Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/3 s. 3—7
  • Tarazlı şəkildə mülayimlik göstərin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tarazlı şəkildə mülayimlik göstərin
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Nə üçün mülayim olmaq lazımdır?
  • Nə dərəcədə mülayim olmalıyıq?
  • Nəzarətçilər mülayim olmalıdırlar
  • Ailədə mülayim olun
  • Qoy nikahınız sizə sevinc gətirsin
    Gözətçi qülləsi 2008
  • Siz kimin hakimiyyətini qəbul etməlisiniz?
    Əbədi həyata aparan bilik
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/3 s. 3—7

Tarazlı şəkildə mülayimlik göstərin

‘İmanlılara xatırlat ki... mülayim olsunlar’. TİT. 3:1, 2

1, 2. Müqəddəs Yazılar mülayimlik barədə nə deyir və bu nə üçün münasibdir?

MƏHƏBBƏTLİ Atamız Yehovanın müdrikliyinin həddi-hüdudu yoxdur. Yaradanımız olduğu üçün, biz həyatda rəhbərliyi Ondan gözləyirik (Məz. 48:14). Şagird Yaqubun sözlərinə əsasən, «yuxarıdan nazil olan hikmət əvvələn safdır, sonra da sülhpərvər, mülayim, itaətkar, mərhəmətli və xeyirli bəhrə ilə dolu, qərəzsiz və riyasızdır» (Yaq. 3:17).

2 Həvari Pavel: «Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun», — deyə təşviq edirdia (Filip. 4:5). İsa Məsih məsihçi yığıncağının Başıdır (Efes. 5:23). Necə də vacibdir ki, hər birimiz ağıllı davranaraq, Məsihin göstərişlərinə tabe olaq və başqa insanlarla mülayim rəftar edək!

3, 4. a) Mülayimliyin gətirdiyi faydaları nümunə əsasında göstərin. b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

3 Yerində mülayimlik göstərməyin bizə faydası var. Nümunə üçün: Britaniyada terroristlərin plan qurduğu aşkar olanda, əvvəllər salona götürülməsinə icazə verilən əşyaların içəri aparılması qadağan edildi, təyyarə sərnişinləri də ümumilikdə bu göstərişə tabe olurdular. Yaxud avtomobil sürərkən qəza baş verməməsi üçün bəzən qanunun yol verdiyindən aşağı sürətlə sürmək lazım gələ bilər.

4 Çoxlarımıza mülayim olmaq heç də asan deyil. Gəlin bizə kömək edəcək üç məqamı: niyyətlərimizi, hakimiyyətə münasibətimizi və nə dərəcədə mülayimlik göstərməli olduğumuzu nəzərdən keçirək.

Nə üçün mülayim olmaq lazımdır?

5. Musanın Qanununa əsasən, qulu ağasının tabeçiliyində qalmağa nə vadar edə bilərdi?

5 Məsihçilikdən əvvəlki dövrə aid bir nümunə hansı düzgün niyyətin mülayimliyə gətirdiyini vurğulayır. Musanın Qanununa əsasən, qul edilmiş ibranilər, hansı birinci gələrsə, ya köləliklərinin yeddinci ilində, ya da Azadlıq ilində azad edilməli idilər. Lakin qul köləlikdə qalmağı da seçə bilərdi. (Çıxış 21:5, 6 ayələrini oxu.) Qulu buna nə vadar edə bilərdi? Məhəbbət təşviq edirdi ki, qul diqqətli ağasının tabeçiliyində qalsın.

6. Mülayim olmaqda məhəbbətin hansı rolu var?

6 Buna bənzər tərzdə, Yehovaya olan məhəbbətimiz bizi təşviq edir ki, həyatımızı Ona həsr edək, sonra isə həsr olunmamıza uyğun yaşayaq (Rom. 14:7, 8). Həvari Yəhya yazırdı: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəh. 5:3). Belə məhəbbət öz mənfəətini axtarmır (1 Kor. 13:4, 5). Yaxınlarımıza olan məhəbbət insanlarla münasibətdə güzəştə getməyə və onların mənfəətini özümüzünkündən üstün tutmağa təşviq edir. Xudbin olmaqdansa, biz başqalarının maraqlarını nəzərə alırıq (Filip. 2:2, 3).

7. Xidmətimizdə mülayimliyin rolu nədən ibarətdir?

7 Nə danışığımız, nə də hərəkətlərimiz başqalarını büdrətməməlidir (Efes. 4:29). Doğrudan da, məhəbbət bizi təşviq edəcək ki, müxtəlif mənşəyi və mədəniyyəti olan insanların ruhani inkişafına mane ola biləcək hərəkətlərdən qaçaq. Bunun üçün bizdən çox vaxt mülayimlik tələb olunur. Məsələn, kosmetikadan istifadə etməyə və neylon corab geyməyə pis baxılan yerlərdə, missioner bacılar onlardan istifadə etməyəcəklər ki, başqalarını büdrətməsinlər (1 Kor. 10:31-33).

8. Allaha məhəbbət özümüzü ‘kiçik’ kimi aparmağa necə kömək edər?

8 Yehovaya olan məhəbbət qürurumuzu boğmağa kömək edir. Şagirdlərinin arasında kimin böyük olduğuna dair gedən mübahisədən sonra, İsa balaca uşağı onların arasına gətirib izah etdi: «Kim bu körpəni Mənim namimə qəbul edərsə, Məni qəbul etmiş olar və kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul etmiş olar; zira sizlərdən kim hamıdan kiçikdirsə, o böyük olacaqdır» (Luka 9:48; Mark 9:36). Şəxsən bizə özümüzü ‘kiçik’ kimi aparmaq çətin ola bilər. Miras aldığımız qeyri-kamillik və qürurluluğa meyl bizi şöhrət axtarmağa təşviq edə bilər, ancaq həlimlik güzəştə getməyə kömək edəcək (Rom. 12:10).

9. Mülayim olmaq üçün biz nə etməliyik?

9 Mülayim olmaq üçün biz Allahın səlahiyyət verdiyi kəslərin hakimiyyətini qəbul etməliyik. Bütün həqiqi məsihçilər başçılıq prinsipinin vacibliyini dərk edirlər. Həvari Pavel bunu korinflilərə aydın şəkildə göstərmişdi: «Bunu da bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Kor. 11:3).

10. Yehovanın hakimiyyətinə tabe olmağımız nəyi göstərir?

10 Allahın hakimiyyətinə tabe olmaq Ona sevən Ata kimi etibar etdiyimizi və inandığımızı göstərir. O, baş verən hər şeydən xəbərdardır, buna görə də bizi mükafatlandıra bilər. Bunu bilmək, başqaları bizimlə hörmətlə rəftar etməyəndə və yaxud hirslənib özlərindən çıxanda, mülayimlik göstərməyimizə kömək edir. Pavel yazırdı: «Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun». O bu məsləhəti növbəti göstərişi verərək vurğulayır: «Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Rom. 12:18, 19).

11. Məsihin başçılığına tabe olduğumuzu necə göstərə bilərik?

11 Məsihçi yığıncağında Allahın səlahiyyət verdiyi kəslərə də tabe olmalıyıq. «Vəhy» kitabının 1-ci fəslində İsa Məsihin sağ əlində yığıncağın ‘ulduzlarını’ tutduğu təsvir olunur (Vəhy 1:16, 20). Ümumilikdə, bu ‘ulduzlar’ ağsaqqallar şurasını və ya yığıncaqlardakı nəzarətçiləri təmsil edir. Təyin olunmuş bu ağsaqqallar Məsihin başçılığına tabe olur və onun insanlarla xeyirxah davranışını təqlid edirlər. Yığıncaqda hamı İsanın vaxtlı-vaxtında ruhani qida vermək üçün təyin etdiyi «sadiq və ağıllı qul»a tabe olur (Mat. 24:45-47). Bu gün bu materialı öyrənib tətbiq etməyə hazır olmağımız göstərir ki, şəxsən biz Məsihin sülh və birlik gətirən başçılığına tabe oluruq (Rom. 14:13, 19).

Nə dərəcədə mülayim olmalıyıq?

12. Nə dərəcədə mülayim olmalıyıq?

12 Ancaq mülayim olmaq imanımıza və ya Allahın prinsiplərinə zidd davranmaq demək deyil. Din rəhbərləri erkən məsihçilərə İsanın adı ilə təlim verməyi qadağan edəndə onlar necə davrandılar? Peter və başqa həvarilər cəsarətlə dedilər: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həv. iş. 4:18-20; 5:28, 29). Beləliklə, bu gün hakimiyyət orqanları xoş xəbərin təbliğini dayandırmağımız üçün təzyiq göstərəndə, biz təbliği dayandırmır, təbliğ üsulumuzu dəyişdirərək vəziyyətdən çıxış yolu tapırıq. Əgər evdən-evə təbliğə məhdudiyyət qoyulursa, ev sakinləri ilə əlaqə yaratmaq və Allahın verdiyi tapşırığı yerinə yetirmək üçün başqa yollar axtara bilərik. Eyni tərzdə ‘üzərimizdə olan hakimlər’ yığıncaq görüşlərini keçirməyi qadağan edəndə, biz ehtiyatla davranaraq kiçik qruplar şəklində yığılırıq (Rom. 13:1; İbr. 10:24, 25).

13. İsa səlahiyyətli şəxslərə tabe olmaq barədə nə demişdi?

13 İsa Dağüstü təbliğində səlahiyyətli şəxslərə tabe olmağın vacibliyini göstərdi: «Əgər biri məhkəməyə gedib sənin köynəyini almaq istərsə, ona üst paltarını da ver. Və kim səninlə bir mil getmək istərsə, onunla iki mil get» (Mat. 5:40, 41)b. Həmçinin başqalarına qarşı diqqətli olmaq və onlara kömək etmək arzusu, bizi, necə deyərlər, daha artıq mil getməyə təşviq edəcək (1 Kor. 13:5; Tit. 3:1, 2).

14. Nə üçün dönüklüyə heç vaxt güzəştə getməməliyik?

14 Bizim mülayim olmaq arzumuz heç vaxt dönüklərə güzəştə getməyimizə gətirib çıxarmamalıdır. Həqiqətin təmizliyini və yığıncağın birliyini qorumaq üçün bu sahədə aydın və möhkəm mövqe tutmalıyıq. Pavel ‘yalançı qardaşlarla’ bağlı yazırdı: «Onlara bir anlıq da olsa baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti sizin üçün hifz olunsun» (Qalat. 2:4, 5). Nadir hallarda baş verən dönüklük sadiq məsihçiləri doğru olanı etmək qətiyyətindən döndərməyəcək.

Nəzarətçilər mülayim olmalıdırlar

15. Məsihçi ağsaqqallar bir yerə yığılarkən necə mülayimlik göstərə bilərlər?

15 Nəzarətçi kimi xidmət etməyə təyin olunanlar üçün olan tələblərdən biri güzəştə getməyə hazır olmaqdır. Pavel yazırdı ki, ‘cəmiyyətin nəzarətçisi mülayim olmalıdır’ (1 Tim. 3:2, 3). Ağsaqqallar yığıncağın işlərini həll etmək üçün bir yerə yığılanda, bu, xüsusilə vacibdir. Qərar qəbul edilməzdən əvvəl hər kəs öz fikrini çəkinmədən açıq ifadə edə bilər, lakin hər bir ağsaqqalın fikir söyləməsi şərt deyil. Müzakirə zamanı diqqət tətbiq olunan Müqəddəs Kitab prinsiplərinə yönəldiləndə, kiminsə fikri dəyişə bilər. Yetkin ağsaqqal başqalarının fikri ilə razılaşmayaraq, öz dediyinin üstündə durmayacaq, əksinə, güzəştə gedəcək. Əvvəlcə fikirlər müxtəlif ola bilər, ancaq dua edib düşünmək təvazökar və mülayim ağsaqqalların arasında birliyin qorunub saxlanılmasına kömək edəcək. (1 Kor. 1:10; Efeslilərə 4:1-3 ayələrini oxu.)

16. Nəzarətçi hansı ruhu təzahür etdirməlidir?

16 Məsihçi ağsaqqal bütün işlərində teokratik nizam-intizama riayət etməyə çalışmalıdır. Bu cür ruh sürüyə nəzarət edəndə də özünü büruzə verməli, ona başqalarına qarşı diqqətli və iltifatlı olmağa kömək etməlidir. Peter yazırdı: «Allahın sizə həvalə olunan sürüsünü otarın. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edin» (1 Pet. 5:2).

17. Yığıncaqdakılar bir-birilə münasibətdə mülayimliyi necə göstərməlidirlər?

17 Yığıncağın yaşlı üzvləri yaşca onlardan kiçik olanların köməyini çox qiymətləndirir və onlara hörmətlə yanaşırlar. Gənclər də öz növbəsində Yehovaya xidmətdə çoxillik təcrübəsi olan yaşlılara hörmət edirlər (1 Tim. 5:1, 2). Məsihçi ağsaqqallar müəyyən məsuliyyətləri həvalə etmək üçün tələblərə cavab verən qardaşlar axtarır və Allahın sürüsünün qayğısına qalmağı onlara öyrədirlər (2 Tim. 2:1, 2). Hər məsihçi Pavelin Allahdan ilham almış məsləhətinə hörmətlə yanaşmalıdır: «Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbr. 13:17).

Ailədə mülayim olun

18. Nəyə görə ailədə mülayimlik göstərmək lazımdır?

18 Ailə üzvləri də bir-biri ilə münasibətdə mülayim olmalıdırlar. (Koloslulara 3:18-21 ayələrini oxu.) Müqəddəs Kitab məsihçi ailəsinin hər bir üzvünün rolunun nədən ibarət olduğunu göstərir. Ər həm arvadın başçısıdır, həm də uşaqların tərbiyəsində əsas məsuliyyət onun üzərinə düşür. Qadın ərinin başçılığını qəbul etməli, uşaqlar isə itaətkar olmağa çalışmalıdırlar, çünki bu, Rəbbə məqbuldur. Ailənin hər bir üzvü yerində lazımi mülayimliyi göstərərək evdə birliyin və əmin-amanlığın hökm sürməsinə kömək edə bilərlər. Müqəddəs Kitabda bu məqamı açıqlayan bəzi nümunələr var.

19, 20. a) Elinin və Yehovanın mülayimliyə dair nümunələrini müqayisə edin. b) Valideynlər bu nümunələrdən nə öyrənə bilərlər?

19 Şamuel uşaq olanda, Eli İsraildə baş kahin kimi xidmət edirdi. Ancaq Elinin oğulları Xofni və Pinxas ‘Rəbbi tanımayan’ «yaramaz adamlar» idi. Eli onların Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları və digər pis işləri barədə eşitmişdi. Bəs buna necə münasibət göstərmişdi? Onlara demişdi ki, əgər Yehovaya qarşı günah işlədirlərsə, onlar üçün dua edən olmayacaq. Ancaq onlara nə düzəliş vermişdi, nə də bir cəza tədbiri görmüşdü. Nəticədə, Elinin oğulları öz pis yollarından dönmədilər. Axırda Yehova haqlı olaraq qərara gəldi ki, onlar ölüm cəzasına layiqdirlər. Oğullarının ölüm xəbərini eşidəndə Elinin özü də öldü. Onların aqibəti necə də kədərli oldu! Aydındır ki, Elinin oğullarının pis işlərinə yersiz mülayimlik göstərməsi, yəni pis işlərinə davam etmələrinə yol verməsi düzgün deyildi (1 Şam. 2:12-17, 22-25, 34, 35; 4:17, 18).

20 Bunun əksinə olaraq, Allahın Öz ruhani oğulları ilə necə rəftar etməsinə nəzər salaq. Mikeya peyğəmbər heyrətamiz görüntüdə Yehovanın Öz mələkləri ilə bir yerə toplaşdığını görmüşdü. Yehova soruşur ki, İsrailin pis padşahı Axavı həlak olması üçün kim tovlaya bilər. O, ruhani oğullarının təkliflərini dinləyir. Sonra bir mələk bunu edəcəyini deyir. Yehova ondan necə edəcəyini soruşur. Cavabdan razı qalanda, bu işi yerinə yetirməyi həmin mələyə tapşırır (1 Pad. 22:19-23). Ailə üzvləri buradan mülayimliyə dair dərs ala bilməzlərmi? Yaxşı olar ki, məsihçi ər və ata arvadının və uşaqlarının fikir və təkliflərini nəzərə alsın. Digər tərəfdən də, qadın və uşaqlar nəzərə almalıdırlar ki, öz təklif və istəklərini irəli sürdükdən sonra, ola bilsin, ailənin başçısının qərarına tabe olmaq üçün mülayimlik təzahür etdirməli olacaqlar, çünki Müqəddəs Yazılar qərar qəbul etmək səlahiyyətini ərə verir.

21. Növbəti məqalədə nəyi araşdıracağıq?

21 Yehovanın mülayimliyə dair verdiyi məhəbbətli və müdrik xatırlatmalarına görə necə də minnətdarıq! (Məz. 119:99). Növbəti məqalədə tarazlı şəkildə mülayimlik göstərməyin nikahda sevinc tapmağa necə kömək etdiyini araşdıracağıq.

[Haşiyələr]

a Həvari Pavelin yunan dilində istifadə etdiyi sözü bir sözlə ifadə etmək çətindir. Bir kitabda deyilir: «Mülayimlik öz hüquqlarından keçmək, başqalarına qarşı diqqətli və yumşaq olmaq deməkdir». Beləliklə, Pavelin istifadə etdiyi bu söz mülayim və ağıllı olmaq, qanunun nöqtəbənöqtə yerinə yetirilməsini təkid etməmək və ya öz haqlarını tələb etməmək deməkdir. Həmçinin bu söz səlahiyyəti olan şəxsə tabe olmaq mənasını da daşıyır.

b «Gözətçi Qülləsi»nin 2005-ci il 15 fevral sayının 23-26-cı səhifələrindəki (rus.) «Səni ‘bir mil getməyə’ məcbur edirlərsə» adlı məqaləyə baxın.

Necə cavab verərdiniz?

• Mülayimlik hansı yaxşı bəhrələri gətirə bilər?

• Nəzarətçilər mülayimliyi necə təzahür etdirə bilərlər?

• Ailə həyatında mülayimlik nə üçün vacibdir?

[4-cü səhifədəki şəkil]

Ağsaqqallar Məsihin insanlarla xeyirxah davranışını təqlid edirlər

[6-cı səhifədəki şəkil]

Yığıncağın ağsaqqalları görüşəndə dua edib düşünmək və mülayimlik birliyin qorunub saxlanılmasına kömək edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş