Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/1 s. 21—25
  • Yehovaya qurbanları canla-başla gətir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya qurbanları canla-başla gətir
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • GÜNDƏLİK HƏYATIMIZDA
  • BU, SƏNİN HƏYATINA NECƏ TƏSİR EDİR?
  • İBADƏTDƏ QURBANLAR
  • VERMƏK VƏ ALMAQ
  • MİNNƏTDAR OLDUĞUNU GÖSTƏR
  • Həqiqətin əsaslarından öyrənək
    Gözətçi qülləsi 2012
  • Yeqovaya məqbul həmd qurbanları
    Gözətçi qülləsi 2000
  • Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?
    Gözətçi qülləsi 2013
  • Yehovaya ibadət bizi xoşbəxt edir
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/1 s. 21—25

Yehovaya qurbanları canla-başla gətir

«Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz» (KOLOS. 3:23).

NECƏ CAVAB VERƏRDİN?

  • Gündəlik işlərimizlə Yehovanı necə izzətləndirə bilərik?

  • İbadətimizdə Yehovaya hansı qurbanları gətiririk?

  • Malik olduğumuz maddi şeyləri Yehovaya necə təqdim edə bilərik?

1-3. a) İsanın işgəncə dirəyində ölməsi o deməkdirmi ki, Yehova artıq bizdən heç bir qurban tələb etmir? İzah et. b) Bu gün qurbanlarla əlaqədar hansı sual ortaya çıxır?

ERAMIZIN birinci əsrində Yehova Öz xalqına İsanın fidyə qurbanlığının Musanın Qanununu ləğv etdiyini açıqladı (Kolos. 2:13, 14). Yəhudilərin yüz illər boyunca gətirdikləri qurban və təqdimlərə artıq ehtiyac yox idi, çünki Qanun «Məsihə aparan tərbiyəçi» rolunu yerinə yetirmişdi (Qalat. 3:24).

2 Amma bu, o demək deyil ki, qurbanlar biz məsihçiləri maraqlandırmamalıdır. Həvari Peter «İsa Məsihin vasitəsilə Allaha məqbul ruhani qurbanlar» təqdim etməyin vacibliyi barədə yazmışdı (1 Pet. 2:5). Həvari Pavel də aydın göstərmişdi ki, özünü Allaha həsr etmiş məsihçinin həyatının hər bir sahəsini əsaslı olaraq «qurban» hesab etmək olar (Rom. 12:1).

3 Beləliklə, məsihçilər həm müəyyən şeyləri Yehovaya verəndə, həm də Ona görə nələrdənsə imtina edəndə qurban gətirmiş olurlar. İsraillilərdən tələb olunan qurbanlarla əlaqədar bildiklərimizə əsasən, Yehovaya gətirdiyimiz bütün qurbanların Ona məqbul olub-olmadığını necə müəyyən edə bilərik?

GÜNDƏLİK HƏYATIMIZDA

4. Gündəlik məşğuliyyətlərimiz barədə nəyi yadda saxlamalıyıq?

4 Ola bilsin, gündəlik həyatımızda gördüyümüz işlərin Yehovaya qurbanlar gətirməklə hansı əlaqəsi olduğunu başa düşmək çətindir. İlk baxışdan bizə elə gələ bilər ki, ev işləri, məktəb dərsləri, iş, alış-veriş və bu kimi şeylərin ruhani işlərə heç bir aidiyyəti yoxdur. Lakin əgər sən özünü Yehovaya həsr etmisənsə, yaxud bunu yaxın gələcəkdə etməyi planlaşdırırsansa, yadda saxlamalısan ki, bütün bunlar sənin Yehova ilə münasibətlərinə böyük təsir göstərə bilər. Biz günün 24 saatı məsihçiyik. Müqəddəs Kitab prinsiplərini həyatımızın hər bir sahəsində tətbiq etməliyik. Buna görə də Pavel bizə növbəti nəsihəti verir: «Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz». (Koloslulara 3:18—24 ayələrini oxu.)

5, 6. Gündəlik geyim və davranışımıza nə təsir etməlidir?

5 Məsihçinin gündəlik həyatı müqəddəs xidmətin bir hissəsi deyil. Bununla belə, Pavelin: «Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz», — sözləri bizi həyat tərzimiz barədə düşünməyə təşviq edir. Bunu özümüzə necə tətbiq edə bilərik? Həmişə məsihçiyə yaraşan tərzdə davranır və geyinirik? Yoxsa gündəlik işlərlə məşğul olarkən davranış və ya geyim tərzimizə görə Yehovanın Şahidi olduğumuzu deməyə utanırıq? Qoy bu, bizimlə heç vaxt baş verməsin! Yehovanın xalqı Onun adına ləkə gətirəcək heç bir şey etmək istəmir (Yeşaya 43:10; 2 Kor. 6:3, 4, 9).

6 Gəlin görək hər şeyi «canla-başla», sanki, «Yehova üçün» etmək istəyimiz həyatımızın müxtəlif sahələrinə necə təsir edir. Bunu araşdırarkən yadda saxlamalıyıq ki, israillilər malik olduqlarının ən yaxşısını Yehovaya təqdim etməli idilər (Çıx. 23:19).

BU, SƏNİN HƏYATINA NECƏ TƏSİR EDİR?

7. Məsihçinin həsr olunmasına nə daxildir?

7 Sən özünü Yehovaya həsr edəndə bunu qeyd-şərtsiz etmisən, elə deyilmi? Bu, o deməkdir ki, sən həyatının hər bir sahəsində Yehovanı birinci yerə qoyacağına söz vermişdin. (İbranilərə 10:7 ayəsini oxu.) Bu, yaxşı qərar idi. Şübhəsiz, sən hər bir məsələyə dair Yehovanın nöqteyi-nəzərini öyrənib Onun iradəsinə uyğun davranmağa çalışanda nəticələrin əla olduğunu görmüsən (Yeşaya 48:17, 18). Allahın xalqı müqəddəs və xoşbəxtdir, çünki bu xalq ona təlim verənin xüsusiyyətlərini əks etdirir (Lev. 11:44; 1 Tim. 1:11).

8. Qədimdə gətirilən qurbanları Yehovanın müqəddəs hesab etməsinin bizim üçün hansı əhəmiyyəti var?

8 İsraillilərin Yehovaya gətirdikləri qurbanlar müqəddəs hesab olunurdu (Lev. 6:25; 7:1). «Müqəddəs» kimi tərcümə olunan ibrani sözünün mənası «ayrı qoyulmuş», «xüsusi» və ya «Allaha həsr olunmuş» mənasını verir. Qurbanlarımızın Yehova tərəfindən qəbul olunmasını istəyiriksə, dünyadakı murdar şeylərin onlara təsir etməsinə yol verməməliyik. Biz Yehovanın nifrət etdiyi şeylərin heç birini sevməməliyik. (1 Yəhya 2:15—17 ayələrini oxu.) Aydındır ki, bu, Allahın gözündə bizi murdar edəcək hər bir şeydən və ya hər bir kəsdən uzaq durmalı olduğumuzu nəzərdə tutur (Yeşaya 2:4; Vəhy 18:4). Bu həmçinin o deməkdir ki, biz gözümüzü natəmiz və əxlaqsız olan heç bir şeyə baxmağa qoymayacaq və ya bu kimi şeylər barədə xəyala dalmayacağıq (Kolos. 3:5, 6).

9. Məsihçilərin başqaları ilə necə davranması nə dərəcədə vacibdir və nəyə görə?

9 Pavel həmimanlılarını təşviq edirdi: «Yaxşılıq etməyi və başqaları ilə bölüşməyi yaddan çıxartmayın, çünki bu cür qurbanlar Allaha xoşdur» (İbr. 13:16). Beləliklə, yaxşı insan olsaq və başqalarına yaxşılıq etsək, onda Yehova davranışımızı Ona məqbul qurban kimi qəbul edəcək. Başqalarına məhəbbətlə yanaşmaq həqiqi məsihçilərin səciyyəvi cəhətidir (Yəh. 13:34, 35; Kolos. 1:10).

İBADƏTDƏ QURBANLAR

10, 11. Yehova xidmət və ibadətimizə necə baxır və bu, bizə necə təsir etməlidir?

10 Başqalarına etdiyimiz nəzərə çarpan yaxşılıqlardan biri «ümidimizi aləmdə bəyan [etməkdir]». Şahidlik etmək üçün hər bir fürsətdən istifadə edirsənmi? Pavel məsihçi fəaliyyətimizin vacib hissəsi olan bu işi Allahımızın «adını ucaldan mədh qurbanı, yəni dilimizin [bəhrəsi]» adlandırdı (İbr. 10:23; 13:15; Huşə 14:2). Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək üçün sərf etdiyimiz vaxtın keyfiyyəti və kəmiyyəti haqqında düşünmək pis olmazdı. Xidməti görüşün bir çox bəndlərinin məqsədi də bizə bu sahədə yaxşılaşmağımıza kömək etməkdir. Qısaca desək, sahə xidmətimiz və qeyri-formal şahidlik etməyimiz «mədh qurbanı»nın, yəni ibadətimizin bir hissəsidir. Buna görə də bu qurban verə biləcəyimiz ən yaxşı qurban olmalıdır. Şəraitlərimiz müxtəlifdir, lakin xoş xəbərin təbliğinə nə qədər vaxt ayırmağımız çox vaxt ruhani şeylərə nə qədər dəyər verdiyimizdən xəbər verir.

11 Biz həm tək, həm də başqaları ilə birgə Yehovaya müntəzəm şəkildə ibadət edirik. Bunu bizdən Yehova tələb edir. Düzdür, bizdən Şənbə gününə riayət etmək və bayramlarda iştirak etmək üçün müntəzəm olaraq Yerusəlimə getmək tələb olunmur. Lakin biz məsihçilər bu qədim qanunlardan özümüz üçün dərs götürə bilərik. Allah bu gün də bizdən gözləyir ki, ölü əməllərimizdən, yəni boş və səmərəsiz işlərdən vaz keçək və Onun Kəlamını öyrənək, dua edək, həm də yığıncaq görüşlərində iştirak edək. Ailə başçıları da ailəvi ibadət keçirməyi öz öhdələrinə götürməlidirlər (1 Salon. 5:17; İbr. 10:24, 25). Yaxşı olardı ki, ruhani fəaliyyətimizlə əlaqədar özümüzdən soruşaq: «İbadətimin keyfiyyətini yaxşılaşdıra bilərəmmi?»

12. a) Qədimdə ibadət zamanı buxurun yandırılmasını bizim günlərdə nə ilə müqayisə etmək olar? b) Bu müqayisə dualarımızın məzmununa necə təsir etməlidir?

12 Davud padşah Yehovaya oxuyurdu: «Qoy hüzurunda dualarım buxur kimi... qəbul olunsun!» (Məz. 141:2). Bir anlığa dualarının nə dərəcədə müntəzəm və keyfiyyətli olduğu barədə düşün. «Vəhy» kitabında müqəddəslərin duaları buxura bənzədilir, çünki Yehovanın məqbul hesab etdiyi dualar şirin və xoş ətir kimi Onun hüzuruna ucalır (Vəhy 5:8). Qədim İsraildə müntəzəm olaraq Yehovanın qurbangahında yandırılan buxur Onun verdiyi xüsusi qaydaya görə dəqiqliklə hazırlanmalı idi. Buxur yalnız Onun təsis etdiyi qaydalara uyğun şəkildə gətirildiyi halda qəbul olunurdu (Çıx. 30:34—37; Lev. 10:1, 2). Əgər səmimi-qəlbdən gələn dualarımız eyni şəkildə «tərtib olunubsa», onda əmin ola bilərik ki, dualarımız Ona məqbuldur.

VERMƏK VƏ ALMAQ

13, 14. a) Filipi yığıncağı və Epafrodit Pavel üçün nə etmişdilər və onun buna münasibəti necə idi? b) Biz Epafroditin və Filipidəki digər məsihçilərin nümunəsini necə izləyə bilərik?

13 Məbləğindən asılı olmayaraq, ümumdünya işini dəstəkləmək üçün verdiyimiz ianələri də qurban hesab etmək olar (Mark 12:41—44). Eramızın birinci əsrində Filipidəki yığıncaq Pavelə maddi cəhətdən kömək etmək üçün Epafroditi Romaya göndərmişdi. O, Filipi yığıncağının göndərdiyi pulu Pavelə çatdırdı. Bu, ilk dəfə deyildi ki, Filipidəki məsihçilər Pavelə qarşı belə səxavət göstərirdilər. Onların Pavelə qarşı xeyirxah olmaqda məqsədləri o idi ki, o, xidmətə daha çox vaxt sərf etsin və maddi şeylər barədə narahatçılıqdan azad olsun. Pavel bu hədiyyəyə necə münasibət göstərdi? O, bunu «xoş ətir, Allaha xoş gedən, Ona məqbul olan [qurban]» adlandırdı. (Filipililərə 4:15—19 ayələrini oxu.) Pavel filipililərin xeyirxahlığına görə ürəkdən minnətdar idi. Şübhə yoxdur ki, bu, Yehovaya da xoş idi.

14 Bizim günlərdə də Yehova ümumdünya işi üçün etdiyimiz ianələri yüksək qiymətləndirir. Üstəlik, Yehova söz verir ki, əgər biz Padşahlıq işini həmişə birinci yerə qoysaq, O, bizim həm ruhani, həm də fiziki tələbatlarımızın qayğısına qalacaq (Mat. 6:33; Luka 6:38).

MİNNƏTDAR OLDUĞUNU GÖSTƏR

15. Yehovaya minnətdar olmağın üçün hansı səbəblərin var?

15 Yehovaya minnətdar olmağımız üçün saysız-hesabsız səbəblərimiz var. Məsələn, məgər hər gün həyat ənamına görə Ona təşəkkür etməli deyilik? Yaşamaq üçün lazım olan hər şeyi — qida, paltar, sığınacaq və aldığımız nəfəsi bizə O verir. Üstəlik, dəqiq biliyə əsaslanmış iman bizə ümid bəxş edir. Yehovanın kim olduğunu və bizim üçün etdiklərini nəzərə alsaq, Ona ibadət etməyimiz və mədh qurbanları gətirməyimiz düzgündür. (Vəhy 4:11 ayəsini oxu.)

16. Məsihin fidyə qurbanlığına görə minnətdar olduğumuzu necə göstəririk?

16 Əvvəlki məqalədən öyrəndiyimiz kimi, İsa Məsihin fidyə qurbanlığı Allahın bəşəriyyətə verdiyi ən qiymətli hədiyyədir. Bu, Allahın bizə bəslədiyi məhəbbətinin ən böyük təzahürüdür (1 Yəh. 4:10). Bunu dəyərləndirdiyimizi necə göstərə bilərik? Pavel deyirdi: «Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir. Biz belə bir qənaətə gəldik: ...bir nəfər hamı üçün öldü. O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş şəxs üçün yaşasınlar» (2 Kor. 5:14, 15). Pavel demək istəyirdi ki, əgər biz layiq olmadığımız halda Allahın bizə göstərdiyi lütfü qiymətləndiririksə, həyatımız boyu Onu və Oğlunu izzətləndirəcəyik. Bizim Allaha və Məsihə olan sevgimiz və minnətdarlığımız itaətkarlıq göstərməyimizdə, eləcə də təbliğ etmək və şagird hazırlamaq istəyimizdə özünü büruzə verir (1 Tim. 2:3, 4; 1 Yəh. 5:3).

17, 18. Bəziləri Yehovaya daha çox həmd qurbanları gətirmək üçün nə etmişdilər? Nümunə çək.

17 Yehovaya gətirdiyin həmd qurbanlarını yaxşılaşdıra bilərsənmi? Bir çoxları Yehovanın onlar üçün etdikləri yaxşılıqların üzərində düşündükdən sonra Padşahlığın təbliğ işində və digər teokratik fəaliyyətlərdə daha çox iştirak etmək üçün həyatlarında bəzi dəyişikliklər etmişlər. Bunun sayəsində bəziləri il ərzində bir və ya bir neçə ay köməkçi pioner kimi xidmət etmiş, başqaları isə daimi pionerlərin sırasına qoşulmuşlar. Digərləri isə Yehovaya ibadətdə istifadə olunan binaların tikintisində iştirak edirlər. Məgər bütün bunlar minnətdarlığımızı bildirmək üçün əla fürsət deyil? Əgər biz Yehovaya düzgün niyyətdən irəli gələrək, yəni Ona minnətdarlığımızı göstərmək üçün xidmət edəriksə, onda müqəddəs xidmətlə bağlı olan bütün bu işləri Yehova qəbul edəcək.

18 Bir çox məsihçilər Yehovaya öz minnətdarlıqlarını göstərməyə təşviq olunublar. Onlardan biri də Morenadır. Bu qadın ruhani suallarına cavabı doğma dini olan katolisizimdə, eləcə də Asiya fəlsəfəsində axtarırdı. Amma onların heç birində qaneedici cavab tapmadı. Yalnız Yehovanın Şahidləri ona Müqəddəs Kitabı öyrətməyə başlayandan sonra Morenanın ruhani susuzluğu yatdı. Müqəddəs Kitabdan bütün suallarına cavab aldığına və bu cavabların ona qəlb rahatlığı gətirdiyinə görə bütün qüvvəsini Yehovaya xidmətə sərf etməklə Ona dərin minnətdarlığını bildirmək istədi. O, vəftizdən dərhal sonra müntəzəm olaraq köməkçi pioner kimi xidmət etməyə başladı və fürsət düşən kimi daimi pioner oldu. Bundan 30 il keçsə də, Morena hələ də tammüddətli xidmətdədir.

19. Yehovaya daha çox qurbanlar gətirmək üçün nə edə bilərsən?

19 Əlbəttə ki, Allahın bir çox sadiq xidmətçiləri şəraitləri ucbatından pioner kimi xidmət edə bilmirlər. Yehovaya xidmətdə nə etməyimizdən asılı olmayaraq, hər birimiz Ona məqbul ruhani qurbanlar gətirə bilərik. Davranışımızla: hər zaman Yehovanı təmsil etdiyimizi yadda saxlayaraq Onun saleh prinsiplərinə dəqiqliklə riayət etməliyik. İmanımızla: biz Allahın niyyətinin həyata keçəcəyinə zərrə qədər də şübhə etmirik. Yaxşı işlərimizlə: biz xoş xəbərin yayılmasına kömək edirik. Bununla biz etdiyi hər şeyə görə Yehovaya ürəkdən minnətdar olduğumuzu göstəririk. Gəlin Yehovaya qurbanları canla-başla gətirməyə davam edək!

[25–ci səhifədəki yazı]

Yehovanın xeyirxahlığı səni həmd qurbanını yaxşılaşdırmağa təşviq edirmi?

[23–cü səhifədəki şəkil]

Şahidlik etmək üçün hər bir fürsətdən istifadə edirsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş