Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həvarilərin işləri 5
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Həvarilərin işlərinin məzmunu

      • Hənənya və Səfirə (1—11)

      • Həvarilərin göstərdiyi möcüzələr (12—16)

      • Həbs və azadlıq (17—21a)

      • Yenidən Sinedrion qarşısında (21b—32)

        • «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (29)

      • Qəmlailin məsləhəti (33—40)

      • Ev-ev təbliğ (41, 42)

Həvarilərin işləri 5:1

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/10/2008 s. 6

    1/7/2006 s. 19

Həvarilərin işləri 5:2

Çarpaz istinadlar

  • +Hv 4:34, 35

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 35

    «Gözətçi qülləsi»,

    15/10/2008 s. 6

    1/7/2006 s. 19

Həvarilərin işləri 5:3

Çarpaz istinadlar

  • +Hv 5:9
  • +Zb 101:7; Ef 4:25; Kl 3:9

Həvarilərin işləri 5:12

Çarpaz istinadlar

  • +Hv 4:29, 30; 6:8; 14:3; 15:12; Rm 15:18, 19; 2Kr 12:12
  • +Yh 10:23; Hv 3:11

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 37—38

Həvarilərin işləri 5:14

Çarpaz istinadlar

  • +Hv 6:7

Həvarilərin işləri 5:15

Çarpaz istinadlar

  • +Mt 9:20, 21

Həvarilərin işləri 5:17

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 38

Həvarilərin işləri 5:18

Çarpaz istinadlar

  • +Lk 21:12

Həvarilərin işləri 5:19

Çarpaz istinadlar

  • +Zb 34:7; Hv 12:7; 16:26; İb 1:7, 14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 38

Həvarilərin işləri 5:20

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 38

Həvarilərin işləri 5:22

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    3/2020 s. 31

Həvarilərin işləri 5:26

Çarpaz istinadlar

  • +Lk 20:19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    3/2020 s. 31

Həvarilərin işləri 5:27

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 36, 39

Həvarilərin işləri 5:28

Çarpaz istinadlar

  • +Hv 4:18
  • +Mt 27:25; Hv 3:14, 15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 21

    «Şəhadət verək», s. 37

Həvarilərin işləri 5:29

Çarpaz istinadlar

  • +Dn 3:17, 18; Hv 4:19, 20

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 21

    «Şəhadət verək», s. 39

    «Gözətçi qülləsi»,

    1/1/2006 s. 13—14

    1/2/2003 s. 28—29

Həvarilərin işləri 5:30

Haşiyələr

  • *

    Yaxud ağacdan.

Çarpaz istinadlar

  • +Hv 2:23, 24

Həvarilərin işləri 5:31

Çarpaz istinadlar

  • +Hv 3:15
  • +Mt 1:21; İb 2:10
  • +Hv 2:32, 33; Fp 2:9
  • +Əş 53:11; Hv 2:38; 10:43

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    Müqəddəs Kitab, s. 1710

Həvarilərin işləri 5:32

Çarpaz istinadlar

  • +Yh 15:26
  • +Lk 24:46—48; Hv 1:8

Həvarilərin işləri 5:34

Çarpaz istinadlar

  • +Hv 22:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 40

    «Gözətçi qülləsi»,

    15/5/2008 s. 31

Həvarilərin işləri 5:38

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 21

    «Şəhadət verək», s. 40

Həvarilərin işləri 5:39

Çarpaz istinadlar

  • +Ms 21:30
  • +Hv 26:14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 21

    «Şəhadət verək», s. 40

    «Gözətçi qülləsi»,

    1/1/2006 s. 14—17

Həvarilərin işləri 5:40

Çarpaz istinadlar

  • +Mt 10:17; Mr 13:9

Həvarilərin işləri 5:41

Çarpaz istinadlar

  • +Mt 5:12; Hv 16:25; Rm 5:3; 2Kr 12:10; Fp 1:29; İb 10:34; 1Bt 4:13

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Allahın Padşahlığı», s. 135

    «Şəhadət verək», s. 40—41

Həvarilərin işləri 5:42

Çarpaz istinadlar

  • +Hv 20:20
  • +Hv 4:31

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 18

    «Şəhadət verək», s. 41—42

Digər

Həv. 5:2Hv 4:34, 35
Həv. 5:3Hv 5:9
Həv. 5:3Zb 101:7; Ef 4:25; Kl 3:9
Həv. 5:12Hv 4:29, 30; 6:8; 14:3; 15:12; Rm 15:18, 19; 2Kr 12:12
Həv. 5:12Yh 10:23; Hv 3:11
Həv. 5:14Hv 6:7
Həv. 5:15Mt 9:20, 21
Həv. 5:18Lk 21:12
Həv. 5:19Zb 34:7; Hv 12:7; 16:26; İb 1:7, 14
Həv. 5:26Lk 20:19
Həv. 5:28Hv 4:18
Həv. 5:28Mt 27:25; Hv 3:14, 15
Həv. 5:29Dn 3:17, 18; Hv 4:19, 20
Həv. 5:30Hv 2:23, 24
Həv. 5:31Hv 3:15
Həv. 5:31Mt 1:21; İb 2:10
Həv. 5:31Hv 2:32, 33; Fp 2:9
Həv. 5:31Əş 53:11; Hv 2:38; 10:43
Həv. 5:32Yh 15:26
Həv. 5:32Lk 24:46—48; Hv 1:8
Həv. 5:34Hv 22:3
Həv. 5:39Ms 21:30
Həv. 5:39Hv 26:14
Həv. 5:40Mt 10:17; Mr 13:9
Həv. 5:41Mt 5:12; Hv 16:25; Rm 5:3; 2Kr 12:10; Fp 1:29; İb 10:34; 1Bt 4:13
Həv. 5:42Hv 20:20
Həv. 5:42Hv 4:31
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
Müqəddəs Kitab
Həvarilərin işləri 5:1—42

Həvarilərin işləri

5 Lakin Hənənya adında bir adam arvadı Səfirə ilə birgə mülkünü satdı. 2 O, pulun bir qismini gizlətdi. Bundan arvadının da xəbəri var idi. Pulun qalan hissəsini gətirib həvarilərin qabağına qoydu.+ 3 Amma Butrus ona dedi: «Hənənya! Necə oldu ki, sən Şeytana uyub müqəddəs ruha+ yalan danışdın,+ tarlanın pulunun bir hissəsini gizlətdin? 4 Məgər satdığın torpaq əvvəl səninki deyildi? Satışdan aldığın pul sənin ixtiyarında deyildi? Bəs nə üçün ürəyində belə niyyət tutdun? Sən insanlara yox, Allaha yalan söylədin». 5 Hənənya bu sözləri eşidən kimi yıxılıb öldü. Bundan xəbər tutan hər kəs bərk qorxuya düşdü. 6 Cavanlar qalxıb onu kəfənlədilər və aparıb basdırdılar.

7 Təxminən üç saatdan sonra Hənənyanın arvadı gəldi. Onun bu hadisədən xəbəri yox idi. 8 Butrus ondan soruşdu: «De görüm tarlanı bu qiymətə satmısınız?» O cavab verdi: «Bəli». 9 Onda Butrus ona dedi: «Siz niyə Yehovanın ruhunu sınamaq üçün sözləşmisiniz? Bax, ərini dəfn edənlərin ayaq səsləri gəlir, indi səni də aparıb basdıracaqlar». 10 Qadın həmin andaca Butrusun ayaqları önündə yıxılıb öldü. Cavanlar içəri girəndə gördülər ki, qadın ölüb və onu aparıb ərinin yanında dəfn etdilər. 11 Bütün yığıncaq əhli və bu haqda eşidənlər bərk qorxuya düşdü.

12 Bundan əlavə, xalq arasında həvarilərin vasitəsilə çoxlu əlamət və möcüzə göstərilirdi.+ Onlar adətən Süleyman sütunları adlanan yerə yığışırdılar.+ 13 Başqalarınınsa onlara qoşulmağa cürəti çatmırdı. Bununla belə, xalq onlar barədə yüksək fikirdə idi. 14 Çoxlu sayda kişi və qadın da Ağaya iman gətirib onlara qoşulurdu.+ 15 Camaat xəstələrini yorğan-döşəkdəcə çıxardıb baş küçələrdə qoyurdu ki, Butrus keçəndə heç olmasa kölgəsi onlardan bəzilərinin üstünə düşsün.+ 16 Hətta ətraf şəhərlərdən də adamlar Yerusəlimə axışır, xəstələrini və murdar cinlərin incitdiyi adamları gətirirdilər. Onların hamısı sağalırdı.

17 Baş kahin və onunla olan Sadduki təriqətinin üzvləri paxıllıqdan yana-yana ayağa qalxdılar və 18 həvariləri tutub zindana atdılar.+ 19 Lakin gecə Yehovanın mələyi zindanın qapılarını açdı+ və onları çölə çıxarıb dedi: 20 «Gedin, məbəddə durub bu həyatla bağlı hər şeyi xalqa danışın». 21 Bu sözlərdən sonra həvarilər sübh tezdən məbədə gəlib vəz etməyə başladılar.

Baş kahin və onunla olanlar gələndə Sinedrion üzvlərini və İsrailin ağsaqqallar məclisinin hamısını yığdılar, sonra həvariləri gətirtmək üçün zindana adam yolladılar. 22 Lakin keşikçilər zindana gələndə həvariləri orada tapmadılar və geri dönüb bu haqda belə məlumat verdilər: 23 «Biz gələndə zindanın qapıları bərk-bərk bağlı idi, gözətçilər də yerlərində durmuşdular, lakin qapıları açdıqda içəridə heç kimi tapmadıq». 24 Məbədin rəisi və böyük kahinlər bu sözləri eşidəndə çaşbaş qaldılar. Onlar bu işin nə ilə qurtaracağını bilmirdilər. 25 Bir nəfər gəlib onlara xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə durub camaatı öyrədirlər». 26 Onda məbədin rəisi və keşikçilər gedib həvariləri gətirdilər, amma onlara qarşı zor işlətmədilər, qorxurdular ki, xalq onları daşa basar.+

27 Həvariləri gətirib Sinedrion qarşısına çıxartdılar. Baş kahin onları sorğu-suala tutub 28 dedi: «Məgər bu adamın adı ilə vəz etməyi sizə qəti qadağan etməmişdik?+ Siz isə öz təliminizi bütün Yerusəlimə yaymısınız və bu adamın qanını bizim boynumuza yıxmaq istəyirsiniz».+ 29 Butrus və o biri həvarilər cavab verib dedilər: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik.+ 30 Dirəkdən* asıb öldürdüyünüz İsanı ata-babalarımızın Allahı diriltdi.+ 31 Allah onu Öndər+ və Xilaskar+ kimi yüksəldib Öz sağında oturtdu+ ki, İsrail tövbə etsin və günahları bağışlansın.+ 32 Buna biz və Allahın Ona hökmdar kimi itaət edənlərə verdiyi müqəddəs ruh+ şahiddir».+

33 Bu sözləri eşidəndə onlar bərk qəzəblənib özlərindən çıxdılar və həvariləri öldürmək istədilər. 34 Lakin bütün xalqın hörmətini qazanmış, Qanun müəllimi Qəmlail+ adlı bir fərisi Sinedrionun önündə ayağa qalxıb əmr etdi ki, həvariləri müvəqqəti bayıra çıxarsınlar. 35 Oradakılara isə belə dedi: «Ey İsrail oğulları! Bu adamlara nə etmək istədiyinizi yaxşı-yaxşı düşünün. 36 Misal üçün, bu yaxınlarda Tevda adlı birisi iddia edirdi ki, guya böyük adamdır və təqribən dörd yüz nəfər də ona qoşulmuşdu. Amma onu öldürdülər, adamları da pərən-pərən olub yoxa çıxdılar. 37 Ondan sonra siyahıyaalma günlərində cəliləli Yəhuda ortaya çıxıb ardınca xeyli adam apardı. Ancaq o da öldü və ardıcılları dağılışıb hərəsi bir yana getdi. 38 Odur ki, sizə deyirəm: bu adamlara dəyməyin, onlardan əl çəkin, çünki bu işin və ya niyyətin arxasında insan durubsa, o baş tutmayacaq, 39 yox əgər Allah durubsa, siz onu dağıda bilməyəcəksiniz.+ Elə olmasın ki, Allahla savaşasanız».+ 40 Onlar Qəmlailin sözünə qulaq asdılar. Həvariləri çağırıb döydürdülər+ və bir də İsanın adı ilə danışmamağı əmr edib buraxdılar.

41 Həvarilər isə İsanın adı naminə təhqirə layiq görüldüklərinə görə Sinedriondan sevinə-sevinə çıxdılar.+ 42 Onlar hər gün məbəddə və ev-ev+ Məsih İsa haqqında müjdəni durmadan bildirir, insanlara öyrədirdilər.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş