kahinimiz var

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih kimi anlayışlı Baş kahinimiz var
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHIN SEVİMLİ OĞLU YER ÜZÜNƏ GƏLİR
  • İSA MƏSİH İNSANLARIN HİSSLƏRİNİ BAŞA DÜŞÜR
  • BAŞ KAHİNİMİZ BİZƏ ÖRNƏKDİR
  • BAŞ KAHİNİMİZ SİZƏ KÖMƏK EDƏ BİLƏR
  • Fidyədən nələr öyrənirik?
    Gözətçi qülləsi 2025
  • İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 noyabr s. 16—21

TƏLİM MƏQALƏSİ 46

NƏĞMƏ 17 «İstəyirəm»

İsa Məsih kimi anlayışlı Baş kahinimiz var

«O, elə baş kahin deyil ki, zəifliklərimizi anlaya bilməsin» (İBR. 4:15).

ƏSAS FİKİR

İsa anlayışlı və şəfqətli olduğu üçün ən yaxşı Baş kahindir. Onun Baş kahin kimi xidmətindən bu gün çoxlu fayda əldə edirik.

1, 2. a) Yehova Oğlunu yer üzünə nəyə görə göndərmişdi? b) Bu məqalədə nə müzakirə olunacaq? (İbranilərə 5:7—9).

TƏXMİNƏN 2000 il əvvəl Yehova ən dəyərli Oğlunu yer üzünə göndərmişdi. Səbəb nə idi? Bunun bir neçə səbəbi var idi. Onlardan biri insanları günahdan və ölümdən azad etmək və Şeytanın vurduğu zərərləri aradan qaldırmaq idi (Yəh. 3:16; 1 Yəh. 3:8). Yehova bilirdi ki, İsanın yer üzündə yaşaması onu anlayışlı və şəfqətli Baş kahin olmağa hazırlayacaq. İsa Baş kahin kimi xidmətini eramızın 29-cu ilində vəftiz olunandan sonra icra etməyə başladıa.

2 Bu məqalədə İsanın yer üzündə yaşamasının ona anlayışlı Baş kahin olmaqda necə kömək etdiyindən danışacağıq. İsanın bu rolu kamil şəkildə icra etdiyini daha yaxşı başa düşmək, hətta günah və zəifliklərimizə görə məyus olsaq da, Yehovaya yaxınlaşmağa çəkinməməyə kömək edəcək. (İbranilərə 5:7—9 ayələrini oxuyun.)

ALLAHIN SEVİMLİ OĞLU YER ÜZÜNƏ GƏLİR

3, 4. İsanın yer üzünə gəlməsi ilə həyatında hansı böyük dəyişikliklər baş verdi və onun yer üzündəki həyatı necə idi?

3 Hər birimizin həyatında dəyişikliklər olub. Məsələn, evimizi, ailəmizi, dostlarımızı qoyub başqa əraziyə köçmüşük. Bu kimi dəyişikliklər adama çətin gələ bilər, amma heç birimiz həyatımızda İsa Məsih qədər dəyişiklik etməmişik. O, göydə ilk və ən vacib mələk idi. İsa Yehovanın məhəbbəti ilə əhatə olunmuşdu. Yehovanın «sağında olmaq» İsaya hər zaman sevinc gətirirdi (Zəb. 16:11; Məs. 8:30). Bununla belə, Filippililərə 2:7 ayəsində deyilir ki, o, göydəki vəzifəsini qoyub, yer üzündə qeyri-kamil insanların arasında yaşamaq üçün «özünü hər şeydən məhrum etdi».

4 İsanın doğulduğu və yer üzündə insan kimi yaşadığı ilk illər barədə düşünün. İsa kasıb bir ailədə anadan olmuşdu. Bunu o doğulandan sonra valideynlərinin verdiyi kiçik qurbandan görmək olar (Lav. 12:8; Luka 2:24). Mənfur Hirod padşah Məsihin doğulduğundan xəbər tutanda onu öldürmək istəmişdi. Hirodun əlindən qurtulmaq üçün İsanın ailəsi Misirə qaçıb bir müddət orada yaşamışdı (Mət. 2:13, 15). İsanın yer üzündəki həyatı göydəki həyatından tamamilə fərqli idi.

5. İsa yer üzündə nələr görmüşdü və bu onu Baş kahin vəzifəsinə necə hazırlamışdı? (Həmçinin şəklə baxın.)

5 İsa yer üzündə olduğu müddətdə ətrafında əzab-əziyyət çəkən çoxlu insanlar görmüşdü. Şübhəsiz ki, o, doğma insanın itkisini yaşamışdı. Yəqin ki, onlardan biri də atalığı Yusif idi. Xidməti boyunca İsa cüzamlılarla, korlarla, iflic olmuş insanlarla, yas içində olan valideynlərlə qarşılaşmışdı və onlara şəfqət göstərmişdi (Mət. 9:2, 6; 15:30; 20:34; Mark 1:40, 41; Luka 7:13). Təbii ki, o, göydən də əzab çəkən insanları görürdü, amma yer üzündə yaşayanda bəşəriyyətin çəkdiyi iztirablara başqa gözlə baxırdı (Əşy. 53:4). İnsanların hisslərini, əzab-əziyyətini, ağrılarını daha yaxşı başa düşürdü. Digər insanlar kimi o da iztirab çəkirdi, kədərlənirdi, sıxıntı keçirirdi.

İsanın ətrafına çoxlu sayda insan toplaşıb. Onlar İsaya yalvarırlar ki, onları sağaltsın. İsa xəstə olan yaşlı kişiyə şəfqətlə yaxınlaşıb qollarından tutur.

İsa ətrafına toplaşan insanların hisslərinə və iztirablarına biganə qalmadı, onlara şəfqət göstərdi (5-ci abzasa baxın)


İSA MƏSİH İNSANLARIN HİSSLƏRİNİ BAŞA DÜŞÜR

6. Əşiyanın peyğəmbərliyindəki bənzətmələrdən İsanın şəfqətli olması barədə nə öyrənirik? (Əşiya 42:3).

6 Xidməti boyunca İsa məzlum və fağır bəndələrə şəfqət göstərmişdi. Bununla o, peyğəmbərliyi yerinə yetirmişdi. İbranicə Müqəddəs Yazılarda uğurlu və möhkəm insanlar yaxşı suvarılmış bağa və ya böyük ağaclara bənzədilir (Zəb. 92:12; Əşy. 61:3; Ərm. 31:12). Məzlum insanlar isə əzilmiş qamışa və közərən piltəyə bənzədilir. (Əşiya 42:3 ayəsini oxuyun; Mət. 12:20.) Əşiyanın peyğəmbərliyindəki bu bənzətmələr onu göstərirdi ki, İsa cəmiyyətin əhəmiyyətsiz yanaşdığı kəslərə məhəbbətlə və şəfqətlə yanaşacaq.

7, 8. İsa Əşiya kitabındakı peyğəmbərliyi necə yerinə yetirdi?

7 Mətta öz Müjdəsində Əşiyanın dediyi bu peyğəmbərliyi İsaya aid etmişdi: «Sınmış qamışı əzməyəcək, közərən piltəni söndürməyəcək». İsa cəmiyyətin saymadığı insanlar üçün, ümidsizliyə qapılan insanlar üçün çoxlu möcüzələr etmişdi. Onların arasında başdan ayağadək cüzam içində olan bir kişi də var idi. Onun sağalacağına, dost-tanışının, ailəsinin arasında olacağına daha gümanı yox idi (Luka 5:12, 13). Həmçinin İsa kar və pəltək bir kişini də sağaltmışdı. Təsəvvür edin, bu kişi digər insanların bir-biri ilə ünsiyyət etdiyini görüb heç nə başa düşməyəndə nə hisslər keçirirdi (Mark 7:32, 33). İsanın möcüzələri bununla bitmirdi.

8 Həmin dövrdə yəhudilər elə düşünürdülər ki, əgər insan hansısa xəstəliyə düçar olubsa, bu ya özünün, ya da valideynlərinin günahının cəzasıdır (Yəh. 9:2). Bu inanc xəstə olan insanın dərdinə dərd qatırdı. İsa iztirab çəkən insanları sağaltmaqla, Allahın onların qayğılarına qaldığına əmin etməklə Əşiya kitabındakı peyğəmbərliyi yerinə yetirdi. Bəs bu bizə hansı əminliyi verir?

9. İbranilərə 4:15, 16 ayələrindən Baş kahinimizin qeyri-kamil insanlara qarşı anlayışlı olduğu necə görünür?

9 İbranilərə 4:15, 16 ayələrini oxuyun. Əmin ola bilərik ki, İsa bizə qarşı həmişə anlayışlıdır. Bu bizim üçün nə məna daşıyır? «Anlayış» kimi tərcümə olunan yunan sözü başqalarının hisslərini və dərdini ürəkdən hiss etmək deməkdir. İsanın etdiyi möcüzələrdən də başa düşürük ki, o, insanların çəkdiyi iztirablara biganə yanaşmırdı. O, insanları özünü məcbur bilib sağaltmırdı, onlara canı yandığından kömək edirdi. Misal üçün, İsa cüzamlını sağaldanda onu uzaqdan da sağalda bilərdi, amma o, cüzamlıya toxundu. Bəlkə də, bu illər ərzində İsa cüzamlıya toxunan ilk insan idi. Kar adamı isə sakit, heç kəsin olmadığı bir yerdə sağaltdı. Fərisilər İsanın ayaqlarını göz yaşı ilə yuyub, saçları ilə qurudan qadını tənqid edəndə İsa o qadını qətiyyətlə müdafiə etdi (Mət. 8:3; Mark 7:33; Luka 7:44). Görürük ki, İsa günah işləyən və yaxud xəstə olan insanlardan qaçmırdı. Əksinə, o belə insanların ona yaxınlaşmasını istəyirdi, onlara məhəbbət göstərirdi. Arxayın ola bilərik ki, İsa bizə qarşı da bax belə anlayışlıdır.

BAŞ KAHİNİMİZ BİZƏ ÖRNƏKDİR

10. Eşitmə və görmə məhdudiyyətli insanlara kömək etmək üçün bu gün hansı vəsaitlərimiz var? (Həmçinin şəkillərə baxın.)

10 İsanın örnəyini izləyərək biz də insanlara məhəbbət göstərməyə can atmalıyıq, onların halına acıyıb şəfqət göstərməliyik (1 But. 2:21; 3:8). Bu gün kar və kor insanları sağalda bilməsək də, onlara ruhani cəhətdən kömək edə bilərik. Misal üçün, Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz 100-dən çox jest dilində mövcuddur. Həmçinin 60-dan çox dildə Brayl əlifbası ilə nəşrlərimiz və 100-dən çox dildə tiflo şərh formatında videolarımız çıxır. Bütün bu nəşrlər eşitmə və görmə məhdudiyyətli insanlara Yehovaya və Onun Oğluna yaxınlaşmağa kömək edir.

Kollaj: 1) Bacı-qardaşlar ibadət evində jest dilində həmd nəğməsi oxuyur. 2) Görmə məhdudiyyətli bir bacı Brayl əlifbası ilə olan Müqəddəs Kitab oxuyur.

Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz 1000-dən çox dildə əlçatandır

Solda: 100-dən çox jest dili

Sağda: 60-dan çox dildə Brayl əlifbası ilə

(10-cu abzasa baxın)


11. Təşkilatımız İsanın bütün insanlara şəfqətlə yanaşmasından necə örnək götürür? (Həvarilərin işləri 2:5—7, 33; həmçinin şəkillərə baxın.)

11 Yehovanın təşkilatı hər cür insana kömək etmək üçün əlindən gələni edir. Bildiyimiz kimi, İsa diriləndən sonra Əllinci gün bayramında yığışan şagirdlərinin üzərinə müqəddəs ruh tökdü. Bunun sayəsində onlar müjdəni bayrama gələnlərin «doğma dillərində» çatdıra bildilər. (Həvarilərin işləri 2:5—7, 33 ayələrini oxuyun.) İsanın rəhbərliyi altında təşkilatımız bu gün 1000-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər hazırlayır. Hətta elə dillər var ki, o dildə az sayda insan danışır, məsələn, götürək amerindlərin danışdığı bəzi dilləri. Bu dillərdə Şimali və Cənubi Amerikada yaşayan çox az adam danışır. Bu kimi az danışılan dillərin sayı yüzdən çoxdur. Hətta həmin dillərdə çıxan nəşrlərimizin sayəsində insanlar müjdəni öz doğma dillərində oxuya bilirlər. Həmçinin 20-dən çox qaraçı dilində nəşrlərimiz mövcuddur. Bu dildə danışan minlərlə insan həqiqəti tapıb.

Kollaj: 1) Amerindian xalqından olan bacı öz doğma dilindəki Müqəddəs Kitabı bağrına basıb gülümsəyir. 2) Qaraçı xalqından olan bir bacı qızı ilə birlikdə ruhani tədbirdə iştirak edir.

Solda: Amerindian xalqının danışdığı 160-dan çox dildə

Sağda: 20-dən çox qaraçı dilində

(11-ci abzasa baxın)


12. Yehovanın təşkilatı bu gün insanlar üçün başqa nələr edir?

12 Yehovanın təşkilatı müjdənin yayılması üçün gördükləri bu işlərlə yanaşı, təbii fəlakətlərin qurbanlarına da yardım göstərir. Minlərlə könüllü möhtac içində olan dindaşlarına kömək əli uzadır. Təşkilatımız həmçinin insanların bir araya toplaşıb Allahın məhəbbəti haqda öyrənməsi üçün ibadət evləri tikir.

BAŞ KAHİNİMİZ SİZƏ KÖMƏK EDƏ BİLƏR

13. İsa bizə hansı üsullarla kömək edir?

13 İsa bir qayğıkeş çoban kimi bizim ruhani tələbatlarımızın qeydinə qalır (Yəh. 10:14; Efes. 4:7). Bəzən həyatda üzləşdiyimiz çətinliklərə görə biz özümüzü əzilmiş qamış və ya közərmiş piltə kimi hiss edə bilərik. Düçar olduğumuz ağır xəstəliyə, hansısa səhvimizə, yaxud dindaşımızla aramız dəydiyinə görə məyusluğa qapıla bilərik. Bizə hazırkı problemlər haqda düşünməmək, gələcəkdəki ümidimizə köklənmək çətin ola bilər. Unutmayın, İsa sizin nələr yaşadığınızdan, ən dərin duyğularınızdan agahdır. O, şəfqətli olduğu üçün sizə kömək etmək istəyir. Məsələn, zəif anlarınızda müqəddəs ruh vasitəsilə sizi möhkəmləndirə bilər (Yəh. 16:7; Tit. 3:6). Həmçinin «insan timsalında hədiyyələr» və digər dindaşlarımız vasitəsi ilə sizə güc verə, dəstək ola və kömək edə bilər (Efes. 4:8).

14. Ruh düşkünlüyünə qapılanda nə edə bilərik?

14 Ruh düşkünlüyünə qapılanda Baş kahinimiz İsa Məsih haqda düşünün. Unutmayın, Yehova onu yer üzünə təkcə canını fidyə vermək üçün göndərməmişdi. Yer üzündə olması həmçinin İsaya qeyri-kamil insanların problemlərini başa düşməyə kömək edəcəkdi. Biz günahlarımıza və ya zəifliklərimizə görə ruh düşkünlüyünə qapılanda, İsa «lazımi anda» bizə kömək etmək üçün hazır durur (İbr. 4:15, 16).

15. Bir qardaşa Yehovaya geri dönməyə nə kömək etmişdi?

15 İsa həmçinin Yehovadan uzaq düşmüş insanları axtarmaq, onlara kömək etmək üçün bizi istiqamətləndirir (Mət. 18:12, 13). Gəlin, Stefanonunb hadisəsinə baxaq. O, 12 il idi ki artıq Yehovanın Şahidi deyildi. Nəhayət, Stefano ibadət görüşlərində iştirak etmək qərarına gəlir. O deyir: «Bu mənim üçün asan deyildi, amma istəyirdim, yenidən Yehovanın mehriban ailəsinin içində olum. Ağsaqqallar mənə çox yaxşı münasibət göstərdilər. Bəzən dəyərsizlik hissi məni çulğayırdı. Yehovadan uzaqlaşdığıma görə bəzən çox məyus olurdum. Ağsaqqallar mənə xatırlatdılar ki, Yehova və İsa qətiyyətli olmağımı istəyir. Bərpa olunanda yığıncaqda hamı mənə və ailəmə isti qucaq açdı. Sonradan yoldaşım da Müqəddəs Kitab dərsi keçməyə razılaşdı. Bu gün biz Yehovaya ailəlikcə ibadət edirik». Təsəvvür edirsiniz, Baş kahinimiz insanların yenidən yığıncağa qayıtmasına kömək etdiyimizi görəndə necə sevinir!

16. İsa kimi anlayışlı Baş kahinimiz olduğu üçün nəyə görə minnətdarıq?

16 İsa Məsih yer üzündə yaşadığı müddətdə çoxlu sayda insana lazımi anda kömək əli uzatmışdı. Bu gün də biz tamamilə əmin ola bilərik ki, o, ehtiyac duyduğumuz anda bizə kömək etməyə hazırdır. Tezliklə gələcək yeni dünyada İsa bizə günahın və qeyri-kamilliyin təsirlərindən azad olmağa kömək edəcək. Yehovaya minnətdarıq ki, böyük məhəbbətindən və mərhəmətindən irəli gələrək bizə bu cür anlayışlı Baş kahin verib!

NECƏ CAVAB VERƏRDİNİZ?

  • İsanın yer üzündəki həyatı onu Baş kahin təyinatına necə hazırladı?

  • İsa Məsih Əşiya 42:3 ayəsində yazılan peyğəmbərliyi necə yerinə yetirdi?

  • Baş kahinimiz bu gün bizə necə kömək edir?

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

a İsanın Baş kahinlik vəzifəsinin yəhudi baş kahinlik vəzifəsi ilə necə əvəz olunduğu haqda məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2023-cü il oktyabr sayındakı «Ruhani məbəddə dəyərli yeriniz var» adlı məqalənin 7—9 abzaslarına baxa bilərsiniz.

b Ad şərtidir.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş