Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 sentyabr s. 20—25
  • Müjdəyə maraq göstərənlərə tez kömək edək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müjdəyə maraq göstərənlərə tez kömək edək
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • MÜJDƏYƏ MARAQ GÖSTƏRƏN İNSANLARA NECƏ KÖMƏK EDƏ BİLƏRİK?
  • DƏRS KEÇMƏYƏ BAŞLAYANDAN SONRA NƏ EDƏ BİLƏRİK?
  • YIĞINCAĞA İLK DƏFƏ GƏLƏNLƏRLƏ NECƏ DAVRANMALIYIQ?
  • Bu sualların cavabını tapın
    Rayon toplantısının proqramı 2025/26 (rayon nəzarətçisinin iştirakı ilə)
  • Xidmətdən daha çox sevinc duyun
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 sentyabr s. 20—25

TƏLİM MƏQALƏSİ 39

NƏĞMƏ 54 «Yol budur»

Müjdəyə maraq göstərənlərə tez kömək edək

«Əbədi həyat yolunda yeriməyə meyli olanların hamısı iman gətirdi» (HƏV. 13:48).

ƏSAS FİKİR

İnsanlara Müqəddəs Kitab dərsi təklif etmək və onları ibadət görüşünə dəvət etmək vacibdir.

1. İnsanlar xoş xəbərə necə münasibət göstərir? (Həvarilərin işləri 13:47, 48; 16:14, 15).

BİRİNCİ əsrdə xoş xəbəri eşidən insanların çoxu onu dərhal qəbul etmişdi. (Həvarilərin işləri 13:47, 48; 16:14, 15 ayələrini oxuyun.) Bu gün də müjdəni ilk dəfə eşidən bəzi insanlar onu sevinclə qarşılayırlar. Hətta həqiqətə əvvəl-əvvəl maraq göstərməyənlər, ola bilər, sonradan onu qəbul etsin. Bəs təbliğ zamanı «əbədi həyat yolunda yeriməyə meyli olan» insanlara rast gələndə necə davranmalıyıq?

2. Hansı mənada şagird hazırlamaq işi bağbanlıq işinə bənzəyir?

2 Təbliğ işimizi bağbanın gördüyü işə bənzətmək olar. Bəzi bitkilər daha tez bar gətirir. Bağban həmin məhsulu dərhal yığır, amma eyni zamanda digər bitkilərə qulluq etməyə davam edir. Biz də müjdəyə qulaq asan insana rast gələndə ona yubanmadan Məsihin şagirdi olmağa kömək etmək istəyirik. Eyni zamanda hələ hazır olmayan insanlara Allahın Kəlamını öyrənməyin dəyərini izah etməyə davam edirik (Yəh. 4:35, 36). Dərrakə bizə hər iki vəziyyətdə insanlara kömək etməyin ən yaxşı yolunu seçməyə kömək edəcək. Gəlin görək bizi dinləməyə hazır olan insanlara ilk söhbətimiz zamanı necə kömək edə bilərik. Həmçinin öyrənəcəyik ki, belə insanların ruhani cəhətdən inkişaf etməyə davam etməsi üçün nə edə bilərik.

MÜJDƏYƏ MARAQ GÖSTƏRƏN İNSANLARA NECƏ KÖMƏK EDƏ BİLƏRİK?

3. Təbliğdə həqiqətə maraq göstərən insanlarla qarşılaşanda nə etməliyik? (1 Korinflilərə 9:26).

3 Təbliğdə həqiqətə maraq göstərən insanlara rast gələndə istəyirik onlara bacardığımız köməyi göstərək və onlar əbədi həyata aparan yolda yeriməyə başlasınlar. Belə insanlara elə ilk söhbətimizdə Müqəddəs Kitab dərsi təklif etməyə və onları görüşlərimizə dəvət etməyə çəkinməməliyik. (1 Korinflilərə 9:26 ayəsini oxuyun.)

4. Abzasdakı hadisədən nə öyrəndiniz?

4 Dərs keçməyi təklif edin. Söhbət etdiyimiz bəzi insanlar Müqəddəs Kitab dərsi keçməyə dərhal razı olur. Məsələn, Kanadada bir gənc qadın həftənin dördüncü günü ədəbiyyat arabamıza yaxınlaşır və «Əbədi xoşbəxt həyat!» broşürünü götürür. Orada duran bacımız ona izah edir ki, bu broşürlə ödənişsiz Müqəddəs Kitab dərsləri də keçirik. Bu, qadına maraqlı gəlir və onlar bir-birilərinə telefon nömrələrini verirlər. Elə həmin gün qadın bacımıza yazıb nə vaxt dərs keçə biləcəklərini soruşur. Bacımız həftəsonu gəlməyi təklif edəndə qadın deyir: «Bəlkə, sabah gələsiniz?» Həmin həftənin beşinci günü onlar dərs keçirlər. Həftəsonu isə qadın ilk dəfə yığıncaq görüşünə qatılır və bundan sonra ruhani cəhətdən sürətlə inkişaf edir.

5. Əgər insanın Müqəddəs Kitabı araşdırmağa hazır olmadığını görürüksə, nə edə bilərik? (Həmçinin şəkillərə baxın.)

5 Əlbəttə, hər kəs bu qadın kimi Müqəddəs Kitab dərsi keçməyə dərhal razılaşmır. Bəzilərinə daha çox vaxt lazımdır. Əvvəlcə söhbətə insana maraqlı gələn mövzudan başlamaq olar. Əgər ümidimizi üzməsək və həmin insana maraq göstərməyə davam etsək, ola bilsin, qısa zamanda ona dərs keçməyə başlayacağıq. Bəs dərs keçməyi necə təklif edə bilərik? Gəlin görək Müqəddəs Kitab dərsi başlamaqda səriştəli olan bacı-qardaşlar bununla bağlı hansı məsləhətləri verirlər.

Kollaj: 1) İki qardaş evinin qabağında oturan yaşlı kişi ilə danışır. 2) İki bacı uşaqlı qadına mənzilinin qapısı ağzında «Əbədi xoşbəxt həyat!» broşürü vasitəsilə təbliğ edir. Ana balaca oğlunu qucağında saxlayıb, digər oğlu isə onun yanında dayanıb.

Şəkildəki insanların dərs keçməyə razılaşması üçün onlara nə deyərdiniz? (5 və 6-cı abzaslara baxın)a


6. İnsana söhbətimizi davam etdirməyi necə təklif edə bilərik?

6 Bu təbliğçilər və öncüllər öz təcrübələrini bölüşərək deyirlər ki, bəzi ərazilərdə «dərs keçmək», «öyrətmək» kimi sözlərin əvəzinə, «söhbət etmək», «müzakirə etmək», «Müqəddəs Kitabı daha yaxşı başa düşmək» kimi sözləri işlətmək daha məsləhətlidir. Növbəti söhbətə zəmin yaratmaq üçün belə deyə bilərsiniz: «Maraqlıdır ki, Müqəddəs Kitabda həyati vacib sualların cavabı var», yaxud «Müqəddəs Kitab sadəcə dini kitab deyil, orada həyatımızın bir çox sahəsi ilə bağlı gözəl məsləhətlər var». Sonra belə demək olar: «Bunun üçün çox vaxt lazım deyil, 10-15 dəqiqə ərzində dəyərli bir şey öyrənə bilərsiniz». Bunları deyərkən yaxşı olar, «vaxt təyin etmək», yaxud «hər həftə» sözlərini istifadə etməyəsiniz. Çünki o özünü nəyəsə məcbur hiss edə bilər.

7. Bəziləri həqiqəti tapdıqlarını nə vaxt başa düşürlər? (1 Korinflilərə 14:23—25).

7 İbadət görüşünə dəvət edin. Görünür, həvari Bulusun yaşadığı dövrdə bəziləri həqiqəti tapdıqlarını ilk dəfə ibadət görüşünə gələndən sonra başa düşmüşdülər. (1 Korinflilərə 14:23—25 ayələrini oxuyun.) Eyni şeyi bizim dövrümüz haqda da demək olar. Əksər insanlar yığıncağa gəlməyə başlayandan sonra daha tez inkişaf edirlər. Bəs onları yığıncağa nə vaxt dəvət etmək yaxşı olar? «Əbədi xoşbəxt həyat!» kitabında şagird yığıncağa 10-cu dərsdə dəvət olunur, amma o vaxta qədər gözləməyə ehtiyac yoxdur. İnsanı elə ilk söhbət zamanı həftəsonu görüşə dəvət edə bilərsiniz. Ona açıq nitqin adını demək, yaxud həmin həftə müzakirə olunacaq «Gözətçi qülləsi» məqaləsindən hansısa fikri bölüşmək olar.

8. Kimisə yığıncaq görüşünə dəvət edəndə hansı məqamları vurğulamaq yaxşı olar? (Əşiya 54:13).

8 İnsanı yığıncağa dəvət edəndə izah edin ki, bizim görüşlərimiz başqa dinlərin görüşlərindən fərqli keçir. «Gözətçi qülləsi»nin müzakirəsində ilk dəfə iştirak edən bir qadın ona dərs keçən bacıdan soruşmuşdu: «Görüşü aparan insan hamının adını bilir?» Bacı izah etmişdi ki, ailə üzvlərimizin adını bildiyimiz kimi burada da hamını adbaad tanımağa çalışırıq. Şagird bunun getdiyi kilsədən çox fərqləndiyini demişdi. Çoxları üçün yığıncaqlarımızın keçirilmə məqsədi də fərqli gəlir. (Əşiya 54:13 ayəsini oxuyun.) Biz Yehovaya ibadət etmək, Ondan öyrənmək və bir-birimizi ruhlandırmaq üçün birgə toplaşırıq (İbr. 2:12; 10:24, 25). Elə buna görə də yığıncaqlarımız nizam-intizamlı şəkildə keçir, orada rituallar və ayinlər icra olunmur (1 Kor. 14:40). Bundan əlavə, ibadət evləri sadə və işıqlıdır. Bunun sayəsində rahat təlim ala bilirik. Üstəlik, bitərəf olduğumuz üçün biz heç vaxt bir partiyanın digərindən üstün olduğunu müzakirə etmirik, yaxud şəxsi fikrimizi yürüdən debatlar aparmırıq. Şagirdimizə əvvəlcədən «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərməyin köməyi dəyə bilər. Beləcə, onun görüşlərimiz haqda müəyyən təsəvvürü yaranacaq.

9, 10. İnsanın yığıncağa gəlməyə tərəddüd etməməsi üçün ona nə deyə bilərik? (Həmçinin şəklə baxın.)

9 Bəziləri qorxur ki, ibadət görüşünə gəlsələr, onları Yehovanın Şahidi olmağa məcbur edərik. İnsana deyin ki, kimsə yığıncağımıza gələndə biz çox sevinirik, onu orada nəsə etməyə məcbur etmirik, o, sadəcə oturub qulaq asa bilər. Görüşlərimizə ailəlikcə, uşaqlarınızla birlikdə gələ bilərsiniz. Uşaqlar valideynlərindən ayrı təlim almır, hamı birlikdə oturub qulaq asır. Bunun sayəsində valideynlər uşaqlarının kiminlə olduğunu və nə öyrəndiklərini bilirlər (Qan. 31:12). Görüşlərimizdə pul yığılmır. Biz İsa Məsihin bu əmrinə tabe oluruq: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mət. 10:8). Bundan başqa, insana deyə bilərsiniz ki, bahalı paltar geyinməyə ehtiyac yoxdur. Allah üçün insanın görünüşü yox, ürəyi vacibdir (1 İşm. 16:7).

10 İnsan yığıncağa gələrsə, onu bacardığınız qədər xoş qarşılayın, ağsaqqallarla və digər təbliğçilərlə tanış edin. O özünə qarşı mehriban münasibət görsə, çox yəqin ki, yenə gəlmək istəyəcək. Əgər Müqəddəs Kitabı yoxdursa, sizinkinə baxmağı təklif edin. Həmçinin nitqi və müzakirəni necə izlədiyimizi ona izah edin.

Əvvəlki şəkildəki ana ibadət evinə gəlir, bacı-qardaşlar onu çox səmimi qarşılayırlar. O, kiçik oğlunu qucağında saxlayır, böyük oğlu isə başqa balaca oğlanla danışır.

İnsan yığıncaqlara nə qədər tez gəlməyə başlasa, bir o qədər tez Yehovaya yaxınlaşacaq (9 və 10-cu abzaslara baxın)


DƏRS KEÇMƏYƏ BAŞLAYANDAN SONRA NƏ EDƏ BİLƏRİK?

11. İnsanın vaxtını nəzərə aldığınızı necə göstərə bilərsiniz?

11 Kiməsə Müqəddəs Kitab dərsi keçərkən hansı amilləri yadda saxlamalıyıq? İnsanın vaxtını nəzərə aldığınızı göstərin. Yaşadığınız ərazidə gecikmək adi hal olsa da, siz təyin etdiyiniz vaxtda gedin. Həmçinin yaxşı olar ki, ilk dəfə dərs keçərkən müzakirəni qısa vaxtda bitirəsiniz. Hətta insan daha çox öyrənmək istəsə də, təcrübəli təbliğçilərin dediyinə görə dərsi tez yekunlaşdırmaq məsləhətdir. Həm də çox danışmayın, daha çox ev yiyəsinin danışmasına imkan verin (Məs. 10:19).

12. Müqəddəs Kitab dərsinə başladığımız andan məqsədimiz nə olmalıdır?

12 Lap başdan sizin məqsədiniz insana Yehovanı və İsanı tanımağa və onları sevməyə kömək etmək olmalıdır. Bunu necə edə bilərsiniz? Diqqəti özünüzə və ya biliyinizə yox, Allahın Kəlamına yönəldin (Həv. 10:25, 26). Həvari Bulus insanlara təlim verərkən diqqəti, əsasən, İsa Məsihə yönəldirdi. Çünki İsa Yehovanı tanımağımıza və sevməyimizə kömək etmək üçün gəlmişdi (1 Kor. 2:1, 2). Bundan əlavə, Bulus məsihilərə başa salırdı ki, yeni şagirdlərə qızıl, gümüş və daş-qaş qədər dəyərli olan gözəl xüsusiyyətləri yetişdirməyə kömək etmək vacibdir (1 Kor. 3:11—15). Bu xüsusiyyətlərə iman, hikmət, bəsirət və Yehova xofu daxildir (Zəb. 19:9, 10; Məs. 3:13—15; 1 But. 1:7). Bulusun təlim üsulundan nümunə götürərək şagirdinizə möhkəm iman yetişdirməyə və səmavi Atası ilə sıx münasibət qurmağa kömək edin (2 Kor. 1:24).

13. İnsanlara təlim verərkən səbir və anlayışı necə göstərə bilərik? (2 Korinflilərə 10:4, 5; həmçinin şəklə baxın.)

13 İsadan nümunə götürərək səbirlə və anlayışla təlim verin. İnsanı pis vəziyyətdə qoyan şəxsi suallar verməyin. Şagirdə nəyisə başa düşmək çətin gəlirsə, bunun üstündə çox dayanmayın. Bir müddət sonra həmin fikirlərə yenidən qayıda bilərsiniz. Həmçinin şagird hansısa təlimi qəbul etmirsə, onu məcbur etməyin. Həqiqətin onun ürəyində kök atmasına vaxt verin (Yəh. 16:12; Kol. 2:6, 7). Müqəddəs Kitabda deyilir ki, yalan təlimlər yıxmalı olduğumuz «güclü istehkam» kimidir. (2 Korinflilərə 10:4, 5 ayələrini oxuyun.) Amma yaxşı olar, şagirdin istehkamını onun başına yıxmayaq, əksinə, əvvəlcə ona yeni istehkam tikməyə, yəni Yehovada pənah tapmağa kömək edək (Zəb. 91:9).

Əvvəlki şəkildəki yaşlı kişi iki qardaşla birlikdə «Əbədi xoşbəxt həyat!» kitabını araşdırır. Yaxınlıqdakı rəfin üstündə hərbi medallar var.

Həqiqətin şagirdin ürəyində kök atması üçün vaxt verin (13-cü abzasa baxın)


YIĞINCAĞA İLK DƏFƏ GƏLƏNLƏRLƏ NECƏ DAVRANMALIYIQ?

14. Yığıncağa yeni gələnlərlə necə davranmalıyıq?

14 Yehova istəyir ki, biz insanların maddi vəziyyətindən, mədəniyyətindən və haralı olmasından asılı olmayaraq, onlarla mehriban davranaq, ayrı-seçkilik etməyək (Yaq. 2:1—4, 9). Bəs yığıncağa yeni gələnlərə necə məhəbbət göstərə bilərik?

15, 16. Yığıncağa yeni gələnlərin özlərini rahat hiss etməsi üçün nə edə bilərik?

15 Bəzi insanlar yığıncağa sırf maraq xatirinə gəlirlər, digərlərini isə, ola bilsin, başqa ərazidə yaşayan dostu və ya qohumu təşviq edib. Buna görə də belə insan yığıncağa gələndə yaxınlaşıb onunla söhbət edin, dostyana olun, amma hədsiz canfəşanlıq göstərməyin. Birlikdə oturmağı təklif edin. Öz Müqəddəs Kitabınızı, təlim vəsaitinizi onunla bölüşün, ya da ona ayrıca nüsxə verin. Bundan əlavə, yeni gələnlərə anlayış göstərin. Məsələn, ibadət görüşünə gələn bir kişi onu qarşılayan qardaşa demişdi ki, gündəlik geyimdə gəldiyinə görə bir az narahatdır. Qardaşımız onu ürəkləndirib izah etdi ki, Yehovanın Şahidləri yığıncağa belə qəşəng geyinsələr də, adi insanlardır. Bu kişi sonralar vəftiz olundu. O, qardaşın ona göstərdiyi münasibəti heç vaxt unutmadı. Bir məqamı unutmayın: yeni gələnlərə yığıncaqdan əvvəl və sonra diqqət göstərərkən ehtiyatlı olun ki, onlara şəxsi suallar verməyəsiniz (1 But. 4:15).

16 Yığıncağa yeni gələnlərin özlərini rahat hiss etməsi üçün başqa bir sahəyə də diqqət yetirməliyik. Söhbətimizdə, şərhlərimizdə, yaxud yığıncağın bəndi ilə çıxış edərkən Yehovanın Şahidi olmayan insanlar və onların etiqadı barədə hörmətcil danışmalıyıq. Onlar üçün təhqir kimi səslənən, yaxud yığıncağa bir daha gəlmələrinə mane olacaq sözlər işlətməməliyik (Tit. 2:8; 3:2). Məsələn, heç vaxt onların etiqadı haqda alçaldıcı danışmamalıyıq (2 Kor. 6:3). Xüsusilə də açıq nitqlə çıxış edən qardaşlar buna fikir verməlidirlər. Bundan əlavə, qardaşlar auditoriyada Yehovanın Şahidi olmayan insanların da olduğunu nəzərə alaraq, çalışırlar, onların başa düşməyəcəyi sözləri və terminləri izah etsinlər.

17. Yehova haqda öyrənmək istəyən insanlara rast gələndə məqsədimiz nə olmalıdır?

17 Hər ötən gün şagird hazırlamaq işi daha da təcili olur. Odur ki, biz «əbədi həyat yolunda yeriməyə meyli olan» insanları axtarmağa davam edirik (Həv. 13:48). Belə insanlarla rastlaşanda onlara Müqəddəs Kitab dərsi təklif etməyə və ya yığıncağa dəvət etməyə çəkinməməliyik. Bununla biz onlara «həyata aparan» yolda ilk addımlarını atmağa kömək edirik (Mət. 7:14).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Müjdəyə maraq göstərən insanlara ilk söhbətdən necə kömək edə bilərik?

  • Şagirdə dərs keçməyə başlayandan sonra hansı məsləhətlərə əməl edə bilərik?

  • Yığıncağa ilk dəfə gələnlərin özlərini rahat hiss etməsi üçün nə edə bilərik?

NƏĞMƏ 64 Biçin işində sevinclə iştirak edək

a ŞƏKLİN İZAHI. Təqaüdə çıxmış bir hərbçi kresloda əyləşib dincəlir. İki qardaş ona yaxınlaşıb söhbət edir; iki bacı işi başından aşan bir anaya qısaca şahidlik verir.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş