Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/5 s. 3—5
  • Allahın Kəlamını oxumaqdan zövq alırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Kəlamını oxumaqdan zövq alırsanmı?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Məqsədlər və üsullar
  • Hədər getməyən vaxt
  • Allahın Kəlamından zövq al
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur
    Gözətçi qülləsi 2000
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas başlamaqdır
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/5 s. 3—5

Allahın Kəlamını oxumaqdan zövq alırsanmı?

«MÜQƏDDƏS KİTABI təzə-təzə oxumağa başlayanda bu, mənim üçün əsil işgəncə idi, çünki oxuduqlarımı başa düşmürdüm. Bir də görürdüm ki, fikrim başqa yerdədir», — deyə Loren xatırlayır.

Başqaları da etiraf edirlər ki, Müqəddəs Kitabı oxumağa başlayanda bu, onlar üçün maraqlı deyildi. Buna baxmayaraq, onlar təslim olmadılar, çünki dərk edirdilər ki, Allahın Kəlamını hər gün oxumaq düzgündür. Mark deyir: «Müqəddəs Kitabı oxuyanda və şəxsi öyrənmə ilə məşğul olanda insanın fikri asanlıqla yayına bilər. Allahın Kəlamını hər gün oxumaq məndə vərdiş halını alanadək çox çalışdım və bunun üçün çoxlu dua edirdim».

Allahın Kəlamı olan Müqəddəs Kitabı daha çox qiymətləndirməyi necə öyrənə bilərsən? Onu oxumaq maraqlı olsun deyə nə etmək olar? Növbəti məsləhətlərə diqqət yetir.

Məqsədlər və üsullar

Oxumazdan əvvəl dua et və fikrini topla. Yehovadan xahiş et ki, səndə Onun Kəlamını oxumağa güclü istək yaratsın və Onun müdrikliyini daha dərindən başa düşməyin üçün ürəyini və zehnini açsın (Məz. 119:34). Əks təqdirdə, tez bir zamanda Müqəddəs Kitabı səthi oxumağa başlayacaqsan, sonra isə həvəsin tamamilə sönəcək. Linn deyir: «Hərdən elə tez oxuyuram ki, maraqlı fikirləri nəzərdən qaçırıram. Çox vaxt isə əsas fikirləri tuta bilmirəm. Buna görə də Allaha dua edirəm ki, fikrim yayınmasın. O da mənə kömək edir».

Öyrəndiklərini qiymətləndir. Unutma ki, Müqəddəs Kitab həqiqətlərini başa düşüb onları tətbiq etməkdən sənin həyatın asılıdır. Buna görə də praktiki fikirlər tapıb onları tətbiq etmək üçün məqsədyönlü şəkildə səy göstər. Kris deyir: «Müqəddəs Kitabı oxuyanda səhv baxışlarımı və niyyətlərimi müəyyən etməyə kömək edən fikirlər axtarıram. Müqəddəs Kitabı və nəşrlərimizi yazanlar şəxsən mənimlə tanış olmasalar da, oradakı məlumatların mənə aid olduğunu görmək necə də xoşdur!»

Qarşına əlçatan məqsədlər qoy. Müqəddəs Kitab personajları barədə yeni şeylər öyrənməyə çalış. Onlar barədə maraqlı təfsilatlar tapmaq üçün «Gözətçi Qülləsi»nin tematik indeksinə müraciət et. Müqəddəs Kitabda bəhs olunan kişi və qadınları daha yaxşı tanıdıqca, bu insanların keçirdikləri hisslər barədə öyrəndikcə onlar sənin üçün daha real olacaq.

Müqəddəs Kitab əsasında mülahizə yürütməyin yeni üsullarını axtar (Həv. iş. 17:2, 3). Sofiya adlı bir bacı Müqəddəs Yazıları oxuyarkən belə edir. O deyir: «Xidmətdə və başqa vaxtlarda Müqəddəs Kitab həqiqətlərini daha aydın çatdırmaq üçün mülahizə yürütməyin yeni üsullarını tapmağa çalışıram. “Gözətçi Qülləsi” jurnalında fikirlərin izah olunma tərzindən çox şey öyrənmək olar» (2 Tim. 2:15).

Oxuduqlarını xəyalında canlandır. İbranilərə 4:12 ayəsində Allahın sözünün «canlı» olduğu deyilir. Müqəddəs Kitabı oxuyanda hadisələri təsəvvür et. Bunun üçün Müqəddəs Kitab personajlarının gördüklərini görməyə, eşitdikləri səsləri və keçirdikləri hissləri təsəvvür etməyə çalış. Özündən soruş: «Mənim vəziyyətimlə onların vəziyyəti arasında hansı oxşarlıqlar var?» Çətinlikləri necə dəf etdiklərindən özün üçün dərs götür. Belə etsən, oxuduqlarını daha yaxşı başa düşəcəksən və onları yadda saxlamaq sənin üçün çətin olmayacaq.

Çətin ayələri başa düşmək üçün kifayət qədər vaxt ayırıb onları araşdır. Müqəddəs Kitabı oxuyarkən əlavə tədqiqat aparmağı tələb edən maraqlı sualların yarana bilər. Tanış olmayan sözlərin mənasını araşdır, haşiyələrə bax. Oxuduqlarını daha yaxşı başa düşdükcə və onları tətbiq etdikcə Müqəddəs Kitab sənin üçün daha maraqlı olacaq. Onda sən də, məzmurçu kimi, növbəti sözləri deyə biləcəksən: «Əbədilik Sənin [Yehovanın] göstərişlərinə malikəm, çünki onlar qəlbimə sevinc verir» (Məz. 119:111).

Oxuyanda tələsmə. Şəxsi öyrənmə üçün nə qədər vaxt ayırdığına fikir ver. Tarazlı ol ki, bu, yığıncaq görüşlərinə hazırlaşmaq üçün daha az vaxt sərf etməyinə səbəb olmasın. Rakel adlı bir bacı deyir: «Çox vaxt elə gərgin oluram ki, fikrimi toplaya bilmirəm. Buna görə də hər dəfə az-az məşğul oluram. Onda şəxsi öyrənmə mənə daha çox fayda gətirir». Kris etiraf edir: «Mən gərgin olanda vicdanım məni narahat edir, çünki oxuduqlarım yadımda qalmır və çox vaxt ürəyimə təsir etmir». Buna görə də tələsmə.

Allahın sözünə qarşı iştaha oyat. Həvari Peter yazıb: «Anadan təzəcə doğulmuş çağa kimi Allahın sözündəki saf südə qarşı iştaha oyadın ki, onun vasitəsilə böyüyüb xilasa yetişəsiniz» (1 Pet. 2:2). Körpələrə ana südünə qarşı iştaha inkişaf etdirməyə ehtiyac yoxdur, çünki bu istək onlarda təbiidir. Amma Müqəddəs Kitabda açıq deyilir ki, bizim Allahın sözünə qarşı iştaha inkişaf etdirməyə ehtiyacımız var. Əgər Müqəddəs Kitabdan gündə yalnız bir səhifə oxusan, tezliklə səndə də belə iştaha yaranacaq. İlk baxışdan çətin görünən iş tezliklə sənə zövq verəcək.

Oxuduqlarının üzərində düşün. Bunun da faydası az deyil. Bu, sənə araşdırdığın mövzuları bir-birilə əlaqələndirməyə kömək edəcək. Tezliklə sən, sanki, bir ipə düzülmüş çox qiymətli ruhani hikmət mirvariləri əldə edəcəksən (Məz. 19:14; Sül. məs. 3:3).

Hədər getməyən vaxt

Şəxsi öyrənməni səmərəli və müntəzəm keçirmək üçün səy tələb olsa da, bunun xeyir-duası böyükdür. Bunun sayəsində Müqəddəs Kitabı daha yaxşı başa düşəcəksən (İbr. 5:12—14). Allahın Kəlamından əldə etdiyin dərrakə və hikmət sənə xoşbəxtlik, məmnunluq və qəlb rahatlığı gətirəcək. Orada qələmə alınan müdrik kəlmələr onları qavrayan və tətbiq edən insanlar üçün «həyat ağacıdır» (Sül. məs. 3:13—18).

Allahın Kəlamını dərindən araşdırmaqla dərrakə qazanacaqsan (Sül. məs. 15:14). Bunun sayəsində verdiyin məsləhətlər ürəkdən gələcək və tamamilə Müqəddəs Kitaba əsaslanacaq. Əgər qərar qəbul edəndə Müqəddəs Yazılardan, eləcə də «sadiq və ağıllı nökər»in nəşrlərindən oxuduqlarını əldə rəhbər tutsan, Yehovanın Kəlamının verdiyi əmin-amanlığı və qəlb rahatlığını duyacaq, nikbin və ruhani baxışlı insan olacaqsan (Mat. 24:45). Daha bir xeyir-dua isə odur ki, Yehova ilə münasibətlərinə aid olan hər şeydə uğur qazanacaqsan (Məz. 1:2, 3).

Allaha məhəbbətdən dolub-daşan ürəyin səni imanını başqaları ilə bölüşməyə təşviq edəcək. Bunun mükafatı, həqiqətən də, böyükdür. İnsanların diqqətini xoş xəbərə cəlb etmək, o cümlədən xidmətinin səmərəli və sevindirici olması üçün Sofiya qarşısına müxtəlif ayələri yadda saxlayıb onlardan istifadə etmək məqsədini qoyub. O deyir: «İnsanların Müqəddəs Kitab ayələrinə necə münasibət göstərdiklərini görmək fərəhləndiricidir».

Allahın Kəlamını həvəslə oxumağın ən böyük xeyir-duası isə Yehova ilə sıx münasibətdir. Müqəddəs Kitabı tədqiq etməyin sayəsində Allahın qayda-qanunları ilə yaxından tanış olacaqsan, üstəlik, Onun məhəbbət, səxavətlilik və ədalət kimi gözəl xüsusiyyətlərini qiymətləndirməyi öyrənəcəksən. Bundan daha vacib və daha dəyərli nə ola bilər?! Buna görə də Allahın Kəlamını dərindən araşdır. Buna sərf etdiyin vaxt hədər getməyəcək (Məz. 19:7—11).

[5-ci səhifədəki çərçivə/şəkil]

MƏQSƏDLƏR VƏ ÜSULLAR

▪ Oxumazdan əvvəl dua et və fikrini topla.

▪ Öyrəndiklərini qiymətləndir.

▪ Qarşına əlçatan məqsədlər qoy.

▪ Müqəddəs Kitab əsasında mülahizə yürütməyin yeni üsullarını axtar.

▪ Oxuduqlarını xəyalında canlandır.

▪ Çətin ayələri başa düşmək üçün kifayət qədər vaxt ayırıb onları araşdır.

▪ Oxuyanda tələsmə.

▪ Allahın sözünə qarşı iştaha oyat.

▪ Oxuduqlarının üzərində düşün.

[4-cü səhifədəki şəkil]

Müqəddəs Kitabı oxuyarkən özünü personajların qarşılaşdığı vəziyyətdə təsəvvür etməyə çalış

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş