Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 22 s. 153—s. 156 abz. 5
  • Ayələri düzgün izah et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ayələri düzgün izah et
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ayələri düzgün izah et
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Ayələrə keçid
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • İnandırıcı şəkildə öyrət
    Müqəddəs ibadətimiz 2010
  • Ayələrə keçid
    Özünü oxumağa və təlim verməyə həsr et
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 22 s. 153—s. 156 abz. 5

DƏRS 22

Ayələri düzgün izah et

Nə etməlisən?

Əmin ol ki, ayəni kontekstə və bütün Müqəddəs Kitaba uyğun şəkildə izah edirsən. Bu, həm də «sadiq və ağıllı qul»un nəşrlərinə uyğun olmalıdır.

Nə üçün vacibdir?

İnsanlara Allahın Kəlamını öyrətmək məsuliyyətli işdir. Allah bütün insanların ‘həqiqəti dərk etmələrini’ istəyir (1 Tim. 2:3, 4). Bu, bizim üzərimizə Allahın Kəlamını düzgün öyrətmək məsuliyyətini qoyur.

BAŞQALARINI öyrədərkən Müqəddəs Kitabdan ayələri sadəcə oxumaq kifayət etmir. Həvari Pavel əməkdaşı Timoteyə yazmışdı: «Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən» (2 Tim. 2:15).

Həqiqət sözünü doğruluqla öyrətmək ayələri Müqəddəs Kitabın təlimlərinə uyğun izah etmək deməkdir. Bunun üçün konteksti nəzərə almaq lazımdır. Sadəcə xoşumuza gələn ifadələri seçib, öz fikirlərimizi onlara əlavə etmək olmaz. Yeremya peyğəmbər vasitəsilə Yehova Onun adından danışdıqlarını iddia edən, əslində isə «uydurduqları görüntüləri» danışan peyğəmbərlərə qulaq asmamağı tapşırmışdı (Yer. 23:16). Həvari Pavel məsihçiləri xəbərdar etmişdi ki, Allahın Kəlamını insan fəlsəfəsi ilə təhrif etməsinlər. O yazmışdı: «Lakin biz gizli, eyibli üsulları rədd etdik. Hiyləgərlik ilə hərəkət etmirik, Allahın kəlamını təhrif etmirik». O vaxtlar fırıldaqçı şərab tacirləri çox qazanc əldə etmək üçün şəraba su qatırdılar. Biz Allahın Kəlamına insan fəlsəfəsini qataraq onu təhrif etmirik. Pavel deyirdi: «Biz bir çoxları kimi Allah kəlamının xırdavatçıları deyilik, lakin Allahdan göndərilən və Məsihə aid olan adamlar olaraq, Allahın hüzurunda səmimi qəlbdən vəz edirik» (2 Kor. 2:17; 4:2).

Ola bilər, hərdən hansısa prinsipi vurğulamaq üçün ayə oxuyaq. Müqəddəs Kitabda müxtəlif vəziyyətlərdə necə davranmağa dair düzgün rəhbərlik təqdim edən çoxlu prinsiplər var (2 Tim. 3:16, 17). Ancaq əmin olmaq lazımdır ki, ayə düzgün tətbiq edilib. Əks təqdirdə, əslində belə olmadığı halda, elə görünə bilər ki, ayə sənin dediklərini təsdiq edir (Məz. 91:11, 12; Mat. 4:5, 6). Ayəni Yehovanın niyyətinə, eləcə də bütün Müqəddəs Kitaba uyğun şəkildə tətbiq etmək lazımdır.

‘Həqiqət sözünü doğruluqla öyrətmək’ Müqəddəs Kitabda deyilənlərin ruhunu anlamağı da özünə daxil edir. Müqəddəs Kitab insanlara hədə-qorxu gəlmək üçün olan «dəyənək» deyil. İsa Məsihə qarşı çıxan din rəhbərləri Müqəddəs Yazılardan tez-tez sitatlar gətirirdilər, ancaq onlar Allahın tələb etdiyi daha ciddi məsələlərə — ədalət, mərhəmət və sədaqətə barmaqarası baxırdılar (Mat. 22:23, 24; 23:23, 24). Allahın Kəlamını öyrədərkən İsa Atasının xüsusiyyətlərini əks etdirirdi. İsa həqiqətə qarşı şövq duymaqla yanaşı, öyrətdiyi insanları da dərin məhəbbətlə sevirdi. Biz də onun nümunəsini izləməyə çalışmalıyıq (Mat. 11:28).

Ayələri düzgün izah etdiyimizə necə əmin ola bilərik? Müqəddəs Kitabı müntəzəm oxumağın böyük köməyi dəyəcək. Həmçinin Yehovanın ruhla məsh olunmuş məsihçilərdən ibarət «sadiq və ağıllı qul» sinfini qiymətləndirməliyik, belə ki, Yehova onların vasitəsilə xidmətçilərinə ruhani qida verir (Mat. 24:45). Şəxsi öyrənmə, eləcə də müntəzəm olaraq yığıncaq görüşlərinə getmək və orada iştirak etmək, sadiq və ağıllı qul sinfi vasitəsilə verilən təlimdən faydalanmağa kömək edəcək.

Əgər bildiyin dildə «Müqəddəs Yazıların əsasında mülahizə» kitabı varsa və ondan yaxşı istifadə etməyi öyrənirsənsə, xidmətdə tez-tez istifadə etdiyimiz yüzlərlə ayənin düzgün izahını oradan asanlıqla tapa bilərsən. Tanış olmayan ayədən istifadə etməyi planlaşdırırsansa, yaxşı olardı ki, təvazökarlıq göstərərək araşdırma aparasan. Belə etsən, həqiqət sözünü doğruluqla öyrədə biləcəksən (Sül. məs. 11:2).

Ayənin necə tətbiq olunduğunu aydın göstər. Başqalarını öyrədərkən əmin ol ki, onlar müzakirə etdiyin mövzu ilə ayə arasındakı əlaqəni aydın başa düşürlər. Ayəni oxumazdan əvvəl sual versən, dinləyicilər onun suala necə cavab verdiyini görəcəklər. Əgər hansısa fikri təsdiq etmək üçün ayə oxuyursansa, öyrənən adam ayənin həmin fikri necə sübut etdiyini aydın görməlidir.

Ayəni hətta ifadəli olsa belə, sadəcə oxumaq çox vaxt kifayət etmir. Yadda saxla ki, təbliğdə rast gəldiyimiz insanların çoxu Müqəddəs Kitabla tanış deyil və çox ehtimal ki, ayəni yalnız oxumaqla nə demək istədiyini başa düşməyəcəklər. Diqqəti ayənin birbaşa müzakirə etdiyin mövzuya aid olan hissəsinə yönəlt.

Bunun üçün adətən əsas sözləri, yəni müzakirə olunan fikrə bilavasitə aid olan sözləri xüsusi qeyd etmək lazımdır. Ən asan üsul həmin sözləri təkrar etməkdir. Əgər bir nəfərlə söhbət edirsənsə, ona həmin sözləri müəyyən etməyə kömək edəcək sual vermək olar. Auditoriya qarşısında çıxış edərkən bəzi natiqlər bu məqsədə çatmaq üçün sinonim sözlərdən istifadə edir, yaxud fikri bir də təkrar edirlər. Ancaq sən də belə etmək qərarına gəlsən, diqqət yetir ki, dinləyicilər ayənin sözləri ilə müzakirə olunan fikir arasındakı əlaqəni nəzərdən qaçırmasınlar.

Əsas sözləri xüsusi nəzərə çarpdırdıqda sən artıq yaxşı təməl qoymuş olursan. Ancaq bununla kifayətlənmə. Ayəni oxumazdan əvvəl onu gətirməyinin səbəbini aydın göstərmisənmi? Əgər belədirsə, onda dinləyicilərinə eşitmələri üçün hazırladığın fikirlərlə vurğuladığın sözlər arasındakı əlaqəni göstər. Həmin əlaqənin nədən ibərət olduğunu aydın şəkildə bildir. Əgər ayəni oxumazdan əvvəl bunu etməmisənsə, sonra mütləq etmək lazımdır.

Fəriseylər İsaya onların zənnincə çətin olan bir sual verdilər: «Hər səbəbə görəmi qadını boşamaq caizdir?» İsa cavabını Yaradılış 2:24 ayəsinə əsaslandırdı. Fikir ver ki, İsa diqqəti ayənin yalnız bir hissəsinə yönəltdi və sonra onu izah etdi. Kişi ilə qadının «bir bədən» olduğunu vurğuladıqdan sonra İsa sözlərinə belə yekun vurdu: «Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mat. 19:3-6).

Ayənin necə tətbiq olunduğunun aydın başa düşülməsi üçün nə qədər izahat vermək lazımdır? Bu, auditoriyanı təşkil edən adamlardan və müzakirə edilən fikrin vacibliyindən asılıdır. Sadə və konkret olmağı qarşına məqsəd qoy.

Müqəddəs Yazılar əsasında mülahizə yürüt. Həvari Pavelin Salonikdəki xidməti ilə bağlı Həvarilərin işləri 17:2, 3 ayələrində deyilir ki, o, ‘Müqəddəs Yazılara əsaslanaraq söhbət aparırdı’ (YD), başqa sözlə desək, mülahizə yürüdürdü. Yehovanın hər bir xidmətçisi bu bacarığa yiyələnməyə can atmalıdır. Məsələn, Pavel İsanın həyatı və xidməti ilə bağlı faktlar gətirdikdən sonra bunların İbrani Müqəddəs Yazılarında qabaqcadan deyildiyini göstərmiş, sonra isə «Sizə təbliğ etdiyim bu İsa, Məsihdir» deyərək sözlərinə təsirli yekun vurmuşdu.

İbranilərə yazdığı məktubunda Pavel dəfələrlə İbrani Müqəddəs Yazılarından sitat gətirmişdi. Hansısa məqamı vurğulamaq, yaxud aydınlaşdırmaq üçün o, bir sözü və ya kiçik ifadəni ayırıb, sonra onun mənasını açıqlayırdı (İbr. 12:26, 27). «İbranilərə» kitabının 3-cü fəslindən olan parçada Pavel Məzmur 95:7-11 ayələrini sitat gətirmişdi. Diqqət yetir ki, o, üç məqamı ətraflı təhlil etmişdi: 1) ürək mövzusunu (İbr. 3:8-12), 2) «Bu gün» sözünün vacibliyini (İbr. 3:7, 13-15; 4:6-11), 3) «Onlar verəcəyim istirahətə nail olmayacaqlar» sözlərinin mənasını (İbr. 3:11, 18, 19; 4:1-11). Hər dəfə ayənin necə tətbiq edildiyini izah edəndə Pavelin nümunəsini izləməyə çalış.

Luka 10:25-37 ayələrində yazıldığı kimi, İsanın Müqəddəs Yazılar əsasında mükəmməl surətdə necə mülahizə yürütdüyünə diqqət yetir. Bir dəfə, Qanunu yaxşı bilən bir nəfər ondan soruşdu: «Müəllim! Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm?» Əvvəlcə İsa cavab olaraq onu öz fikrini ifadə etməyə təşviq edən bir sual verdi və sonra Allahın Kəlamında deyilənləri yerinə yetirməyin vacibliyini vurğuladı. Aydın olanda ki, həmin adam məsələnin məğzini başa düşmür, İsa ayədən təkcə bir sözü, «qonşu» sözünü təhlil etdi. O, bunun nə demək olduğunu açıqlamadı, əvəzində həmin adamın özünün düzgün nəticəyə gəlməsi üçün məsəl çəkdi.

Gördüyümüz kimi, suallara cavab verərkən İsa konkret, aydın cavab təqdim edən ayələri sadəcə sitat gətirməklə kifayətlənmirdi. O, ayələrdə deyilənləri təhlil edir, sonra onları verilən suala əsasən izah edirdi.

Sadukeylər dirilmə ümidini şübhə altına alanda İsa diqqəti Çıxış 3:6 ayəsinin konkret bir hissəsinə yönəltdi. Ancaq o, ayəni təkcə sitat gətirib sözünü bitirmədi. Dirilmənin Allahın niyyətinin bir hissəsi olduğunu aydın göstərmək üçün onun üzərində mülahizə yürütdü (Mark 12:24-27).

Müqəddəs Yazılar əsasında düzgün və efektiv sürətdə mülahizə yürütmək bacarığına yiyələnmək məharətli müəllim olmaq üçün vacib amildir.

BU BACARIĞA NECƏ YİYƏLƏNMƏK OLAR?

  • Müqəddəs Kitabı müntəzəm oxu. «Gözətçi Qülləsi»ni diqqətlə öyrən və yığıncaq görüşlərinə yaxşı hazırlaş.

  • Əmin ol ki, oxumağa hazırlaşdığın ayədəki bütün sözlərin mənasını bilirsən. Ayədə nə deyildiyini düzgün başa düşmək üçün onu diqqətlə oxu.

  • Nəşrlərimiz vasitəsilə araşdırma aparmağa vərdiş et.

ÇALIŞMA: 2 Peter 3:7 ayəsinin mənası üzərində düşün. Bu ayə yerin odla məhv ediləcəyinimi sübut edir? («Yer» sözü ilə nə nəzərdə tutulduğunu müəyyən edərkən «göy» sözünün də hansı mənanı daşıdığını nəzərə al. «Yer» sözünün məcazi məna daşıdığını hansı ayələr göstərir? 7-ci ayədə deyildiyi kimi, əslində məhv edilən kimdir, yaxud nədir? Bu, Nuhun günlərində baş verən və 5, 6-cı ayələrdə haqqında danışılan hadisəyə necə uyğundur?)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş