Qanunun təkrarı
32 «Qulaq verin, ey göylər, görün nə deyirəm;
Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri.
2 Nəsihətim yağmur olub yağacaq,
Sözlərim şeh olub damacaq,
Çəmənliyə çisələyən narın yağışlar kimi,
Yaşıllığa tökülən leysanlar kimi.
3 Yehovanın adını bəyan edərəm.+
Allahımızın böyüklüyünü vəsf edin!+
5 Onlar isə rəzillik etdilər;+
Yox, onlar Onun övladları deyil. Özləri qüsurludur.+
Yolunu azmış, pozğun nəsil!+
Məgər sizi yoxdan var edən Atanız O deyil?+
O deyilmi sizi xəlq edən, ayağa qaldıran?
7 Keçmiş çağları yada salın,
Ötən nəsillərin yaşadığı illərə boylanın,
Atalarınızdan xəbər alın, sizə desinlər,+
Ağsaqqallarınızdan sorun, danışsınlar.
8 Haqq-Taala xalqlara miras verəndə,+
Adəm övladlarını* bir-birindən ayıranda,+
Sərhədlərini elə cızdı ki,+
İsrail oğulları saylarına görə pay alsın.+
11 Yuvasını silkələyən,
Balalarının üstündə süzən,
Qanadlarını gərib onları tutan,
Pərlərinin üstündə aparan qartal kimi,+
Tək apardı, Onunla özgə bir allah olmadı.+
Qayalardan süzülən bal,
Daşlardan çəkilən yağ canına qüvvət verdi,
14 Naxırın yağı ilə, qoyun-keçi südü ilə,
Piyli qoyunlarla,
Başan qoçları ilə, təkələrlə,
İri dənli buğdalarla onu bəslədi.+
Üzümün qanından, şərabdan içdin.
15 Yeşurun* piy bağlayanda sahibinə asi çıxıb şıllaq atdı.
Piy bağlamısan, şişib dərinə sığmırsan!+
O, Yaradanını, Allahı atdı,+
Onu xilas edən Qayaya xor baxdı.
17 Allaha yox, cinlərə,
Tanımadıqları allahlara,
Təzəlikcə peyda olmuş,
Ata-babalarınızın eşidib-bilmədiyi allahlara qurban gətirdilər.+
19 Yehova bunu görüb onları rədd eylədi,+
Axı oğul-qızları Onu təhqir elədi.
20 O dedi: “Onlardan üzümü döndərəcəyəm,+
Onda görəcəyəm aqibətlərini.
22 Qəzəbim od püskürür,+
Bu odun atəşi Məzarın* dərinliklərinədək çatır,+
Yeri, onun bütün bəhrəsini yandırıb-yaxacaq,
Dağların özülü zəbanə çəkərək yanacaq.
23 Bəlalarının üstünə bəla göndərəcəyəm,
Oxdanımı onların üstünə boşaldacağam.
Onları yırtıcı heyvanların dişinə verəcəyəm,+
Torpaqda sürünənlərin zəhərli dişinə tuş edəcəyəm.
25 Bayırda qılınc əhədlərini kəsəcək,+
Evdə dəhşət tüğyan edəcək.+
Gənc oğlanın da, cavan qızın da,
Çağanın da, ahılın da payı bu olacaqdır.+
26 Mən çoxdan deyərdim: “Qalxıb onları pərən-pərən edəcəyəm,
Adlarını yaddaşlardan siləcəyəm”.
Yoxsa deyərdilər: “Biz güclü çıxdıq,+
Bu işdə Yehovanın əli yoxdur”.
29 Kaş ki ağılları olaydı!+ Onda bir az düşünərdilər.+
Axırlarını fikirləşərdilər.+
30 Bir nəfər min nəfəri necə təqib edə bilər?
İki nəfər on min adamı necə qova bilər?+
Çün onların Qayası onları atdı,+
Yehova onları tərk etdi.
32 Tənəkləri Sədum tənəklərindən,
Əmurə bağlarındandır.+
Üzümlərinin hər giləsi zəhər tuluğu,
Salxımları zəqqumdur.+
33 Şərabları zəhrimar,
Amansız ilan* ağısı.
34 Bunu möhür altında,
Anbarımda saxlayıram.+
35 Qisas Mənimdir, əvəzi Mən çıxacağam,+
Vaxtı çatanda ayaqları sürüşəcək.+
Onların fəlakət günü yaxındır.
Aqibətləri astanadadır”.
36 Yehova Öz xalqını sorğu-suala çəkəcək.+
Lakin güclərinin tükəndiyini,
Yalnız biçarələrin, zavallıların qaldığını görəndə
Qullarına rəhmi gələcək.+
37 Sonra deyəcək: “Hanı allahları,+
Pənah apardıqları qayalar,
38 Qurbanlarının piyi ilə bəslədikləri,
Şərab təqdimələrini içirdikləri allahlar?+
Qoy qalxıb dadınıza yetişsinlər,
Pənahgahınız olsunlar.
Öldürən də Mənəm, həyat verən də.+
40 Əlimi göylərə qaldırıb
Əbədi varlığıma and içirəm,+
41 Əgər parlayan qılıncımı itiləyirəmsə,
Əlim hökmün icrası üçün qalxıbsa,+
Demək, düşmənlərimi intiqam haqlayacaq,+
Mənə asi düşənlərdən əvəz çıxacağam.
42 Oxlarımı qanla məst edəcəyəm,
Ölənlərin, əsirlərin qanı ilə.
Qılıncımı doyuracağam
Düşmən rəhbərlərinin başı ilə, cismi ilə”.
43 Ey xalqlar, Onun xalqı ilə şadlanın.+
O, qullarının qanını yerdə qoymayacaq.+
Düşmənlərindən qisas alacaq,+
Xalqının torpağı üçün kəffarə verəcək*».
44 Beləcə, Musa gəlib Nun oğlu Huşə*+ ilə birlikdə bu nəğmənin sözlərini bütün xalqa söylədi.+ 45 Söyləyib qurtarandan sonra 46 dedi: «Bu gün sizə söylədiyim xəbərdarlıq sözlərini ürəyinizə həkk edin+ ki, övladlarınıza qanunun bütün tələblərinə cidd-cəhdlə əməl etməyi aşılayasınız.+ 47 Bu, boş söz deyil, ölüm-dirim məsələsidir.+ Bu sözün sayəsində İordanı keçib tutacağınız torpaqda uzun ömür sürəcəksiniz».
48 Elə həmin gün Yehova Musa ilə danışıb dedi: 49 «Əriha ilə üzbəüz, Muab ölkəsində olan Abarimdəki+ Nəba dağına+ qalx, israillilərə verəcəyim Kənan diyarını seyr elə.+ 50 Sonra Harun Hur dağında+ ölüb ata-babalarına qovuşduğu* kimi, sən də bu dağda gözlərini həyata yumub ata-babalarına qovuşacaqsan. 51 Çünki Sin səhrasında, Qədisdəki Məriba suyunun+ yanında ikiniz də İsrail xalqının qarşısında Mənə hörmətsizlik etdiniz, israillilərin önündə müqəddəsliyimi uca tutmadınız.+ 52 İsrail xalqına verəcəyim diyarı uzaqdan görəcəksən, amma ayağını ora basmayacaqsan».+