Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həvarilərin işləri 4
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Həvarilərin işlərinin məzmunu

      • Butrusla Yəhyanı sorğu-suala çəkirlər (1—4)

        • İman gətirənlərin sayı 5000 adama çatır (4)

      • Sinedrion qarşısında (5—22)

        • «Biz danışmaya bilmərik» (20)

      • Cəsarət haqda dua (23—31)

      • Şagirdlər var—yoxlarını bir—birilə bölüşürlər (32—37)

Həvarilərin işləri 4:1

Çarpaz istinadlar

  • +Hv 23:8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    3/2020 s. 31

    «Şəhadət verək», s. 31

Həvarilərin işləri 4:2

Haşiyələr

  • *

    Yaxud təlim verir.

Çarpaz istinadlar

  • +Hv 4:33; 17:18

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 31

Həvarilərin işləri 4:3

Çarpaz istinadlar

  • +Lk 21:12

Həvarilərin işləri 4:4

Çarpaz istinadlar

  • +Hv 2:41; 6:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 35

Həvarilərin işləri 4:6

Çarpaz istinadlar

  • +Yh 18:13
  • +Mt 26:57; Lk 3:2; Yh 11:49—51

Həvarilərin işləri 4:8

Çarpaz istinadlar

  • +Hv 7:55

Həvarilərin işləri 4:9

Çarpaz istinadlar

  • +Hv 3:7

Həvarilərin işləri 4:10

Çarpaz istinadlar

  • +Hv 2:36
  • +Hv 2:24; 5:30
  • +Hv 3:6

Həvarilərin işləri 4:11

Çarpaz istinadlar

  • +Zb 118:22; Əş 28:16; Mt 21:42; 1Bt 2:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/8/2011 s. 13

    1/10/2000 s. 12

Həvarilərin işləri 4:12

Çarpaz istinadlar

  • +Mt 1:21; Hv 10:43; Fp 2:9, 10
  • +Yh 1:12; 14:6; 1Tm 2:5, 6

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Allaha ibadət edin», s. 37—38

Həvarilərin işləri 4:13

Haşiyələr

  • *

    Dini məktəblərdə təhsil almayan.

Çarpaz istinadlar

  • +Mt 11:25; 1Kr 1:26, 27
  • +Yh 7:14, 15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/5/2008 s. 30—31

    1/5/2006 s. 22—23

Həvarilərin işləri 4:14

Çarpaz istinadlar

  • +Hv 3:11
  • +Lk 21:15

Həvarilərin işləri 4:16

Çarpaz istinadlar

  • +Yh 11:47
  • +Hv 3:9, 10

Həvarilərin işləri 4:17

Çarpaz istinadlar

  • +Hv 5:40

Həvarilərin işləri 4:20

Çarpaz istinadlar

  • +Hv 5:29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 22

Həvarilərin işləri 4:21

Çarpaz istinadlar

  • +Lk 22:2; Hv 5:26

Həvarilərin işləri 4:24

Çarpaz istinadlar

  • +Çx 20:11; Nə 9:6; Zb 146:6

Həvarilərin işləri 4:25

Çarpaz istinadlar

  • +2İş 23:1, 2

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/10/2004 s. 14

Həvarilərin işləri 4:26

Haşiyələr

  • *

    Yaxud Məsihinə.

Çarpaz istinadlar

  • +Zb 2:1, 2

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/10/2004 s. 14

Həvarilərin işləri 4:27

Çarpaz istinadlar

  • +Lk 23:12
  • +Zb 45:7; Hv 10:38

Həvarilərin işləri 4:28

Çarpaz istinadlar

  • +Əş 53:10; Lk 24:44; Hv 2:23; 1Bt 1:20

Həvarilərin işləri 4:29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 34—35

Həvarilərin işləri 4:30

Çarpaz istinadlar

  • +Hv 2:43; 5:12
  • +Hv 3:16

Həvarilərin işləri 4:31

Çarpaz istinadlar

  • +Hv 2:2, 4
  • +1Sk 2:2

Həvarilərin işləri 4:32

Çarpaz istinadlar

  • +Hv 2:44, 45

Həvarilərin işləri 4:33

Çarpaz istinadlar

  • +Hv 1:21, 22; 4:2

Həvarilərin işləri 4:34

Çarpaz istinadlar

  • +Hv 2:44, 45

Həvarilərin işləri 4:35

Çarpaz istinadlar

  • +Hv 5:1, 2
  • +Hv 6:1

Həvarilərin işləri 4:36

Çarpaz istinadlar

  • +Hv 11:22; 12:25

Həvarilərin işləri 4:37

Çarpaz istinadlar

  • +Lk 12:33

Digər

Həv. 4:1Hv 23:8
Həv. 4:2Hv 4:33; 17:18
Həv. 4:3Lk 21:12
Həv. 4:4Hv 2:41; 6:7
Həv. 4:6Yh 18:13
Həv. 4:6Mt 26:57; Lk 3:2; Yh 11:49—51
Həv. 4:8Hv 7:55
Həv. 4:9Hv 3:7
Həv. 4:10Hv 2:36
Həv. 4:10Hv 2:24; 5:30
Həv. 4:10Hv 3:6
Həv. 4:11Zb 118:22; Əş 28:16; Mt 21:42; 1Bt 2:7
Həv. 4:12Mt 1:21; Hv 10:43; Fp 2:9, 10
Həv. 4:12Yh 1:12; 14:6; 1Tm 2:5, 6
Həv. 4:13Mt 11:25; 1Kr 1:26, 27
Həv. 4:13Yh 7:14, 15
Həv. 4:14Hv 3:11
Həv. 4:14Lk 21:15
Həv. 4:16Yh 11:47
Həv. 4:16Hv 3:9, 10
Həv. 4:17Hv 5:40
Həv. 4:20Hv 5:29
Həv. 4:21Lk 22:2; Hv 5:26
Həv. 4:24Çx 20:11; Nə 9:6; Zb 146:6
Həv. 4:252İş 23:1, 2
Həv. 4:26Zb 2:1, 2
Həv. 4:27Lk 23:12
Həv. 4:27Zb 45:7; Hv 10:38
Həv. 4:28Əş 53:10; Lk 24:44; Hv 2:23; 1Bt 1:20
Həv. 4:30Hv 2:43; 5:12
Həv. 4:30Hv 3:16
Həv. 4:31Hv 2:2, 4
Həv. 4:311Sk 2:2
Həv. 4:32Hv 2:44, 45
Həv. 4:33Hv 1:21, 22; 4:2
Həv. 4:34Hv 2:44, 45
Həv. 4:35Hv 5:1, 2
Həv. 4:35Hv 6:1
Həv. 4:36Hv 11:22; 12:25
Həv. 4:37Lk 12:33
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
Müqəddəs Kitab
Həvarilərin işləri 4:1—37

Həvarilərin işləri

4 Butrusla Yəhya xalqa üz tutub danışarkən kahinlər, məbədin rəisi və saddukilər+ gəldilər. 2 Bu adamlar həvarilərə hirslənmişdilər, çünki həvarilər xalqın qarşısında vəz edir* və İsanın dirilməsi haqqında açıq-aşkar danışırdılar.+ 3 Onlar həvariləri tutdular və artıq axşam olduğu üçün ertəsi günədək həbsdə saxladılar.+ 4 Ancaq həvariləri dinləyənlərin çoxu iman gətirdi. Bu adamların sayı təxminən beş min nəfərə çatdı.+

5 Ertəsi gün yəhudilərin rəhbərləri, ağsaqqalları və mirzələri Yerusəlimdə yığışdı. 6 Böyük kahin Hənna+, həmçinin Qayafa+, Yuhənna, Aleksandr və böyük kahinin bütün qohum-əqrəbası orada idi. 7 Onlar həvariləri ortaya gətirib sorğu-suala başladılar: «Bu işi hansı qüvvə ilə və kimin adı ilə etdiniz?» 8 Bu zaman Butrus müqəddəs ruhla dolub+ onlara dedi:

«Ey xalqın rəhbərləri və ağsaqqallar! 9 Əgər bu gün biz bir şikəst adama etdiyimiz yaxşılığa görə sorğu-suala çəkiliriksə+ və siz onun kimin adı ilə sağaldığını bilmək istəyirsinizsə, 10 onda qoy hamınıza, bütün İsrail xalqına məlum olsun ki, bu adam dirəkdə edam etdiyiniz,+ lakin Allahın diriltdiyi+ nəsrani İsa Məsihin adı sayəsində+ qarşınızda sapsağlam dayanıb. 11 İsa “siz bənnaların heç saydığı daşdır. Ancaq bu daş küncün əsas daşı oldu”.+ 12 Bunu da bilin ki, ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur+ ki, onun sayəsində xilas ola bilək».+

13 Onlar Butrus və Yəhyanın cəsarətlə danışdığını, lakin savadsız*, sadə adam+ olduqlarını görəndə əvvəl çaşıb qaldılar, amma sonradan başa düşdülər ki, onlar İsa ilə bir yerdə olan adamlardandırlar.+ 14 Üstəlik, onların yanında duran sağalmış adama+ baxanda deməyə bir söz tapmadılar.+ 15 Onda həvarilərə Sinedrion zalından çıxmağı əmr edib öz aralarında məşvərətə başladılar: 16 «Bunlarla nə edək?+ Axı onlar, doğrudan da, qeyri-adi bir iş görüblər, bütün Yerusəlim camaatı+ da bunu bilir. Biz bunu inkar edə bilmərik. 17 Amma bu əhvalat camaat arasında daha çox yayılmasın deyə, gəlin onlara hədə-qorxu gələk və tapşıraq ki, bir də bu adla heç kəsə heç nə danışmasınlar».+

18 Həvariləri çağırıb onlara əmr etdilər ki, bir də İsanın adı ilə heç nə danışmasınlar və heç nə öyrətməsinlər. 19 Amma Butrus və Yəhya onlara dedilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? 20 Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik».+ 21 Onlar həvarilərə yenidən hədə-qorxu gəlib buraxdılar, çünki onları cəzalandırmağa bir bəhanə tapmadılar.+ Bir yandan da bütün xalq bu hadisəyə görə Allaha alqış edirdi, 22 çünki möcüzəvi surətdə sağalmış o adamın yaşı qırxı ötmüşdü.

23 Həvarilər azadlığa buraxılandan sonra bacı-qardaşların yanına gedib böyük kahinlərin və ağsaqqalların sözlərini onlara danışdılar. 24 Bu sözləri eşidəndə hamısı birlikdə ucadan Allaha dua etdilər:

«Ya Külli-İxtiyar! Göyü, yeri, dənizi və onların içindəki hər şeyi Sən yaratmısan.+ 25 Sən müqəddəs ruh vasitəsilə, ulu atamız olan qulun Davudun dili ilə+ belə demisən: “Nə üçün xalqlar vurnuxdu, ümmətlər boş şeylər düşündü? 26 Dünyanın padşahları qalxdı, hökmdarlar bir nəfər kimi Yehovaya və Onun məsh etdiyinə* qarşı birləşdi”.+ 27 Bəli, Hirod və Ponti Pilat+ bu şəhərdə başqa xalqlardan olan adamlarla və İsrail xalqı ilə birləşib məsh etdiyin müqəddəs qulun İsaya qarşı çıxdılar+ ki, 28 Sənin Öz gücünə və niyyətinə əsasən qabaqcadan müəyyən etdiyin şeyləri icra etsinlər.+ 29 Ona görə də indi Yehova, onların hədə-qorxularını eşit və bizə, Öz qullarına qüvvət ver ki, Sən şəfa vermək üçün əlini uzadarkən, 30 müqəddəs qulun İsanın adı ilə əlamətlər və möcüzələr göstərilərkən+ Sənin sözünü bundan sonra da cəsarətlə danışaq».+

31 Onların hərarətli duasından sonra yığışdıqları yer silkələndi və hər biri müqəddəs ruhla doldu.+ Onlar Allahın sözünü cəsarətlə danışmağa başladılar.+

32 İman yoluna qoşulan camaat canbir qəlbdə yaşayırdı, hər şeyləri ümumi olduğundan heç kəs: «Bu mənimkidir», — demirdi.+ 33 Həvarilər Ağa İsanın dirilməsi haqqında qüdrətlə şəhadət verirdilər,+ Allah da Öz lütfünü onların üzərinə bol-bol tökürdü. 34 Aralarında heç kim korluq çəkmirdi,+ çünki kimin tarlası, ya evi vardısa, onu satır, pulunu isə 35 gətirib həvarilərin qabağına qoyurdu+ və bu pul hər kəsə ehtiyacına görə paylanırdı.+ 36 Əslən kiprli və Lavi nəslindən olan Yusif də (həvarilər onu Barnəba+ çağırırdılar, mənası «təsəlli oğlu» deməkdir) 37 öz torpaq sahəsini satdı və pulunu gətirib həvarilərin qabağına qoydu.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş