NƏĞMƏ 33
Qayğı yükünü Yehovaya ver
Çap versiyası
(Zəbur 55)
1. Lütf göstər mənə, Yehova,
Qoy duam Sənə çatsın.
Dərd-sitəm sıxır məni hey,
Sən kömək et, Allahım.
NƏQARƏT
Dar gündə fikir eyləmə,
Bil, Yehovatək Allahın var.
Yol verməz ki, sarsılasan,
Hifz eylər, hayan olar.
2. Kaş uçaydım göyərçintək,
Çox sakit bir diyara.
Hifz olardım pislərdən mən,
Yem olmazdım onlara.
NƏQARƏT
Dar gündə fikir eyləmə,
Bil, Yehovatək Allahın var.
Yol verməz ki, sarsılasan,
Hifz eylər, hayan olar.
3. Ya Rəbb, tək pənah yerimsən,
Sülh verirsən qəlbimə.
Şükr olsun Sənə, Yehova,
Sən çarəsən dərdimə.
NƏQARƏT
Dar gündə fikir eyləmə,
Bil, Yehovatək Allahın var.
Yol verməz ki, sarsılasan,
Hifz eylər, hayan olar.
(Həmçinin baxın: Zəb. 22:5; 31:1—24.)