Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-18 s. 2—6
  • Yehovanın Şahidləri nəyə inanırlar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri nəyə inanırlar?
  • Yehovanın Şahidləri nəyə inanırlar?
  • Başlıqlar
  • Oxşar material
  • Allah, Müqəddəs Kitab və Məsih
  • Allahın Padşahlığı
  • Gələcəyə olan ümid
  • Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Allahın Padşahlığı hökmranlıq edir
    Əbədi həyata aparan bilik
Əlavə
Yehovanın Şahidləri nəyə inanırlar?
T-18 s. 2—6

Yehovanın Şahidləri nəyə inanırlar?

Yehovanın Şahidləri bizim dövrümüzdə bütün başqa dini təşkilatlardan tamamilə fərqlənən beynəlxalq təşkilatdır. Haqqımızda çoxlu yanlış təsəvvürlər yayıldığından, kiminsə qabaqcadan hasil olmuş yanlış fikirlərə əsaslanan mənbələrdən bizim barəmizdə həqiqəti öyrənəcəyini gözləmək düzgün olmazdı. Buna görə də biz e’tiqadımızın əsas tə’limlərindən bə’zilərini sizə izah etməyə şadıq.

Allah, Müqəddəs Kitab və Məsih

Allahın şəxsi adı var və Yehovanın Şahidləri əmindirlər ki, Ona ibadət edənlər bu addan istifadə etməlidirlər. Hər şeyə Qadir olan Allah Musaya bildirdi ki, Onun adı «Yehova»dır (Çıxış 3:15; 15:3, KM). Musa, İbrahim və qədim zamanlarda yaşayan bir çox başqa sadiq adamlar Allahın adından istifadə etmişlər (Yaradılış 12:8; Hakimlər 6:24). Əslində Müqəddəs Yazılarda Yehova adına min dəfələrlə rast gəlinir. Bu səbəbdən, qədim zamanlarda yaşamış həmin sadiq insanlar kimi, biz də Allahın adından istifadə edir və bu adın izzətlənməsi üçün xidmət edirik (Yeşaya 43:10).

Yehovanın Şahidləri Əhdi-Ətiq kimi tanınan Müqəddəs Kitabın Yehova Allahdan ilham aldığına və bu gün Allahın əsas e’tibarilə insanlarla məhz bu kitab vasitəsilə ünsiyyətdə olduğuna tam əmindirlər. Davud padşah bunu belə ifadə etmişdir: «Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır» (2 Şamuel 23:2). Buna görə də biz Müqəddəs Kitaba dəqiqliklə riayət edir və özü-özünü izah etməsini onun ixtiyarına buraxırıq.

Yehovanın Şahidləri Əhdi-Cədid kimi tanınan «İncil» kitabını, «Tövrat» və «Zəbur» kimi tanınan İbranicə Müqəddəs Yazıların Allahdan ilham almış davamı kimi qəbul edirlər. Müqəddəs Yazıların bir hissəsi olan «Əhdi-Cədid» ilk başlanğıcda yunan dilində olmuş və eramızın birinci əsrində yaşayan yəhudilər tərəfindən yazılmışdır. Bu insanlar Musa, Yeşaya və Daniel kimi ibrani peyğəmbərləri tərəfindən yazılan Məsih haqqındakı peyğəmbərliklərin həyata keçməsinin canlı şahidləri olmuşlar. Onlar Yaradılış 49:10, Yeşaya 52:13–53:12 və Daniel 9:24-27 ayələrində yazılan peyğəmbərliklərin o dövrün nadir müəllimi olan İsanın üzərində yerinə yetdiyini görmüşdülər.

Bu səbəbdən, Yehovanın Şahidləri İsanı Məsih kimi — bəşəriyyəti Adəmin günahının nəticələrindən xilas etmək üçün Allahın tə’yin etdiyi qanuni vasitə kimi qəbul edirlər. Musanın qanun əhdi günahların yuyulması üçün qurbana ehtiyac duyulduğunu göstərirdi (Levililər 16:6, 11, 15, 30; Saylar 15:22-29). Ancaq bu əhd şərti və müvəqqəti idi (Çıxış 19:5, 6). Yeremya peyğəmbər həmişəlik olaraq günahların tam bağışlanmasını tə’min edəcək «yeni bir əhd» haqqında danışırdı (Yeremya 31:31-34). Kamil qurbana əsaslanan bu «yeni... əhd» vasitəsilə sadiq insanlar və’d edilmiş yer üzündəki Cənnətə daxil ola bilərdilər (Yeşaya 53:4-6, 10-12; 65:21-25).

Yehovanın Şahidləri Xristian dünyasının bir hissəsi deyillər. Əslində Xristian dünyası İsanın ölümündən təxminən 300 il sonra əmələ gəlib və onun e’tiqadları İsanın öyrətdiklərindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, biz Xristian dünyasının İsanın Allah olduğunu öyrədən Üç üqnum tə’limini qəbul etmirik. Müqəddəs Yazıların heç bir yerində bu cür küfr tə’limi yoxdur (Qanunun təkrarı 6:4; Mark 12:29; Yəhya 14:28). Biz ibadətimizdə rəmz olaraq nə xaçdan, nə də bütlərdən istifadə edirik. Bütün bunları Müqəddəs Kitab ittiham edir (Çıxış 20:3-5; 1 Yəhya 5:21).

Allahın Padşahlığı

Allahın Padşahlığı haqqındakı mövzu, sözsüz ki, bütün Müqəddəs Yazıları əhatə edir. Daniel peyğəmbər Məsih haqqında demişdir: «Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyəcək, əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq» (Daniel 7:13, 14). Yehovanın Şahidləri inanırlar ki, Allahın Padşahlığı Məsihin idarə etdiyi real hökumətdir və bu hökumətin rəhbərliyi yer üzündə həqiqi sülhü bərpa edəcək (Yeşaya 9:6, 7; Məzmur 46:8, 9; 72:7).

Müqəddəs Yazılar göstərir ki, bu hökumət göylərdə yerləşir və onun Hökmdarı, dirildikdən sonra Allahın sağında oturan Məsihdir (Məzmur 110:1, 2). Yehovanın Şahidləri inanırlar ki, Məsihin rəhbərliyi altında milyardlarla insanlar nəticədə yer üzündə əbədi həyatı miras alacaqlar. Bu səbəbdən biz qəti əminik ki, Yer kürəsi heç vaxt məhv edilməyəcək və Müqəddəs Kitabın bu və’di yerinə yetəcəkdir: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29).

Bəs Allahın Padşahlığının gəlişi necə olacaq? Müqəddəs Kitab dəqiq göstərir ki, Padşahlığın gəlişi Allahın bu dünyanın işlərinə birbaşa müdaxiləsini tələb edəcək: «Göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və... bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44).

Allahın Padşahlığı nə vaxt gələcək? Müqəddəs Kitabın indiki zəmanədə yerinə yetən peyğəmbərlikləri əsasında Yehovanın Şahidləri inanırlar ki, Padşahlıq bizim günlərdə gələcək. Yunanca Müqəddəs Yazılarda indiki sistemin «axır günlər»inə dair əlamətləri ətraflı surətdə təsvir edən bir sıra peyğəmbərliklər var. Biz sizi, Matta 24:3-14; Luka 21:7-13, 25-32 və 2 Timoteyə 3:1-5 ayələrində yazılan həmin peyğəmbərliklərdən bə’zilərini nəzərdən keçirməyə də’vət edirik.

Biz Allahımız Yehovanı bütün ürəyimizlə, canımızla, düşüncəmizlə və qüvvətimizlə sevirik, həmçinin yaxınlarımızı özümüz kimi sevdiyimiz üçün, aramızda milli, irqi və ya sosial ayrılıq yoxdur (Levililər 19:18; Qanunun təkrarı 6:4, 5; Mark 12:30, 31). Biz bütün xalqlardan olan ruhani bacı və qardaşlarımız arasında mövcud olan birlik və məhəbbət sayəsində geniş tanınmışıq. Bu, «son günlərdə» bütün xalqlardan olan insanların Allaha birlikdə ibadət etdiklərinə və ‘cəng etməyi öyrənmədiklərinə’ dair olan peyğəmbərliklərə müvafiqdir (Yeşaya 2:2-4; Sefanya 3:9; Yəhya 13:35). Bu səbəbdən, biz bütün xalqların siyasi işlərinə qarşı bitərəf mövqe tuturuq. İnanırıq ki, Allaha düzgün ibadət etmək əxlaqsız davranış tərzindən, o cümlədən yalandan, oğurluqdan, cinsi əxlaqsızlıqdan, zinadan, homoseksualizmdən, qandan istifadə etməkdən, bütpərəstlikdən və Müqəddəs Yazılarda ittiham olunan bu kimi başqa əməllərdən qaçınmaq deməkdir (Çıxış 20:3-5, 13-17; Levililər 17:10; 20:13; Məzmur 15:1-5; 1 Korinflilərə 6:9-11).

Gələcəyə olan ümid

Yehovanın Şahidləri inanırlar ki, indiki sistemin irəli sürdüyü «doğum — həyat — ölüm» ideyası hər şeyin sonu demək deyil. Biz gələcək həyata, o cümlədən Allahın Padşahlığının rəhbərliyi altında ölülərin dirilməsinə dair tam əminliyə malikik. Müqəddəs Kitab tə’liminə əsasən biz inanırıq ki, insan öləndə öz mövcudluğuna son qoyur (Məzmur 146:3, 4; Vaiz 9:5; Yezekel 18:4). Buna görə də Müqəddəs Kitabda ölməz can və ya reinkarnasiya haqqında tə’lim yoxdur. Daha doğrusu, insanın gələcəkdə olacaq həyatı dirilmə zamanı Allahın onu yada salıb-salmamasından asılıdır (Yeşaya 25:8; Daniel 12:1, 2, 13).

Bununla bərabər, Yehovanın Şahidləri əmindirlər ki, Allahın Padşahlığı mövcud olan hakimiyyətlərin hamısına son qoyan zaman, bu gün yaşayan insanlardan bir çoxları sağ qalacaq. Sonra, Tufanda sağ qalan Nuh və onun ailəsi kimi, həmin sağ qalacaq insanlar yaşamağa davam edəcək və təmizlənmiş yer üzündəki həyatdan həzz alacaqlar (Yeşaya 11:1-9; 65:17; Matta 24:36-39). Bu dünyanın sonunda sağ qalmaq üçün, Yehovanın tələblərinə müvafiq olmaq lazımdır, çünki Müqəddəs Kitabda deyilir: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq» (Süleymanın məsəlləri 2:20-22; Məzmur 37:9-11, 29).

Aydındır ki, Yehovanın Şahidlərinin e’tiqadlarının hamısını burada əhatə etmək qeyri-mümkündür, amma biz sizi yaxınlığınızda yaşayan Yehovanın Şahidlərindən əlavə mə’lumat əldə etməyə də’vət edirik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş