Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/02 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Suallar Qutusu
    Müqəddəs ibadətimiz 2011
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Yığıncağın kitaböyrənməsi bizə necə kömək edir?
    Müqəddəs ibadətimiz 2007
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 11/02 s. 7

Suallar qutusu

◼ Yaşadığımız ərazidə olan yığıncağa getməyin hansı faydası var?

Yığıncaqda ruhlanırıq, orada bizi “məhəbbətə və xeyirli işlərə” təşviq edirlər (İbr. 10:24, 25). Yığıncaqda Müqəddəs Kitab bilikləri əldə edir və şagirdlər hazırlamaq tapşırığını icra etmək üçün təchiz edilirik (Mat. 28:19, 20). Görüşlər bizə, sınaqlara sədaqətlə tab gətirmək üçün güc verir, qayğıkeş ağsaqqallar isə artan çətinliklərin və problemlərin öhdəsindən gəlməkdə kömək edirlər. Aydındır ki, ruhani cəhətdən ölməyib sağ qalmaq üçün yığıncaqlarda iştirak etmək olduqca vacibdir. Lakin məhz yaşadığımız ərazidə olan yığıncağa getməyin hansısa faydası varmı?

Müxtəlif insanlar müxtəlif şəraitlərdə yaşayırlar və bizim hansı yığıncağa getmək istəyimiz işimizdən, nəqliyyatdan və imanımıza şərik olmayan həyat yoldaşımızın məsihçi görüşlərinə münasibətindən asılı ola bilər. Lakin təbliğçinin yaşadığı ərazidə olan yığıncağa getməsində istər ruhani, istərsə də başqa faydalar var. Məsələn, fövqəladə vəziyyətlərdə ağsaqqallar təbliğçilərin hamısı ilə yubanmadan əlaqə saxlaya bilərlər. “Bizim Padşahlıq Xidmətimiz”in 1991-ci il iyul (rus.), həmçinin 1976-cı ilin mart (ing.) və 1967-cı ilin yanvar (ing.) saylarında dərc olunan “Suallar qutusu”nda digər faydalar da aydınlaşdırılır.

Ümumiyyətlə, görüşlər evimizin yaxınlığında keçirildiyi üçün bu daha rahatdır. Həmçinin ünsiyyətdə olmaq və lazım olan işlərin qayğısına qalmaq üçün biz bu görüşlərə vaxtından əvvəl gələ bilər, başlanğıc mahnıda və duada iştirak edə bilərik. Həqiqətlə maraqlanan insanlar qonşuluğumuzda yaşayırsa maraqlarını dəstəkləmək, onlarla Müqəddəs Kitab öyrənməsi keçirmək və onlara daha rahat olan yığıncağa getməyə kömək etmək bizim üçün asan olur.

Biz əminik ki, ailə başçıları duada Allahdan rəhbərlik istəyərək bütün amilləri ölçüb-biçib, bu məsələ ilə əlaqədar ailələrinin ruhani və praktiki rifahı üçün ən yaxşı qərarı qəbul edəcəklər (1 Tim. 5:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş