NƏĞMƏ 95
Həqiqət nuru parlayır
- 1. Məsih haqqında öyrənmək istəyən - Mömin insanlar çox olmuşdur. - Allah vəd etmişdi Məsih gələcək, - Bəşərçün tək o, qurtuluşdur. - Zaman yetişdi bax padşahdır Məsih, - Onun hüzuru başlamış. - Şərəfdir bilmək ilahi sirləri, - Mələklər də bunu istəmiş. - NƏQARƏT - Artıq yolumuz işıqlıdır, - Nurda yeriyirik bizlər. - Allah haqq yolun göstərərək - Açıb müqəddəs, pak sirlər. 
- 2. Verməkçün vaxtlı-vaxtında qidanı - Sadiq nökəri Rəbb seçmişdir. - Tədricən Onun saçdığı saf işıq - Zehnə, ürəyə yol tapmışdır. - Artır günbəgün nurumuz bu yolda, - Mətin yeriyirik bizlər. - Haqqın mənbəyidir Yehova Allah, - Dilimiz Xudaya həmd söylər. - NƏQARƏT - Artıq yolumuz işıqlıdır, - Nurda yeriyirik bizlər. - Allah haqq yolun göstərərək - Açıb müqəddəs, pak sirlər. 
(Həmçinin baxın: Rom. 8:22; 1 Kor. 2:10; 1 But. 1:12.)