NƏĞMƏ 59
Həmd et Yaha!
Çap versiyası
1. Mədh et Yahı,
Yaradanı!
Mədh et gözəl nemətlər verəni.
Pak adına
Həmd söyləyək.
Gəl tükənməz sevgisin vəsf edək.
Gəl şəninə təriflər biz deyək.
2. Həmd et Yaha.
O lütf edir,
Duaları eşidib hay verir.
Hər zəifə
Odur dayaq,
Odur Qaya, gəl Ona sığınaq.
Küll-İxtiyar Allaha həmd edək.
3. Həmd et Yaha,
Haqq Allaha.
Əsil ümid O verir sabaha.
O, pisliyi
Yox edəcək,
O, bəşərə bərəkət verəcək.
Şövqlə, sevinclə Rəbbi mədh edək!
(Həmçinin baxın: Zəb. 94:18, 19; 145:21; 147:1; 150:2; Həv. 17:25.)