Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 15
  • İsa Məsih kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih kimdir?
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
  • Məsih — Allahın xilas vasitəsi
    Gözətçi qülləsi 2009
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 15
Dərs 15. İsa zəmilərin arası ilə gedir.

DƏRS 15

İsa Məsih kimdir?

Çap versiyası
Çap versiyası
Çap versiyası

İsa Məsih ən görkəmli tarixi şəxsiyyətlərdən biridir. Amma çoxları İsanın sadəcə adını bilir. Onun kimliyi barədə isə fərqli fikirlər mövcuddur. Bəs Müqəddəs Kitabda İsa haqqında nə yazılıb?

1. İsa haqqında nə bilirik?

İsa göydə yaşayan qüdrətli mələkdir. Yehova Allah hər şeydən əvvəl, ən birinci onu yaratmışdı. Məhz elə bu səbəbdən o, «bütün xilqətin ilki» adlanır (Koloslulara 1:15). Müqəddəs Kitabda deyilir ki, İsa Allahın «yeganə Oğlu»dura, çünki o, bilavasitə Yehovanın yaratdığı yeganə varlıqdır (Yəhya 3:16). O, Atası Yehova ilə sıx əməkdaşlıq etmiş və bütün digər şeylərin yaradılmasında Ona kömək etmişdi. (Məsəllər 8:30 ayəsini oxuyun.) İsanın bu gün də Yehova ilə yaxın münasibəti var. Müqəddəs Kitabda İsa həm də «Söz» adlanır, yəni o, Allahın adından danışaraq Ondan gələn xəbərləri və öyüd-nəsihətləri çatdırır (Yəhya 1:14).

2. İsa nə üçün yer üzünə gəlmişdi?

Təxminən 2000 il bundan əvvəl Yehova möcüzə göstərdi. O, müqəddəs ruhu vasitəsilə İsanın həyatını göydən Məryəm adlı bakirə bir qızın bətninə köçürdü. Beləcə, İsa insan kimi dünyaya gəldi. (Luka 1:34, 35 ayələrini oxuyun.) Yehova İsanı yer üzünə göndərdi ki, o, vəd edilmiş Məsih olub bəşəriyyəti xilas etsinb. Müqəddəs Kitabda Məsih barədə yazılmış bütün peyğəmbərliklər İsanın üzərində yerinə yetdi. Bunun sayəsində insanlar İsanın «Məsih, var olan Allahın Oğlu» olduğunu asanlıqla başa düşdülər (Mətta 16:16).

3. İsa Məsih indi haradadır?

İsanın yer üzündəki həyatı bitəndən sonra Allah onu mələk kimi dirildib, göyə apardı və orada «onu daha yüksək mövqeyə ucaltdı» (Filippililərə 2:9). İsa indi böyük səlahiyyət sahibidir. Yehovadan sonra ikinci varlıqdır.

D Ə R İ N L İ Y Ə  V A R I N

İsa haqqında daha çox öyrənin və görün onun haqqında öyrənmək nə üçün vacibdir.

İsa ilə Vəftizçi Yəhya suyun içində dayanıb, İsanın vəftizindən sonra göydən gələn səsi dinləyir.

4. İsa Məsih Allah deyil

İsa Məsih göydə yaşayan qüdrətli mələk olsa da, Atası və Allahı Yehovaya tabedir. Bunu haradan bilirik? VİDEOYA baxın və görün Müqəddəs Kitabda İsanın Allah qarşısında tutduğu mövqe barədə nə deyilir.

VİDEO: «İsa Məsih Allahdır?» (3:22)

Növbəti ayələr bizə Yehova Allahla İsa Məsih arasındakı fərqi başa düşməyə kömək edir. Ayələri oxuyun və növbəti sualları müzakirə edin.

Luka 1:30—32 ayələrini oxuyun.

  • Mələyin sözlərindən «Haqq-Taala» Yehova ilə İsa Məsih arasındakı fərq necə görünür?

Mətta 3:16, 17 ayələrini oxuyun.

  • İsa vəftiz olunarkən göydən gələn səs nə dedi?

  • Sizcə, bu, kimin səsi idi?

Yəhya 14:28 ayəsini oxuyun.

  • Sizcə, yaşda və səlahiyyətdə kim daha böyükdür? Ata, yoxsa oğul?

  • İsanın Yehovaya «Ata» deyə müraciət etməsindən nə öyrənirik?

Yəhya 12:49 ayəsini oxuyun.

  • İsa özünü Atasına bərabər tuturdu? Siz bu barədə nə düşünürsünüz?

5. İsa vəd edilmiş Məsih idi

Məsih Allahın bəşəriyyəti xilas etmək üçün seçdiyi şəxsdir. Müqəddəs Kitabda Məsihlə bağlı çoxlu peyğəmbərliklər yer alıb. Bu peyğəmbərliklərin sayəsində insanlar kimin Məsih olduğunu müəyyən etmişdilər. VİDEOYA baxın və yer üzündə olarkən İsanın üzərində yerinə yetən bəzi peyğəmbərliklərlə tanış olun.

VİDEO: «İsanın üzərində yerinə yetən peyğəmbərliklər» (3:03)

Bu peyğəmbərlikləri oxuyun və növbəti sualları müzakirə edin:

Mikə 5:2 ayəsini oxuyun və görün Məsih harada doğulmalı idic.

  • Bu peyğəmbərlik necə yerinə yetdi? (Mətta 2:1).

Zəbur 34:20 və Zəkəriyyə 12:10 ayələrini oxuyun. Məsihin ölümü ilə bağlı nələrin qabaqcadan deyildiyinə diqqət yetirin.

  • Bu peyğəmbərliklər yerinə yetdi? (Yəhya 19:33—37).

  • Sizcə, bu peyğəmbərliklərin yerinə yetməsinə İsa necəsə təsir edə bilərdi?

  • Bu, İsanın kimliyi barədə nəyi sübut edir?

6. İsa Məsih haqda öyrənməyin sizə faydası

Müqəddəs Kitabda vurğulanır ki, İsa Məsih haqda və Allahın onunla bağlı iradəsi barədə öyrənmək çox vacibdir. Yəhya 14:6 və 17:3 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • İsa Məsih barədə öyrənmək nə üçün vacibdir?

İsa kişilərdən, qadınlardan və uşaqlardan ibarət izdihama təlim verir.

İsa Məsih Allahla dostluğa yol açdı. O, Yehova haqda həqiqəti öyrədirdi. Onun vasitəsilə əbədi həyat əldə edə bilərik

BƏZİ İNSANLAR DEYİR: «Yehovanın Şahidləri deyir ki, İsa Allahın Oğludur. Amma Allahın oğlu ola bilməz».

  • Siz onlara nə deyərdiniz?

İCMAL

İsa qüdrətli mələkdir. Allahın Oğludur və Məsihdir.

Təkrar

  • Nəyə görə İsa Məsih «xilqətin ilki» adlanır?

  • Yer üzünə gəlməzdən əvvəl İsa nə edirdi?

  • İsanın Məsih olduğunu haradan bilirik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

İsanın Məsih olduğu barədə sübutlarla daha yaxından tanış olun.

«Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?» (internet məqaləsi)

Müqəddəs Kitaba əsasən, Allah hansı mənada İsanın Atasıdır?

«Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?» (internet məqaləsi)

Üç üqnum təliminin Müqəddəs Kitaba əsaslanmadığı barədə oxuyun.

«İsa Məsih Allahdır?» («Gözətçi qülləsi», 1 aprel 2009)

Görün bir qadın Müqəddəs Kitabdan İsa barədə öyrənəndən sonra həyatı necə dəyişdi.

«Yəhudi qadın yeni etiqadı barədə danışır» («Oyanın!», may 2013)

a Müqəddəs Kitabda Allahın, insanlar kimi, hərfi mənada ata olduğu, övlada sahib olduğu deyilmir.

b Bəşəriyyətin xilasa nəyə görə ehtiyacı olduğu və İsanın bizi necə xilas etdiyi barədə 26 və 27-ci dərslərdə danışacağıq.

c Məsihin yer üzündə peyda olacağı vaxtı bildirən peyğəmbərlik barədə 2-ci əlavədən oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş