NƏĞMƏ 14
Yerin yeni Padşahını ucaldın
Çap versiyası
	- 1. Rəbbə sarı bir xalq gəlir, - böyük bir izdihamdır. - Məsih seçibdir onları, - bu xalq hər millətdəndir. - Şahlıq taxtı artıq hazır, - Əzəl niyyət gerçəkləşir. - Allah bəşərə ümid verir, - Bu ənam nə şahanədir! - NƏQARƏT - Gəl Yehovaya həmdlər deyək sevinclə, - O, Məsihi şahənşah etdi. - Baş əyək şaha birlik içində, - Qalaq könüldən sadiq. 
- 2. Padşah oldu İsa Məsih, - təzim edək sayğıyla. - Rəbbin hökmün Sülh əmiri - icra edər ürəklə. - Bizi gözəl həyat gözlər; - Qorxu, fəğan, ağrı bitər, - Həyat alacaqlar ölənlər, - Könüllər dolar fərəhlə! - NƏQARƏT - Gəl Yehovaya həmdlər deyək sevinclə, - O, Məsihi şahənşah etdi. - Baş əyək şaha birlik içində, - Qalaq könüldən sadiq.