NƏĞMƏ 71
Biz Yehovanın ordusuyuq!
- 1. Biz yenilməz orduyuq, - Rəbdir başçımız. - Heç Şeytandan qorxmarıq, - Hamımız mübariz. - Sədaqətlə gəl gedək, - Yalnız irəli. - Biz cəsur igidik, - Çox şücaətli. - NƏQARƏT - Biz yenilməz orduyuq, - Ağamızla bir. - Qoy hər kəs bilsin ki, - Padşahlıq gəlir. 
- 2. Haqq-Allahın quluyuq, - Müjdəni yayaq. - Dərd əhlinə şəfqətlə - Təsəlli paylayaq. - Onları dəvət edək - Pak ibadətə. - Bir olub şükranla - Həmd edək Rəbbə. - NƏQARƏT - Biz yenilməz orduyuq, - Ağamızla bir. - Qoy hər kəs bilsin ki, - Padşahlıq gəlir. 
- 3. Biz yenilməz orduyuq, - Müntəzir əmrə. - Hamımız cəngavərtək - Tam hazır döyüşə. - Həmişə oyaq durub - Gəlin vəz edək. - Çox çətin olsa da, - Düz yolda qalaq. - NƏQARƏT - Biz yenilməz orduyuq, - Ağamızla bir. - Qoy hər kəs bilsin ki, - Padşahlıq gəlir. 
(Həmçinin baxın: Filip. 1:7; Flm. 2.)