NƏĞMƏ 126
Oyaq qalın, mərd olun, möhkəmlənin
Çap versiyası
	- 1. Sən oyaq, mətin, möhkəm ol, - Ürəkdən güvən Rəbbə. - Hey dözüm göstər və mərd ol, - Çün bizimdir qələbə. - Rəhbərlik edir bizə Məsih, - Çağırır amiranə səsi: - NƏQARƏT - Sən oyaq, mətin və möhkəm qal! - Qal sadiq sona kimi! 
- 2. Sən sərvaxt, ayıq-sayıq qal, - Daim ol itaətkar. - Məsihin əmrin tədbirlə - Çatdırır sadiq nökər. - Ağsaqqal səhih öyüd verir, - O, haqqın keşiyini çəkir. - NƏQARƏT - Sən oyaq, mətin və möhkəm qal! - Qal sadiq sona kimi! 
- 3. Vəz edək ayıq qalaraq, - Bir yumruq kimi olaq. - Düşmənlər qarşı çıxsa da, - Biz ruhdan heç düşməyək. - Ucalır Yehovaya səna, - Az qalıb o möhtəşəm günə. - NƏQARƏT - Sən oyaq, mətin və möhkəm qal! - Qal sadiq sona kimi! 
(Həmçinin baxın: Mət. 24:13; İbr. 13:7, 17; 1 But. 5:8.)