Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 17 s. 160—169
  • Allahın xalqı arasında sığınacaq tapın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın xalqı arasında sığınacaq tapın
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • «SADİQ VƏ AĞILLI QUL»
  • ‘VAXTLI-VAXTINDA VERİLƏN QİDA’
  • ‘MƏHƏBBƏTİ GEYİNİN’
  • SIĞINACAQ
  • YEHOVANIN XALQI ARASINDAKI TƏHLÜKƏSİZLİKDƏN HƏZZ ALIN
  • «Sizə rəhbərlik edənləri unutmayın»
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Yehova Öz təşkilatını necə idarə edir?
    Vahid həqiqi Allaha ibadət edin
  • «Sadiq və ağıllı nökər» kimdir?
    Yehova Allahın müasir xalqı
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 17 s. 160—169

FƏSİL 17

Allahın xalqı arasında sığınacaq tapın

TƏSƏVVÜR edin ki, yaşadığınız ərazidə güclü qasırğa baş verib. Evinizdən və mülkünüzdən məhrum olmusunuz. Qida qıtlığından əziyyət çəkirsiniz. Vəziyyət çıxılmaz kimi görünür. Birdən haradansa yardım gəlir. Bol-bol ərzaq və paltar paylanır. Sizin üçün yeni ev tikirlər. Şübhəsiz ki, siz bu cür kömək göstərənlərə sonsuz dərəcədə minnətdar olacaqsınız.

2 Bu gün də vəziyyət buna bənzərdir. Adəmlə Həvvanın üsyanı həmin qasırğa kimi bütün bəşəriyyətə dərin zərər vurdu. Bəşəriyyətin cənnət evi itirildi. O zamandan bəri insan hakimiyyətləri insanları müharibə, cinayət və ədalətsizlikdən qorumaq iqtidarında deyil. Yalan din milyonlarla insanları sağlam ruhani qidadan məhrum edərək onları ac qalmağa vadar edir. Lakin Yehova bizi qida, geyim və sığınacaqla tə’min edir. O, bunu necə edir?

«SADİQ VƏ AĞILLI QUL»

3 Təbii fəlakətdən zərər çəkənlər üçün kömək adətən hansısa təşkilat vasitəsilə mütəşəkkil şəkildə çatdırılır, Yehova da Öz xalqına ruhani qidanı mütəşəkkil surətdə verir. Məsələn, israillilər, demək olar ki, min beş yüz il ərzində «Rəbbin yığıncağı» olmuşlar. Yehova onların arasından xalqa Qanunu öyrədən insanlar seçdi (1 Tarixlər 28:8; 2 Tarixlər 17:7-9). Yehova b. e. I əsrində məsihçi təşkilatını tə’sis etdi. Həvarilərdən və ağsaqqallardan ibarət olan rəhbərlik şurasının rəhbərliyi altında yığıncaqlar təşkil olundu (Həvarilərin işləri 15:22-31). Yehova bizim günlərdə də Öz xalqına mütəşəkkil quruluş vasitəsilə rəhbərlik edir. Biz bunu haradan bilirik?

4 İsa demişdir ki, o, Padşahlıq hakimiyyətində iştirak edən zaman, ‘vaxtlı-vaxtında yemək’ verəcək «sadiq və ağıllı qul» mövcud olacaqdır (Matta 24:45-47). İsa 1914-cü ildə səmavi taxtda Padşah kimi oturanda bu «qul» kim idi? Sözsüz ki, bu, Xristian dünyasının ruhanilər sinfi deyildi. Onlar əsasən kilsə üzvlərini Birinci Dünya müharibəsi zamanı bu və ya digər ölkələrin hakimiyyətlərini dəstəkləməyə yönəldilən təbliğata səsləyirdilər. Faydalı və vaxtlı-vaxtında olan ruhani qidanı isə Allahın müqəddəs ruhu ilə məsh edilmiş və İsanın «kiçik sürü» adlandırdığı kəslərə mənsub olan məsihçilər qrupu paylayırdı (Luka 12:32). Bu məsh edilmiş məsihçilər insan hakimiyyətini deyil, Allahın Padşahlığını təbliğ edirdilər. Bunun nəticəsində, illər ötdükdən sonra düzgün əhval-ruhiyyəyə malik olan milyonlarla «başqa qoyunlar» həqiqi ibadətdə məsh edilmiş «qula» qoşuldular (Yəhya 10:16). «Sadiq qul»dan və «qulun» Rəhbərlik şurasından istifadə edərək, Allah Öz mütəşəkkil xalqına, arzu edənlərin hamısına ruhani qidanı, geyimi və sığınacağı necə təqdim etməyi göstərir.

‘VAXTLI-VAXTINDA VERİLƏN QİDA’

5 İsa demişdir: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Matta 4:4). Təəssüflər olsun ki, əksər insanlar Allahın dediyinə e’tinasız yanaşırlar. Yehovanın peyğəmbəri Amosun qabaqcadan dediyi kimi, «çörək aclığı deyil və suya susama deyil, ancaq Rəbbin sözlərini eşitməyə susama» vaxtı gəlib çatıb (Amos 8:11). Ruhani aclıq, hətta ən dindar insanların arasında belə hökm sürür. Lakin Yehova istəyir ki, «bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Timoteyə 2:3, 4). Buna görə də O, bizə ruhani qidanı bol-bol verir. Bəs bu qidanı biz haradan əldə edə bilərik?

6 Tarix boyu Yehova ayrı-ayrı insanları deyil, bütün xalqını ruhani qida ilə tə’min etmişdir (İşaya 65:13). İsrail kahinləri Allahın qanununu xalqa öyrətmək üçün böyükdən tutmuş kiçiyə qədər hamını — kişiləri, qadınları və uşaqları bir yerə toplayırdılar (Təsniyə 31:9, 12). Birinci əsrin məsihçiləri hər kəsin tə’lim alması və ruhlanması üçün, həmin dövrün rəhbərlik şurası başda olmaqla, yığıncaqlar yaradır və birgə görüşlər keçirirdilər (Romalılara 16:5; Filimona 1, 2). Yehovanın Şahidləri onların nümunəsini təqlid edirlər. Onlar sizi də yığıncaqlara gəlməyə ürəkdən də’vət edirlər.

7 Sözsüz ki, Müqəddəs Kitabı şəxsən öyrənməyin sayəsində artıq çox şey bilirsiniz. Ehtimal ki, bu işdə sizə kim isə kömək göstərmişdir (Həvarilərin işləri 8:30-35). Lakin sizin imanınızı — lazımi qulluq olmadıqda solan və nəticədə məhv ola bilən bitki ilə müqayisə etmək olar. Bu səbəbdən, sizə sağlam ruhani qida ilə bəslənmək lazımdır (1 Timoteyə 4:6). Məsihçi görüşlərində fasiləsiz tə’lim proqramı təqdim edilir ki, bu proqram sizə ruhən qidalanmağa və Allah haqqında biliyinizi artırmaqla, imanınızı inkişaf etdirməyə kömək etsin (Koloslulara 1:9, 10).

8 Yığıncaq görüşləri daha bir vacib məqsədə xidmət edir. Pavel yazmışdır: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq... öz yığıncaqlarımızı tərk etməyək» (İbranilərə 10:24, 25). «Təşviq etmək» kimi tərcümə edilən yunan sözü «itiləmək» mə’nasını da verə bilər. Müqəddəs Kitabın bir məsəli belə səslənir: «Dəmir dəmiri itilər, insan insanın ağlını iti edər» (Süleymanın məsəlləri 27:17, MKŞ). Hər birimizə daima «itilənmək» lazımdır. Dünyanın zəifləmədən göstərdiyi təzyiq imanımızı «kütləşdirə» bilər. Məsihçi görüşlərində isə biz ruh yüksəkliyi əldə edirik (Romalılara 1:11, 12). Yığıncağın üzvləri həvari Pavelin «bir-birinizə təskinlik verin və bir-birinizi inkişaf etdirin» çağırışına riayət edirlər, çünki bu, imanımızı «itiləyir» (1 Saloniklilərə 5:11). Məsihçi görüşlərində müntəzəm olaraq iştirak etməyimiz, həmçinin Allahı sevdiyimizi göstərir və qarşımızda Onu izzətləndirməyə imkanlar açır (Məzmur 35:18).

‘MƏHƏBBƏTİ GEYİNİN’

9 Pavel yazırdı: «Kamil birliyin bağı olan məhəbbəti geyin» (Koloslulara 3:14). Yehova belə bir geyimi bizə mərhəmətlə verir. O, bunu necə edir? Məsihçilər məhəbbət təzahür etdirirlər, çünki məhəbbət — Yehovanın müqəddəs ruhunun bəxş etdiyi səmərələrdən biridir (Qalatiyalılara 5:22, 23). Bizim əbədi həyata malik ola bilməyimiz üçün yeganə Oğlunu göndərməklə Yehova Özü böyük məhəbbət göstərmişdir (Yəhya 3:16). Allah bu cür məhəbbət təzahür etdirməklə, təqlid üçün ən gözəl nümunə vermişdir. «Əgər Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməliyik» deyə, həvari Yəhya yazmışdır (1 Yəhya 4:11).

10 Padşahlıq Zalında keçirilən görüşlərə gəldiyiniz zaman məhəbbət göstərmək üçün sizin gözəl imkanınız yaranır. Siz tamamilə fərqli insanlarla görüşəcəksiniz. Sözsüz ki, onlardan çoxuna dərhal yaxınlıq hiss edəcəksiniz. Əlbəttə ki, hətta Yehovanın xidmətçiləri arasında da müxtəlif insanlara rast gəlmək olur. Ola bilsin ki, siz əvvəllər maraqları və xarakteri ilə sizdən fərqlənən kəslərdən qaçınmısınız. Lakin məsihçilər ‘qardaşlığı sevməlidirlər’ (1 Peter 2:17). Buna görə də, Padşahlıq Zalına gələnlərin hamısı ilə, hətta sizdən yaşca böyük olanlarla və xasiyyətcə, dərisinin rəngi və təhsili ilə sizdən fərqlənən kəslərin hər biri ilə tanış olmağı qarşınıza məqsəd qoyun. Siz, yəqin ki, onların hər birində hansısa gözəl xüsusiyyəti tapacaqsınız.

11 Yığıncaq olduqca müxtəlif insanlardan ibarətdir, lakin bu sizin üçün maneə olmamalıdır. Misal üçün təsəvvür edin ki, siz öz avtomobilinizdə maşın axını ilə gedirsiniz. Maşınların hamısı eyni sür’ətlə hərəkət etmir və onların hamısı eyni vəziyyətdə deyildir. Onlardan bə’ziləri artıq xeyli yol qət etmiş, digərləri isə sizin maşınınız kimi hələ təzəcə yerindən tərpənməyə başlayır. Aralarında bu qədər fərqin olmasına baxmayaraq, onların hamısı bir yolda hərəkət edir. Bu, yığıncaqdakı insanları çox xatırladır. Biz hamımız məsihçi keyfiyyətlərini eyni sür’ətlə inkişaf etdirmirik. Bundan əlavə, hər birimizin fiziki və emosional vəziyyəti fərqlidir. Bə’ziləri Yehovaya artıq çox illərdir ki, ibadət edirlər, başqaları isə onlara hələ yenicə qoşulublar. Buna baxmayaraq, biz hamımız əbədi həyata aparan bir yoldayıq və «bir fikirdə və eyni rə’ydə» birləşmişik (1 Korinflilərə 1:10). Buna görə də, yığıncağı təşkil edənlərin zəif cəhətlərini deyil, yaxşı cəhətlərini nəzərə almağa çalışın. Siz bundan böyük sevinc əldə edəcəksiniz, çünki Allahın həqiqətən də bu insanlarla olduğunu görəcəksiniz. Məgər siz onların arasında olmaq istəmirsinizmi? (1 Korinflilərə 14:25).

12 Bütün insanlar qeyri-kamildir və bə’zən yığıncaqda kim isə sözü və ya hərəkətilə xətrinizə dəyə bilər (Romalılara 3:23). Şagird Yaqub bunu anladığı üçün yazmışdır: «Hamımız çox səhv edirik. Sözündə səhv etməyən, kamil insandır» (Yaqub 3:2). Əgər kim isə xətrinizə dəysə, siz buna necə reaksiya göstərəcəksiniz? Müqəddəs Kitab məsəli belə səslənir: «İnsanın bəsirəti qəzəbini gecikdirir; və səhvi bağışlamaq onun gözəlliyidir» (Süleymanın məsəlləri 19:11). Bəsirət — müəyyən söz və ya hərəkətlərin arxasında insanın əsl niyyətini görüb, başa düşmək qabiliyyətidir. Əksəriyyətimiz şəxsi səhvlərimizə gəldikdə özümüzə az güzəştə getmirik. Bəs nəyə görə başqalarını başa düşmək və onların səhvlərini bağışlamaq üçün də bu cür bəsirət təzahür etdirməyək? (Matta 7:1-5; Koloslulara 3:13).

13 Heç zaman unutmaq olmaz ki, əgər Yehovanın bizi bağışlamasını istəyiriksə, gərək biz də başqalarını bağışlayaq (Matta 6:9, 12, 14, 15). Həqiqətə müvafiq yaşayaraq, biz başqalarına qarşı məhəbbət təzahür etdirməliyik (1 Yəhya 1:6, 7; 3:14-16; 4:20, 21). Bu səbəbdən, əgər yığıncaqda kiminləsə aranızda problem yaranırsa, heç vaxt kin saxlamayın. Məhəbbəti geyinmiş insan problemi həll etməyə çalışacaq və əgər kiminsə xətrinə dəyibsə, üzr istəməyi ləngitməyəcək (Matta 5:23, 24; 18:15-17).

14 Bizim ruhani geyimimiz məhəbbətlə bağlı digər xüsusiyyətləri də özünə daxil etməlidir. Pavel yazırdı: «Şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin». Məhəbbətlə eyni səviyyədə olan bu xüsusiyyətlər, Allaha məqbul olan «yeni» insana xasdır (Koloslulara 3:10, 12). «Yeni» mənliyi geyinmək üçün sə’y göstərəcəksinizmi? Əgər sizin ruhani geyiminiz qardaşlara məhəbbətdən ibarət olarsa, Məsihin öz davamçıları haqqında dediyi fərqləndirici əlamətə sahib olacaqsınız: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35).

SIĞINACAQ

15 Yığıncaq həmçinin insanın özünü təhlükəsiz hiss edə biləcəyi bir sığınacaqdır. Siz yığıncaqda həmişə Allahın iradəsinə müvafiq davranmağa çalışan səmimi insanları tapacaqsınız. Onların çoxu, bəlkə də hələ sizin qarşıda mübarizə aparmalı olduğunuz pis davranış və adətlərdən yaxa qurtarıblar (Titusa 3:3). Bu insanlar sizə kömək göstərə bilərlər, çünki bizə «bir-birinizin yüklərini daşıyın» deyilmişdir (Qalatiyalılara 6:2). Təbii ki, sizin əvəzinizə heç kim əbədi həyata aparan yol ilə getməyəcəkdir (Qalatiyalılara 6:5; Filipililərə 2:12). Lakin Yehova, həmişə bizim kömək və dayaq əldə edə biləcəyimiz gözəl bir quruluşu — məsihçi yığıncağını nəzərdə tutub. Nə dərəcə mürəkkəb problemlərlə qarşılaşsanız da, siz, məhəbbət hökm sürən və bədbəxt hadisələr və sıxıntılar zamanı sizi dəstəkləyəcək qiymətli təsəlli mənbəyi olan yığıncağa maliksiniz. (Luka 10:29-37; Həvarilərin işləri 20:35 ayəsi ilə müqayisə edin.)

16 Sizə köməyə gələnlərin arasında — «insanlar timsalında hədiyyələr» (YD), yə’ni «sürünü» könüllü şəkildə və sə’ylə otaran tə’yin edilmiş ağsaqqallar və nəzarətçilər var (Efeslilərə 4:8, 11, 12; Həvarilərin işləri 20:28; 1 Peter 5:2, 3). Onlar haqqında peyğəmbər İşaya yazmışdır: «İnsan yeldən saxlanacaq bir yer kimi və tufana qarşı örtülü bir yer kimi, quraq yerdə axar sular kimi, yorucu diyarda böyük qaya kölgəsi kimi olacaq» (İşaya 32:2).

17 Təəssüflər olsun ki, İsa yer üzündə olanda dini rəhbərlər bu cür məhəbbətli nəzarəti tə’min etmirdilər. Xalqın vəziyyəti İsanı dərindən narahat edirdi və o, insanlara ilk növbədə ruhani cəhətdən kömək etməyi çox istəyirdi. İsanın insanlara yazığı gəlirdi, çünki onlar «çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər» (Matta 9:36). Bu sözlər, bizim günlərdə də müxtəlif problemlər üzündən əzab çəkən və ruhani kömək və dayaq üçün müraciət etməyə heç bir yerləri olmayan çox insanların acınacaqlı vəziyyətini necə də dəqiq təsvir edir! Lakin Yehovanın xalqının bu cür ruhani dayağı var, çünki Allah və’d etmişdir: «Üzərlərinə onları güdəcək çobanlar qoyacağam; və artıq qorxmayacaqlar və əsməcəyə düşməyəcəklər və əskilməyəcəklər» (Yeremya 23:4).

18 Yığıncağınızın ağsaqqalları ilə tanış olun. Onların Allah haqqındakı biliyi həyatda necə tətbiq etməyə dair təcrübələri çoxdur, çünki onlar nəzarətçilər üçün olan Müqəddəs Kitab tələblərinə müvafiqdirlər (1 Timoteyə 3:1-7; Titusa 1:5-9). Əgər Allahın tələblərinə zidd gedən adət və xüsusiyyətlərdən yaxa qurtarmaq üçün sizə ruhani kömək lazımdırsa, ağsaqqallara müraciət etməyə utanmayın. Siz görəcəksiniz ki, ağsaqqallar Pavelin məsləhətinə riayət edirlər: «Cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun» (1 Saloniklilərə 2:7, 8; 5:14).

YEHOVANIN XALQI ARASINDAKI TƏHLÜKƏSİZLİKDƏN HƏZZ ALIN

19 Qeyri-mükəmməl şəraitlərdə yaşamağımıza baxmayaraq, Yehova bizə ruhani qida, paltar və sığınacaq bəxş edir. Əlbəttə ki, Cənnətin xeyir-dualarını dadmaq üçün, Allahın və’d etdiyi yeni dünyanı gözləməliyik. Lakin Yehovanın təşkilatına məxsus olan insanlar ruhani cənnətin təhlükəsizliyindən artıq indidən həzz alırlar. Bu cür insanlar barəsində Hezekiel peyğəmbərlik etmişdir: «Təhlükəsiz yaşayacaqlar və onları qorxudan olmayacaq» (Hezekiel 34:28; Məzmur 4:8).

20 Kəlamı və təşkilatı vasitəsilə məhəbbətlə bu qədər ruhani bəxşişlər təqdim etdiyi üçün, biz Yehovaya necə də minnətdar ola bilərik! Allahın xalqına qoşulun. Dostlarınızın və qohumlarınızın nə düşünəcəklərindən qorxaraq, Yehovanı daha yaxşı tanımaq sə’yinizdə onların sizə mane olmalarına yol verməyin. Sizi Yehovanın Şahidləri ilə ünsiyyət etməyinizə və Padşahlıq Zalındakı yığıncaq görüşlərinə getməyinizə görə mühakimə edə bilərlər. Lakin Allah Ona ibadət yolunda qurban verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə ödəyəcəkdir (Malaki 3:10). Bundan əlavə, İsa demişdir: «Elə bir adam yoxdur ki, Mənim adım və Müjdə naminə evini, qardaşlarını, bacılarını, anasını, atasını, arvadını, uşaqlarını və yaxud torpaqlarını atmış olsun, və indi, bu zamanda, əziyyətlərlə bərabər, yüz qat artıq evlər, qardaşlar, bacılar, atalar və analar, uşaqlar və torpaqlar, gələcək dövrdə də əbədi həyat almasın» (Mark 10:29, 30). Bəli, nəyi itirsəniz də, nəyə tab gətirmiş olsanız da, siz Allahın xalqı arasında gözəl qardaşlığa və ruhani sığınacağa malik olacaqsınız.

BİLİYİNİZİ YOXLAYIN

• «Sadiq və ağıllı qul» kimdir?

• Yehova hansı quruluşun vasitəsilə bizi ruhən qidalandırır?

• Məsihçi yığıncağına mənsub olanlar bizə necə kömək göstərirlər?

[Öyrənilmə üçün olan suallar]

1, 2. Nəyə görə bəşəriyyətin vəziyyəti qasırğaya mə’ruz qalan insanların vəziyyətinə bənzəyir?

3. Yehova insanlara ruhani qidanı necə təqdim edir və bunu hansı nümunələrdən görmək olar?

4. Bizim günlərdə «sadiq və ağıllı qul» kimdir və biz Allahdan ruhani qidanı necə alırıq?

5. Bu gün dünyanın ruhani vəziyyəti necədir və Yehova nə tədbir görür?

6. Yehova keçmişdə Öz xalqını ruhani qida ilə necə tə’min edirdi?

7. Məsihçi görüşlərində müntəzəm olaraq iştirak etmək bilik və imanla necə bağlıdır?

8. Biz nəyə görə Yehovanın Şahidlərinin yığıncaq görüşlərində iştirak etməyə təşviq olunuruq?

9. Yehova məhəbbətə dair hansı nümunəni vermişdir?

10. ‘Qardaşlıqla’ ünsiyyət etməyin faydası nədədir?

11. Yehovanın xalqının olduqca müxtəlif insanlardan ibarət olması nəyə görə sizin üçün maneə olmalı deyil?

12, 13. a) Əgər yığıncaqda kimsə sizin xətrinizə dəyibsə, nə etmək lazımdır? b) Kin saxlamamaq nəyə görə vacibdir?

14. Biz hansı xüsusiyyətləri geyinməliyik?

15. Nəyə görə yığıncağı sığınacaqla müqayisə etmək olar?

16. Yığıncağın ağsaqqalları bizə hansı köməyi təqdim edirlər?

17. a) İsa ilk növbədə hansı köməyi göstərmək istəyirdi? b) Allah Öz xalqına nəyi verməyi və’d etmişdir?

18. Əgər ruhani cəhətdən kömək lazımdırsa, nəyə görə ağsaqqallara müraciət etməliyik?

19. Yehova Onun təşkilatında sığınacaq axtaran insanlara hansı xeyir-duaları verir?

20. Yehova Ona ibadət naminə qurban verdiklərinizin əvəzini necə ödəyəcəkdir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş