Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 8 s. 76—85
  • Allahın Padşahlığı nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı nədir?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHIN PADŞAHLIĞI NƏDİR?
  • ALLAHIN PADŞAHLIĞI NƏLƏRİ HƏYATA KEÇİRƏCƏK?
  • PADŞAHLIQ ALLAHIN İRADƏSİNİ YER ÜZÜNDƏ NƏ VAXT YERİNƏ YETİRƏCƏK?
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
  • Allahın Padşahlığı nədir?
    Allah bizdən nə tələb edir?
  • Allahın Padşahlığı hökmranlıq edir
    Əbədi həyata aparan bilik
  • Allahın Padşahlığı
    İlahi müjdə
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 8 s. 76—85

Fəsil 8

Allahın Padşahlığı nədir?

  • Müqəddəs Kitabda Allahın Padşahlığı haqqında nə deyilir?

  • Allahın Padşahlığı nələri həyata keçirəcək?

  • Padşahlıq Allahın iradəsini yer üzündə nə vaxt yerinə yetirəcək?

1. Hansı məşhur duanı müzakirə edəcəyik?

«RƏBBİN DUASI» adlanan bir dua, bütün dünyada mil­yonlarla insanlara tanışdır. İsa Məsih onu bir nümunə kimi vermişdir. Bu dua dərin mə’nalıdır və orada deyilən ilk üç xahiş Müqəddəs Kitabın əslində nə öyrətdiyini bilməyinizə kömək edəcək.

2. İsa öz nümunəvi duasına hansı üç xahişi daxil etmişdir?

2 Nümunəvi duanın əvvəlində İsa demişdir: «Siz belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin [Padşahlığın] gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun”» (Matta 6:9-13). Bu üç xahişin mahiyyəti nədən ibarətdir?

3. Allahın Padşahlığı haqqında nəyi bilməliyik?

3 Biz artıq Allahın adı haqqında xeyli biliyə yiyələnmişik. Həmçinin Onun iradəsinin nədən ibarət olduğunu, insanlar üçün nələr etdiyini və gələcəkdə nələr etmək niyyətində olduğunu müzakirə etmişik. Bəs İsa: «Padşahlığın gəlsin» — deyə dua etməyi öyrədəndə nəyi nəzərdə tuturdu? Allahın Padşahlığı nədir? O, Allahın adını necə müqəddəs tutacaq? Padşahlıq Allahın iradəsinin həyata keçməsi ilə necə əlaqəlidir?

ALLAHIN PADŞAHLIĞI NƏDİR?

4. Allahın Padşahlığı nədir və onun Padşahı kimdir?

4 Allahın Padşahlığı Yehova tərəfindən qurulmuş hökumətdir. Bəs Allah bu Padşahlığa kimi Padşah tə’yin edib? İsa Məsihi. İsa ilə heç kim müqayisə oluna bilməz. O, «padşahların Padşahı və rəbblərin Rəbbi»dir (1 Timoteyə 6:15, İ–93). İsa bütün insan rəhbərlərinin, hətta ən yaxşılarının belə, edə biləcəyindən daha çox xeyirxah işlər görməyə qadirdir.

5. Allahın Padşahlığı harada yerləşir və haranı idarə edəcək?

5 Allahın Padşahlığı harada yerləşir? Bəs İsa indi haradadır? Yəqin ki, siz onun işgəncə dirəyində öldürüldükdən sonra dirildildiyini və göyə qaldırıldığını xatırlayırsınız (Həvarilərin işləri 2:33). Deməli, Allahın Padşahlığı da göydə yerləşir. Məhz buna görə də, Müqəddəs Kitab onu ‘Səmavi Padşahlıq’ adlandırır (2 Timoteyə 4:18, İ–93). Allahın Padşahlığı göydə olsa da, yeri idarə edəcək (Vəhy 11:15).

6, 7. Nəyə görə İsa ən yaxşı Padşahdır?

6 Nəyə görə İsa ən yaxşı Padşahdır? Çünki ölümün onun üzərində heç bir hökmü yoxdur. Müqəddəs Kitabda deyilir ki, insan rəhbərlərindən fərqli olaraq, İsa «ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan» şəxsdir (1 Timoteyə 6:16, İ–93). Bu isə o deməkdir ki, İsanın edəcəyi bütün xeyirxah işlər əbədi olaraq qalacaq. O, gələcəkdə daha böyük işlər görəcək.

7 Müqəddəs Kitabda İsa haqqında yazılan peyğəmbərlik sözlərinə diqqət yetirin: «Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq» (Yeşaya 11:2-4). Bu sözlər göstərir ki, İsa ədalətli və şəfqətli Padşah olacaq. Siz onun rəhbərliyi altında yaşamaq istəməzdinizmi?

8. İsa ilə birlikdə kimlər idarə edəcək?

8 Ancaq İsa tək idarə etməyəcək. Onun hakimiyyət şərikləri var. Həvari Pavel Timoteyə belə yazmışdır: «Əgər təhəmmül ediriksə, Onunla da səltənət [padşahlıq] edəcəyik» (2 Timoteyə 2:12). Pavel, Timotey və Allahın seçdiyi başqa sadiq insanlar səmavi Padşahlıqda İsa ilə birlikdə idarə edəcəklər. Bu şərəfə nə qədər insan layiq görüləcək?

9. İsa Məsihin hakimiyyət şəriklərinin sayı nə qədərdir və Allah onları nə vaxtdan seçməyə başlamışdır?

9 Bu kitabın 7-ci fəslində xatırlandığı kimi, həvari Yəhya peyğəmbərlik görüntüsünü təsvir etmişdir: «Baxıb gördüm ki, Quzu [İsa Məsih], Sion dağında [onun göydəki padşah mövqeyi] durub, yanında da alınlarında Onun və Atasının adı yazılmış yüz qırx dörd min adam durubdur». Bu 144 000-ə kimlər daxildir? Yəhya izah edir: «Bunlar Quzu hara gedərsə, ardınca gedənlərdir. Bunlar Allaha və Quzuya aid olacaqların ilki olmaq üçün insanlar arasından satın alındılar» (Vəhy 14:1, 4). Göründüyü kimi, onlar İsa Məsihin, onunla birlikdə göydə idarə etmək üçün seçilmiş sadiq davamçılarıdır. Göylər həyatına dirildilərək, onlar İsa ilə birlikdə «dünya üzərində» padşahlıq edəcəklər (Vəhy 5:10). Allah 144 000-nin tamamlanması üçün, sadiq məsihçiləri həvarilərin dövründən seçməyə başlamışdır.

10. İnsanları İsanın və 144 000 hakimiyyət şərikinin idarə edəcəkləri Allahın məhəbbətini necə göstərir?

10 Gələcəkdə insanları İsa Məsihin və onun 144 000 hakimiyyət şərikinin idarə edəcəyi Allahın məhəbbətini göstərir. Çünki İsa insan olmağın və ağrı-acının nə demək olduğunu yaxşı bilir. Pavel demişdir ki, İsa elə bir rəhbər deyil ki, «zəifliklərimizdə bizə acıya bilməsin; əksinə, bizim kimi imtahan edilmiş, günahdan xaric, hər şeydə bizə bənzəyən» bir rəhbərdir (İbranilərə 4:15; 5:8). Onun həmkarları da yer üzündə yaşayarkən iztirab çəkmiş və çoxlu sınaqlara tab gətirmişlər. Onlar qeyri-kamilliklə və müxtəlif xəstəliklərlə mübarizə aparmalı olmuşlar. Buna görə də, biz əmin ola bilərik ki, onlar insanların qarşılaşdıqları çətinliklərə anlayışla yanaşacaqlar.

ALLAHIN PADŞAHLIĞI NƏLƏRİ HƏYATA KEÇİRƏCƏK?

11. Nəyə görə İsa şagirdlərini Allahın iradəsinin göydə yerinə yetməsi üçün dua etməyə təşviq etdi?

11 İsa nümunəvi duada Padşahlığın gəlməsi haqqında dedikdən sonra şagirdlərini təşviq etdi ki, Allahın iradəsinin «göydə olduğu kimi, yerdə də» olması üçün dua etsinlər. Allahın məskəni olan göylərdə sadiq mələklər hər zaman Onun iradəsini yerinə yetirmişlər. Lakin 3-cü fəsildən öyrəndiyimiz kimi, bir pis mələk Allaha itaətsizlik göstərdi və Adəmlə Həvvanı günaha təhrik etdi. Müqəddəs Kitabda bu pis mələk olan Şeytan İblis haqqında nə deyildiyini 10-cu fəsildə ətraflı müzakirə edəcəyik. Allah Şeytanın və onun ardınca gedən ruhani varlıqlar olan cinlərin müəyyən vaxta qədər göydə qalmalarına izin verdi. Buna görə də, həmin vaxt ərzində göydəki ruhani varlıqların hamısı Allahın iradəsini yerinə yetirmirdilər. Ancaq Padşahlıq idarə etməyə başlayanda hər şey dəyişməli idi. Taxta yeni oturan Padşah İsa Məsih Şeytan ilə vuruşmalı idi (Vəhy 12:7-9).

12. Vəhy 12:10 ayəsində hansı iki vacib hadisədən danışılır?

12 Müqəddəs Kitabda bu haqda belə peyğəmbərlik edilir: «Mən göydə bu sözləri deyən yüksək səs eşitdim: “İndi Allahımızın xilası, qüdrəti, səltənəti [padşahlığı] və Onun Məsihinin hakimiyyəti gəldi. Çünki qardaşlarımızın ittihamçısı [Şeytan], onları Allahımızın önündə gecə və gündüz ittiham edən devrildi”» (Vəhy 12:10). Bu ayədə iki vacib hadisədən danışıldığına diqqət yetirdinizmi? Birincisi, İsa Məsihin başçılığı altında Allahın Padşahlığı idarə etməyə başlayır. İkincisi, Şeytan göydən yerə atılır.

13. Şeytanın göydən atılmasının nəticəsi nə oldu?

13 Bu iki hadisə nə ilə nəticələndi? Müqəddəs Kitabda deyilir: «Buna görə, ey göylər və oralarda yaşayanlar, sevinin!» (Vəhy 12:12). Bəli, saleh mələklər sevinirlər, çünki Şeytan və onun cinləri atıldıqdan sonra, göydə yalnız Yehova Allahın sadiq xidmətçiləri qaldı. Orada sülh və birlik hökm sürür. İndi göydə Allahın iradəsi həqiqətən də yerinə yetir.

Müharibənin, cinayətin və kədərin təsviri

Şeytan və onun cinlərinin göydən atılması yer üzünə fəlakət gətirdi. Ancaq tezliklə iztirablara son qoyulacaq

14. Şeytan göydən atıldıqdan sonra yer üzündə nə baş verdi?

14 Bəs yer üzündə nə baş verdi? Müqəddəs Kitabda deyilir: «Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:12). Şeytan göydən yerə atıldığı və vaxtının az qaldığı üçün qəzəb içindədir. Onun qəzəbi insanlara fəlakət gətirir. Növbəti fəsildən bu haqda daha çox öyrənəcəyik. Ancaq sual yaranır: Padşahlıq Allahın iradəsini yer üzündə necə yerinə yetirəcək?

15. Allahın yer üçün iradəsi nədən ibarətdir?

15 Allahın yer üçün iradəsinin nədən ibarət olduğunu xatırlayaq. Bu haqda 3-cü fəsildən öyrənmişdik. Allah Eden bağında aydın şəkildə göstərdi ki, O, yer üzünün Cənnət olmasını və orada saleh insanların əbədi yaşamasını istəyir. Şeytan Adəmlə Həvvanı günaha təhrik etdi və bu, Allahın yer üzü ilə əlaqədar iradəsinin həyata keçməsini bir qədər gecikdirdi. Lakin Allahın niyyəti dəyişmədi. Yehovanın «salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» — deyə verdiyi və’d hələ də qüvvədədir (Məzmur 37:29). Bu niyyəti Allahın Padşahlığı həyata keçirəcək. Necə?

16, 17. Daniel 2:44 ayəsindən Allahın Padşahlığı haqqında nə öyrənirik?

16 Gəlin Daniel 2:44 ayəsindəki peyğəmbərliyi nəzərdən keçirək. Orada deyilir: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq». Biz bu ayədən Allahın Padşahlığı haqqında nə öyrənirik?

17 Birincisi, orada deyilir ki, Padşahlıq «o padşahların dövründə», yə’ni başqa padşahlıqların hələ mövcud olduğu bir vaxtda qurulacaq. İkincisi, Padşahlığın əbədi duracağını öyrənirik. Heç bir hökumət onu məğlub edib, yerinə keçə bilməyəcək. Üçüncüsü, peyğəmbərlikdə deyilir ki, Allahın Padşahlığı ilə bu dünyanın padşahlıqları arasında müharibə olacaq. Ancaq Allahın Padşahlığı qalib gələcək. O zaman bütün yer üzünü ən yaxşı və ən ədalətli bir hökumət idarə edəcək.

18. Allahın Padşahlığı ilə bu dünyanın hökumətləri arasındakı həlledici müharibə necə adlanır?

18 Müqəddəs Kitabda Allahın Padşahlığı ilə bu dünyanın hökumətləri arasında baş verəcək həlledici müharibə ətraflı şəkildə təsvir edilir. Məsələn, orada deyilir ki, son yaxınlaşdıqca pis ruhi varlıqlar ‘dünyanın bütün hökmdarlarını’ aldatmaq üçün yalanlar yaymağa başlayacaqlar. Onlar bunu hansı məqsədlə edəcəklər? ‘Onları [padşahları] Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibəyə toplamaq’ üçün. Dünyanın padşahları «ibranicə Har-Megidon adlanan yerə» toplaşacaqlar (Vəhy 16:14, 16). Bu iki ayədən göründüyü kimi, insan hökumətləri ilə Allahın Padşahlığı arasındakı həlledici müharibə Har-Megidon adlanır.

19, 20. Nəyə görə indi Allahın iradəsi yer üzündə yerinə yetmir?

19 Allahın Padşahlığının Har-Megidondakı qələbəsi nə gətirəcək? Gəlin Allahın yer üçün iradəsinin nədən ibarət olduğunu bir daha yadımıza salaq. Yehova Allah istəyir ki, yerüzü Cənnətdə Ona xidmət etməkdən xoşbəxtlik duyan saleh və kamil insanlar sakin olsun. Bu, nəyə görə indi mümkün deyil? Səbəblərdən biri odur ki, insanlar günahlıdırlar, onlar xəstələnir və ölürlər. Ancaq 5-ci fəsildən öyrəndiyimiz kimi, İsanın bizim uğrumuzda ölməsi sayəsində əbədi yaşamaq imkanımız yarandı. Yəqin ki, «Yəhyanın Müjdəsi»ndəki sözlər yadınızdadır: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16).

20 Digər səbəb, insanların çoxunun pislik törətməsidir. Onlar yalan, fırıldaqçılıq və əxlaqsızlıq içində batıblar, Allahın iradəsini yerinə yetirmək istəmirlər. Lakin Allahın Har-Megidon müharibəsində pis insanlar məhv ediləcək (Məzmur 37:10). Başqa bir səbəb isə ondan ibarətdir ki, bu dünyanın hökumətləri öz vətəndaşlarını Allahın iradəsini yerinə yetirməyə təşviq etmirlər. Hökumətlərin bir çoxu tutarsızdır, onlarda zülmkarlıq və qanunsuzluq baş alıb gedir. Müqəddəs Kitabda çox dəqiq deyilmişdir: «Bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9).

21. Padşahlıq Allahın iradəsini yer üzündə necə həyata keçirəcək?

21 Har-Megidondan sonra bütün yer üzündə yalnız bir hökumət — Allahın Padşahlığı olacaq. Bu Padşahlıq Allahın iradəsini həyata keçirəcək və insanlara çoxlu xeyir-dualar gətirəcək. Şeytanın və cinlərin tə’siri bir daha olmayacaq (Vəhy 20:1-3). İsanın fidiyə qurbanlığının tə’siri sayəsində insanlar artıq xəstələnməyəcək və ölməyəcəklər. Onlar Padşahlığın rəhbərliyi altında əbədi yaşaya biləcəklər (Vəhy 22:1-3). Bütün yer üzü Cənnət olacaq. Padşahlıq Allahın iradəsini yer üzündə həyata keçirəcək. O, həmçinin Allahın adını müqəddəs tutacaq. Bu o deməkdir ki, bütün insanlar Yehovanın adını izzətləndirəcək.

PADŞAHLIQ ALLAHIN İRADƏSİNİ YER ÜZÜNDƏ NƏ VAXT YERİNƏ YETİRƏCƏK?

22. Haradan bilirik ki, Allahın Padşahlığı, İsa yer üzündə olan zaman və ya dirildikdən dərhal sonra idarə etməyə başlamadı?

22 İsa yer üzündə olanda Padşahlıq idarə etməyə başlamamışdı. Çünki İsa öz davamçılarına: «Padşahlığın gəlsin» — deyə dua etməyi öyrədirdi. Bəs İsa göyə qalxanda Padşahlıq idarə etməyə başladımı? Xeyr, çünki həm Peter, həm də Pavel deyirdi ki, İsanın dirilməsindən sonra Məzmur 110:1 ayəsindəki peyğəmbərlik onun üzərində yerinə yetdi. Bu peyğəmbərlikdə deyilir: «Rəbb mənim Ağama dedi: “Düşmənlərini ayaqlarının altına salanadək sağımda otur”» (Həvarilərin işləri 2:32-35; İbranilərə 10:12, 13). Gördüyümüz kimi, müəyyən vaxt keçməli idi.

Padşahlığın rəhbərliyi altında Allahın iradəsi göydə olduğu kimi, yerdə də yerinə yetəcək

23. a) Allahın Padşahlığı nə zaman idarə etməyə başladı? b) Növbəti fəsildə söhbət nədən gedəcək?

23 Nə qədər gözləmək lazım idi? XIX əsrin sonlarında Müqəddəs Kitabın diqqətli tədqiqatçıları gözləmə vaxtının 1914-cü ildə başa çatacağını hesabladılar. (Bu tarixlə əlaqədar ətraflı mə’lumatı «Əlavələr» bölməsində, 215-218-ci səhifələrdə tapmaq olar.) 1914-cü ildən e’tibarən baş verən hadisələr bu hesablamaların dəqiqliyini sübut edir. Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi Məsihin 1914-cü ildə Padşah olduğunu və Allahın Padşahlığının məhz bu ildə idarə etməyə başladığını göstərir. Deməli, biz Şeytanın ‘vaxtının az olduğu’ bir dövrdə yaşayırıq (Vəhy 12:12; Məzmur 110:2). Əminliklə deyə bilərik ki, Padşahlığın yer üzündə Allahın iradəsini həyata keçirəcəyi vaxt çox yaxındır. Bu gözəl xəbər sizi sevindirirmi? Siz buna inanırsınızmı? Növbəti fəsil, tezliklə gözəl dəyişikliklər olacağına əmin olmanıza kömək edəcək.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Allahın Padşahlığı İsa Məsihin başçılığı altında olan səmavi hökumətdir; onunla birlikdə insanlardan seçilmiş 144 000 nəfər idarə edəcək (Vəhy 14:1, 4).

  • Padşahlıq 1914-cü ildə idarə etməyə başladı və Şeytan göydən yer üzünə atıldı (Vəhy 12:9).

  • Tezliklə Allahın Padşahlığı bu dünyanın hakimiyyətlərini məhv edəcək və yer üzü Cənnət olacaq (Vəhy 16:14, 16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş