Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 101 s. 236—s. 237 abz. 2
  • Beytaniyyədə Şimonun evində

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Beytaniyyədə Şimonun evində
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Betaniyada Şimonun evində
    İsa Məsihin həyatı və xidməti
  • İsa Məsih İlazəri dirildir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Nəyə görə İsa tələsmədi?
    Gözətçi qülləsi 2010
  • İnsan öləndə nə baş verir?
    Böyük Müəllimdən öyrən
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 101 s. 236—s. 237 abz. 2
İsa peyğəmbər süfrə arxasında oturarkən Məryəm gəlib onun başına ətirli yağ sürtür

FƏSİL 101

Beytaniyyədə Şimonun evində

MƏTTA 26:6—13 MARK 14:3—9 YƏHYA 11:55—12:11

  • İSA PEYĞƏMBƏR BEYTANİYYƏYƏ QAYIDIR

  • MƏRYƏM İSA PEYĞƏMBƏRİN BAŞINA ƏTİRLİ YAĞ SÜRTÜR

İsa peyğəmbər Ərihadan çıxıb Beytaniyyəyə üz tutur. Əriha ilə Beytaniyyə arasında haradasa 20 kilometrlik məsafə var və yol yoxuşdur. Əriha dəniz səviyyəsindən təxminən 250 metr aşağıda, Beytaniyyə isə 610 metr yüksəklikdə yerləşir. İlazərlə iki bacısı Beytaniyyənin balaca kəndində yaşayırlar. Bu kənd Yerusəlimdən haradasa üç kilometr aralıda, Zeytun dağının şərq yamacında yerləşir.

Yerusəlimə Pasxa bayramına artıq xeyli adam gəlib. Onlar paklanmaq üçün qabaqcadan gəliblər. Ola bilsin, onlar ya meyitə toxunublar, yaxud digər səbəblərə görə natəmiz olublar (Yəhya 11:55; Saylar 9:6—10). Tez gələnlər məbədə yığışırlar. Onlara maraqlıdır, görəsən, İsa Məsih bayrama gələcək, yoxsa yox (Yəhya 11:56).

İsa peyğəmbərlə bağlı çoxlu mübahisələr gedir. Bəzi din xadimləri onu tutub öldürmək istəyirlər. Hətta sərəncam veriblər ki, onun yerini bilən xəbər versin (Yəhya 11:57). Bu din xadimləri İsa Məsih İlazəri dirildəndən sonra da onu öldürməyə cəhd göstərmişdilər (Yəhya 11:49—53). Buna görə də İsa Məsihin camaatın qarşısına çıxacağına şübhə etmələri normaldır.

İsa Məsih Beytaniyyəyə cümə günü, yəni «Pasxa bayramına altı gün qalmış» gəlib çatır (Yəhya 12:1). Növbəti gün (şənbə günü, nisanın 8-i) gün batandan sonra başlayır. Məsih də məhz buna görə şənbə günündən əvvəl səfərini başa vurur. O, Ərihadan şənbə günü gələ bilməzdi, çünki Qanuna əsasən, cümə günü axşam günbatandan şənbə günü günbatana qədər yəhudilər üçün yol getmək qadağan idi. Çox güman ki, İsa peyğəmbər, həmişə olduğu kimi, İlazərgilə gedir.

Şənbə günü Beytaniyyə sakinlərindən Şimon adlı bir nəfər İsagili, o cümlədən İlazəri şam yeməyinə dəvət edir. Bu adam ehtimal ki, əvvəllər cüzamlı olduğu üçün onu cüzamlı Şimon çağırırlar. Marta ona xas olan qayğıkeşliklə qonaqlara qulluq edir. Məryəm isə diqqətini əsasən peyğəmbərə yönəldib. Lakin bu dəfə onun hərəkəti mübahisəyə səbəb olur.

Məryəm «ətirli yağ, xalis nard olan» balaca bir qabı açır (Yəhya 12:3). Bu çox bahalı yağdır, onun qiyməti bir illik əməkhaqqına (300 dinar) bərabərdir. Məryəm yağı götürüb peyğəmbərin başına və ayaqlarına sürtür, sonra saçı ilə qurulayır. Yağın ətri bütün evi bürüyür.

Şagirdləri buna hirslənib deyirlər: «Bu, ətirli yağı niyə zay edir?» (Mark 14:4). Hətta Yəhuda İskəryut etiraz edir: «Nə üçün bu ətirli yağı üç yüz dinara satıb pulunu kasıblara paylamadıq?!» (Yəhya 12:5). Əslində, kasıblar Yəhudanı maraqlandırmır. O, şagirdlərə aid olan pul qutusundan oğurluq etdiyi üçün belə deyir.

İsa peyğəmbər Məryəmi müdafiə edir: «Bu qızdan nə istəyirsiniz? O, mənim üçün savab iş gördü. Kasıblar həmişə yanınızdadır, mən isə həmişə yanınızda olmayacağam. O, yağı üstümə tökməklə məni dəfnə hazırladı. İnanın, müjdə dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər» (Mətta 26:10—13).

İsa peyğəmbər artıq ikinci gündür ki, Beytaniyyədədir. Onun burada olması xəbəri bütün ətrafa yayılıb. Bu səbəbdən İsa peyğəmbəri, həmçinin onun diriltdiyi İlazəri görmək üçün Şimonun evinə çoxlu adam gəlir (Yəhya 12:9). Böyük kahinlər İsa Məsihi də, İlazəri də öldürmək istəyirlər. Onların fikrincə, çoxlarının Məsihə iman gətirməsinə səbəb İlazərin dirilməsidir. Görün bu böyük kahinlər necə pis adamlardır!

  • Məbəddə camaat nədən danışır?

  • Nəyə görə İsa Məsih Beytaniyyəyə şənbə günü yox, cümə günü gəlir?

  • Məryəmin hansı hərəkəti mübahisəyə səbəb olur və peyğəmbər onu necə müdafiə edir?

  • Böyük kahinlərin pis adam olduqları nədən görünür?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş