Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 8 s. 24
  • Onlar zalım padşahdan qaçırlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar zalım padşahdan qaçırlar
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Zalım padşahdan qaçış
    İsa Məsihin həyatı və xidməti
  • O, yaxşı ər, yaxşı ata idi
    İman örnəkləri
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2023
  • Yehova İsanı qoruyur
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 8 s. 24
Hirod padşah əsgərlərə Beytləhmdə bütün oğlan uşaqlarının öldürülməsini əmr edir

FƏSİL 8

Onlar zalım padşahdan qaçırlar

MƏTTA 2:13—23

  • İSANIN AİLƏSİ MİSİRƏ QAÇIR

  • YUSİF AİLƏSİ İLƏ BİRGƏ NASİRƏ ŞƏHƏRİNƏ KÖÇÜR

Gecəyarısı Yehovanın mələyi Yusifə görünüb deyir: «Dur, uşağı və anasını götür, Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir» (Mətta 2:13). Yusif dərhal Məryəmi oyadıb bu təcili xəbəri ona çatdırır.

Onlar bir an belə yubanmadan gecəyarısı ölkədən qaçırlar. Bu lap vaxtında olur, çünki Hirod münəccimlərin onu aldatdığını öyrənir. Hirod onlara İsanı tapanda gəlib yerini ona xəbər vermələrini tapşırmışdı. Münəccimlər isə padşaha heç nə demədən ölkədən çıxıb getmişdilər. Padşah bərk qəzəblənir və İsanı öldürməkdən ötrü Beytləhm və onun ətrafında iki yaşa qədərki bütün oğlan uşaqlarını öldürməyi əmr edir. Bu yaş həddini o, şərqdən gəlmiş münəccimlərdən aldığı məlumata əsasən təxmin edir.

Əsgər körpə oğlan uşağını anasının əlindən alır

Körpə uşaqların qətlə yetirilməsi dəhşətli bir şeydir! Düzdür, nə qədər uşağın öldürüldüyü bizə məlum deyil, amma bir onu deyə bilərik ki, bununla Ərəmya peyğəmbərin anaların ağlaşması və böyük şivən qoparması ilə bağlı dediyi peyğəmbərlik yerinə yetir (Ərəmya 31:15).

Bu arada Yusif ailəsi ilə Misirə gəlib çatır və orada məskunlaşır. Günlərin bir günü gecə Yehovanın mələyi yenə Yusifə yuxuda görünür. İndi isə o, belə deyir: «Dur, uşağı və anasını götür, İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər» (Mətta 2:20). Beləcə, Yusif qərara gəlir ki, ailəsini götürüb vətəninə qayıtsın. Bununla da başqa bir peyğəmbərlik — Allahın Öz oğlunu Misirdən çağıracağı haqqındakı peyğəmbərlik yerinə yetir (Huşə 11:1).

Yusif Yəhudiyyədə, Beytləhm şəhərinin yaxınlığında, Misirə qaçmazdan əvvəl yaşadığı yerə qayıtmaq istəyir. Amma eşidir ki, orada Hirodun qəddar oğlu Arxela padşahlıq edir. Həmçinin röyada da Allah onu təhlükə barədə xəbərdar edir. Ona görə də o, ailəsi ilə şimala, Cəlilənin Nasirə şəhərinə, yəhudilərin dini fəaliyyətinin qaynaşdığı yerdən uzaq bir yerə köçür. İsanın burada böyüməsi ilə daha bir peyğəmbərlik həyata keçir: «Ona nəsrani deyəcəklər» (Mətta 2:23).

  • Münəccimlərin qayıtmadığını görən padşah Hirod nəyə əl atır və İsa necə sağ qalır?

  • Misirdən qayıdan Yusif nə üçün daha Beytləhmdə yaşamır?

  • Bu vaxt ərzində Müqəddəs Kitabın hansı peyğəmbərlikləri yerinə yetir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş