Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 1/10 s. 6
  • «Biz Məsihi tapmışıq»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Biz Məsihi tapmışıq»
  • Gözətçi qülləsi 2013
  • Oxşar material
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • Onlar Məsihin intizarında idilər
    Gözətçi qülləsi 2011
  • Məsih — Allahın xilas vasitəsi
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2013
w13 1/10 s. 6

ÜZ QABIĞINDA | ALLAHIN KƏLAMI NƏDƏN BƏHS EDİR?

«Biz Məsihi tapmışıq»

İbrani dilində qələmə alınan Müqəddəs Yazıların sonuncu kitabının yazılmasından təxminən dörd əsr sonra Mikeya peyğəmbərin Məsihin Betlehemdə doğulacağı ilə bağlı dediyi peyğəmbərlik yerinə yetdi. Təqribən 30 il sonra, bizim eranın 29-cu ilində Daniel peyğəmbərin Məsihin gəlişi ilə əlaqədar yazdığı peyğəmbərliyin birinci hissəsi yerinə yetdi. İsa vəftiz olundu və Allah onu müqəddəs ruh ilə məsh etdi. Elə həmin an uzun müddət gözlənilən «övlad», yəni Məsih peyda oldu!

İsa yubanmadan insanlara «Allahın padşahlığı haqqında xoş xəbəri» çatdırmağa başladı (Luka 8:1). Peyğəmbərlikdə deyildiyi kimi, o, insanlara qarşı qayğıkeş, nəzakətli idi və səmimi maraq göstərirdi. İsanın təlimlərində məhəbbət əks olunurdu. O, hər cür naxoşluğu sağaldaraq Allahın onunla olduğunu göstərirdi (Matta 4:23). Yaşından asılı olmayaraq, İsanın yanına gələn hər bir insan onun Məsih olduğuna əmin olurdu (Yəhya 1:41).

İsa bildirmişdi ki, Allahın Padşahlığı dünyanı idarə etməzdən qabaq yer üzündə müharibələr, zəlzələlər və bir çox başqa fəlakətlər olacaq. Məhz buna görə o, hamını ruhən oyaq qalmağa çağırırdı (Mark 13:37).

İsa Allaha itaət edən kamil bir insan idi, ancaq ona düşmən kəsilən insanlar axırda onun həyatına son qoydular. İsa Məsihin ölümü mükəmməl bir qurbanlıq idi, çünki o, Adəm və Həvvanın itirdiyi əbədi həyatı — Cənnətdə yaşamaq imkanını geri aldı.

İsanın ölümü ilə daha bir peyğəmbərlik yerinə yetdi. Belə ki, Allah onu üç gündən sonra ruhani varlıq kimi diriltdi. Diriləndən sonra o, 500-dən çox şagirdinə göründü. Göyə qaldırılmazdan əvvəl İsa öz davamçılarına tapşırdı ki, Allahın Padşahlığı barədə xoş xəbəri bütün millətlərə təbliğ etsinlər (Matta 28:19). Bəs onlar bu tapşırığı necə yerinə yetirəcəkdilər?

«Mattanın yazdığı xoş xəbər», «Markın yazdığı xoş xəbər», «Lukanın yazdığı xoş xəbər», «Yəhyanın yazdığı xoş xəbər» kitablarına və «Korinflilərə birinci məktub»a əsaslanıb.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş