Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 8—11
  • Müqəddəs Yazıların kitabı nömrə 42 Luka

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 42 Luka
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 8—11

Müqəddəs Yazıların kitabı nömrə 42 Luka

Yazan: Luka

Yazıldığı yer: Qeysəriyə

Yazılması başa çatıb: b. e. təx. 56-58-ci illəri

Əhatə etdiyi vaxt: b. e. ə. 3-cü ildən b. e. 33-cü ilinə qədər

«LUKANIN MÜJDƏSİ»Nİ iti ağıllı, xeyirxah ürəyi olan bir adam yazmışdır. Bu gözəl xüsusiyyətlərin Allahın ruhunun rəhbərliyi ilə cəmləşməsi sayəsində dəqiq, o cümlədən, səmimi və canlı bir hekayət yaranmışdır. Giriş ayələrində o deyir: «Mən də münasib gördüm ki, hər şeyi əvvəldən diqqətlə araşdırıb sıra ilə sənin üçün təsvir edim». Onun yazdığı ətraflı, dəqiq təqdimə bu sözlərin doğruluğunu təsdiq edir (Luka 1:3).

2 Müjdədə heç bir dəfə də olsun, Lukanın adına rast gəlməsək də, qədim ilahiyyatçılar kitabı onun yazdığına şübhə etmirdilər. Muratori fraqmentində (b. e. təx. 170-ci ili) bu Müjdə Lukaya aid edilir və ikinci əsrdə yaşamış İriney, İsgəndəriyyəli Klement kimi yazıçılar tərəfindən tanınırdı. Kitabın məzmunu da yazıçının Luka olduğuna işarə edir. Pavel onu Koloslulara 4:14 ayəsində «sevimli həkim Luka» adlandırır. O kitabı elə savadlı yazıb ki, bunu yalnız yaxşı təhsil almış adam, məsələn, həkim yaza bilərdi. Luka kitabı çox yaxşı dillə yazmışdır və digər üç Müjdənin yazıçıları birgə götürüldükdə, onun söz ehtiyatı onlarınkından daha zəngindir. Bunun da sayəsində kitabın vacib mövzusunu son dərəcə diqqətlə və hərtərəfli araşdırmaq mümkündür. Bə’ziləri onun israfçı oğul haqqında yazdığı məsəli indiyədək yazılmış ən yaxşı kiçik hekayə kimi qiymətləndirirlər.

3 Luka tibbi mə’nada 300-dən artıq termin və ya sözlərdən istifadə edir ki, Yunanca Müqəddəs Yazıların digər yazıçıları onları (əgər istifadə etsələr də) eyni cür işlətməmişləra. Məsələn, cüzamdan danışarkən Luka başqaları kimi həmişə eyni sözü işlətmirdi. Onlar üçün cüzam elə cüzam idi, ancaq həkim üçün isə cüzamın müxtəlif mərhələləri var idi, məsələn, Luka «bütün bədəni cüzamlı olan» bir adamdan danışırdı. O yazırdı ki, Lazarın «bədənini yara bürümüşdü». O biri Müjdələri yazanlardan heç biri Peterin qayınanasının ‘şiddətli qızdırması’ olduğunu demir (5:12; 16:20; 4:38). Digər üç nəfər Peterin baş kahinin qulunun qulağını kəsdiyini yazsa da, İsanın onu sağaltdığını yalnız Luka qeyd edir (22:51). «Daxilində xəstəlik ruhu olan bir qadın var idi; onun beli bükülmüşdü və qətiyyən düzələ bilmirdi» sözləri həkimin sözlərinə oxşayır. «Sevimli həkim Luka»dan başqa kim Samariyalının kişiyə göstərdiyi ilk yardımı hərtərəfli, yə’ni ‘yaralarına zeytun yağı və şərab tökərək sarıdığını’ təsvir edərdi? (13:11; 10:34).

4 Luka öz Müjdəsini nə zaman yazmışdır? Həvarilərin işləri 1:1 ayəsi göstərir ki, «Həvarilərin işləri» kitabını yazan (o da Luka idi) bundan əvvəl «birinci kitabı», yə’ni Müjdəni yazmışdı. «Həvarilərin işləri» çox ehtimal ki, eramızın 61-ci ilində, Luka qeysərə müraciətinin cavabını gözləyən Pavel ilə Romada olarkən yazılıb tamamlanmışdı. Belə çıxır ki, Luka Müjdəni təxminən eramızın 56-58-ci illərində Qeysəriyədə, Pavelin üçüncü missioner səyahətinin sonunda onunla birlikdə Filipidən qayıdandan sonra və Pavel müraciətinə görə Romaya aparılmamışdan Qeysəriyədə iki il həbsdə gözlədiyi vaxtda yazmışdır. Luka da burada, Fələstində olduğundan, bu vaxt ərzində İsanın həyatı və xidməti barədə ‘hər şeyi əvvəldən diqqətlə araşdırmaq’ üçün əlinə yaxşı imkan düşmüşdü. Beləliklə, Lukanın kitabı «Markın Müjdəsi»ndən öncə yazılmışdır.

5 Əlbəttə Luka Müjdəsində qələmə aldığı hər şeyin şahidi olmamışdı, o, onikilərdən biri deyildi və ola bilsin, hətta İsanın ölümünədək ona iman gətirməmişdi. Ancaq o, missioner xidmətində Pavel ilə sıx əməkdaşlıq etmişdi (2 Tim. 4:11; Filim. 23). Buna görə də, onun yazılarında Pavelin tə’siri hiss olunur, bunu Rəbbin axşam yeməyi haqqında Luka 22:19, 20 və 1 Korinflilərə 11:23-25 ayələrində yazılanları müqayisə etdikdə görmək olar. Əlavə mə’lumat mənbəyi kimi Luka «Mattanın Müjdəsi»nə müraciət edə bilərdi. ‘Hər şeyi diqqətlə araşdırarkən’ o, İsanın həyatındakı hadisələri öz gözləri ilə görmüş adamlardan, məsələn, hələ həyatda olan şagirdlərdən və ehtimal ki, İsanın anası Məryəmdən soruşa bilərdi. Əmin ola bilərik ki, Luka düzgün təfsilatları toplamaq üçün əlindən gələni etmişdi.

6 Dörd Müjdəni araşdırarkən aydın olur ki, onları yazanlar, sadəcə olaraq bir-birini təkrar etməmiş və ya Müqəddəs Kitabın ən vacib hekayəsi üçün bir neçə şahidlik təqdim etməkdən ötrü yazmamışlar. Lukanın kitabı hamısından fərqlənir. Ümimilikdə, onun Müjdəsində yazılanların 59 faizini təkcə bu kitabda tapmaq olar. O, kitabının üçdə bir hissəsini hekayələrə, üçdə iki hissəsini isə deyilən sözlərə həsr edərək, digər Müjdələrdə yazılmayan ən azı altı mö’cüzəni qələmə almış və o birilərdən iki dəfə çox nümunələr yazmışdır; onun Müjdəsi dördünün içində ən böyüyüdür. Matta, əsas e’tibarilə yəhudilər, Mark qeyri-yəhudilər, xüsusilə romalılar üçün yazmışdı. «Lukanın Müjdəsi» ‘möhtərəm Teofilə’ və onun vasitəsilə başqa adamlara, həm yəhudilərə, həm də qeyri-yəhudilərə ünvanlanmışdı (Luka 1:3, 4). Kitabını daha geniş oxucu kütləsi üçün yazaraq Luka, əsas e’tibarilə yəhudilər üçün yazan Mattadan fərqli olaraq, İsanın nəsil şəcərəsini təkcə İbrahimə qədər deyil, ‘Allah oğlu Adəmədək’ vermişdi. O, İsanın ‘millətləri aydınlatmaq’ üçün bir vasitə olduğu haqda Şimeonun peyğəmbərlik sözlərini xüsusi qeyd edir və deyir ki, «bütün bəşər Allahın xilasını görəcəkdir» (3:38; 2:29-32; 3:6).

7 Bütün kitabı boyunca Lukanın çox gözəl yazıçı olduğu aydın olur, onun kitabı yaxşı tərtib olunmuş və dəqiqdir. Lukanın yazılarındakı dəqiqlik və düzgünlük onların e’tibarlı olduğuna güclü sübutdur. Bir qanun yazıçısı qeyd etmişdi: «Romanlarda, əfsanələrdə və yalandan verilən şahidlikdə hadisələri uzaq yerlə və qeyri-müəyyən bir vaxtla bağlamağa çalışırlar, bununla da biz hüquqşünasların öyrəndiyi, məhkəmədə yaxşı ifadə vermək qaydalarını, yə’ni “ərizədə vaxtı və məkanı göstərmək” tələbini pozurlar. Müqəddəs Kitabda isə hadisələrin tarixi və yeri son dərəcə dəqiq verilib»b. Sübut olaraq o, Luka 3:1, 2 ayələrini gətirir: «Qeysər Tiberiusun hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudeya valisi, Hirod Qalileya tetrarxı, onun qardaşı Filip İtureya və Traxonitis vilayətinin tetrarxı, Lisanya Abileniya tetrarxı, Hanan ilə Qayafa baş kahin olduqları zaman, səhrada Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı gəldi». Vaxta və ya məkana gəldikdə, burada heç bir qeyri-müəyyənlik yoxdur, Luka həm də yeddi dövlət mə’murunun adını çəkir, beləliklə də biz Yəhyanın və İsanın xidmətə başladığı vaxtı müəyyən edə bilirik.

8 Luka həmçinin İsanın anadan olduğu vaxtı dəqiqləşdirmək üçün bizə iki mə’lumatı çatdırır. O deyir: «O günlərdə, qeysər Avqustusdan əmr gəldi ki, bütün yer üzündə siyahıyaalma keçirilsin. Bu, Kirinius Suriya valisi olarkən keçirilən ilk siyahıyaalma idi». Həmin vaxtı Yusif ilə Məryəm Bet-Lexemə qeyd olunmaq üçün getdi və onlar orada olarkən İsa doğulduc. «Bu, Lukanın tarixi dəqiqliyə dair apardığı ən ciddi araşdırmalarından biridir: o, həmişə son dərəcə dəqiqdir» deyən bir şərhçinin sözləri ilə razılaşmaya bilmərikd. Biz Lukanın ‘hər şeyi əvvəldən diqqətlə araşdırdığı’ sözlərinin həqiqət olduğunu e’tiraf etməliyik».

9 Luka həm də İbranicə Müqəddəs Yazılarda olan peyğəmbərliklərin İsa Məsih üzərində dəqiqliklə necə yerinə yetdiyini göstərir. O, İsanın bu barədə dediyi ilhamlanmış sözləri sitat gətirir (24:27, 44). Bundan başqa, gələcək hadisələrlə bağlı İsanın özünün söylədiyi peyğəmbərlikləri dəqiqliklə qələmə alıb, onların çoxu isə ən xırda təfərrüatlarına kimi yerinə yetib. Məsələn, eramızın 70-ci ilində Yerusəlim İsanın dediyi kimi, «sivri uclu dirəklərlə» (YD) mühasirəyə alındı və yerlə-yeksan edildi (Luka 19:43, 44; 21:20-24; Mat. 24:2). Roma ordusu ilə birlikdə olduğu üçün hadisələrin canlı şahidi olan tarixçi İosif Flavi təsdiq edir ki, şəhər ətrafının 16 km ərazisində ağaclarının hamısını dirək üçün qırmışdılar, mühasirə divarı 7,2 km uzunluğunda idi, qadınlar və uşaqlar aclıqdan ölürdülər, 1 000 000-dan çox yəhudi həyatını itirmiş, 97 000 nəfər isə əsir aparılmışdı. Bu gün də Tit tağında Romalıların müharibə zamanı Yerusəlim mə’bədindən əldə etdikləri qəniməti apardıqları zəfər yürüşünü təsvir edən relyefləri görmək olare. Əmin ola bilərik ki, Lukanın yazdığı Allahdan ilham almış digər peyğəmbərliklər də eyni şəkildə dəqiqliklə yerinə yetəcək.

BİZƏ FAYDASI

30 Lukanın yazdığı Müjdə insanda Allahın Kəlamına e’tibar yaradır və imanını möhkəmləndirir, bunun sayəsində o, allahsız dünyanın zərbələrinə qarşı dura bilir. Luka İbranicə Müqəddəs Yazılardakı peyğəmbərliklərin dəqiqliklə yerinə yetməsinə dair çoxlu nümunələr verir. Bu kitabda İsa ona verilən tapşırığı Yeşayanın kitabından götürdüyü xüsusi ifadələrlə təqdim edir və görünür, Luka bütün kitab boyu onu mövzu kimi işlədir (Luka 4:17-19; Yeşaya 61:1, 2). Bu, İsanın Peyğəmbərlərdən sitat gətirdiyi hallardan biri idi. O, həm də Qanundan və Məzmurlardan sitat gətirirdi. Qanundan gətirdiyi sitatlara Şeytanın üç təklifini rədd edərkən dediyi sözləri, Məzmurlardan gətirdiyi sitatlara isə düşmənlərindən: «Necə deyirlər ki, Məsih Davudun Oğludur?» deyə soruşmasını misal çəkmək olar. Lukanın kitabında İbranicə Müqəddəs Yazılardan çoxlu sayda başqa sitatlar da var (Luka 4:4, 8, 12; 20:41-44; Qanun. t. 8:3; 6:13, 16; Məz. 110:1).

31 Zəkəriyyə 9:9 ayəsində peyğəmbərlik edildiyi kimi, İsa sıpanın belində Yerusəlimə girəndə çoxlu sayda adam Məzmur 118:26 ayəsini ona aid edərək onu sevinclə salamladılar (Luka 19:35-38). Bir yerdə «Lukanın Müjdəsi»nin cəmi iki ayəsində İsanın rüsvayçılıq içində ölümünə, o cümlədən, dirilməsinə dair İbranicə Müqəddəs Yazılardan altı peyğəmbərliyin yerinə yetməsi göstərilir (Luka 18:32, 33; Məz. 22:7; Yeşaya 50:6; 53:5-7; Yun. 1:17). Axırda, diriləndən sonra İsa şagirdlərinə İbranicə Müqəddəs Yazıların hamısının əhəmiyyətli olduğunu inandırıcı tərzdə izah etdi. «Onlara dedi: “Mənim haqqımda Musanın Qanununda, peyğəmbərlərin yazılarında və Məzmurlarda yazılmış bütün şeylərin yerinə yetirilməsi lazımdır deyə, hələ sizinlə bərabər olarkən söylədiyim sözlər bunlardır”. O zaman Müqəddəs Yazıları dərk etmək üçün onların zehinlərini açdı» (Luka 24:44, 45). Luka və Yunanca Müqəddəs Yazıları yazan digər insanlar İbranicə Müqəddəs Yazılardakı peyğəmbərliklərin yerinə yetməsini dəqiqliklə izah etmişlər. Onları araşdırmaqla biz də İsa Məsihin ilk şagirdləri kimi, bilik alar və möhkəm imana sahib olarıq.

32 Bütün kitabı boyunca Luka hər dəfə oxucunun diqqətini Allahın Padşahlığına yönəldir. Artıq kitabın əvvəlində mələk Məryəmə və’d edir ki, dünyaya gətirəcəyi uşaq «əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin sonu olmayacaqdır». Son fəsillərdə İsa həvariləri Padşahlıq əhdinə daxil edir. Gördüyümüz kimi, Luka kitabın əvvəlindən axırına kimi Padşahlıq ümidini vurğulayır (1:33; 22:28, 29). O, İsanın Padşahlığın təbliği işində rəhbərliyi üzərinə götürdüyünü və bu işi görmək üçün əvvəlcə 12, sonra isə 70 həvarisini göndərdiyini göstərir (4:43; 9:1, 2; 10:1, 8, 9). İsanın sözlərində açıq-aydın vurğulanır ki, Padşahlığa girmək üçün Allaha tam sədaqətli olmalıyıq: «Qoy ölülər öz ölülərini dəfn etsinlər; sən isə get, Allahın Səltənətini təbliğ et», «Əlini kotan üstünə qoyub arxaya baxan kimsə Allahın Səltənətinə yaraşmaz» (9:60, 62).

33 Luka dua mövzusunu da xüsusi olaraq vurğulayır. Bu baxımdan onun Müjdəsi diqqətəlayiqdir. Burada Zəkəriyyənin mə’bəddə olduğu zaman camaatın dua etməsi, valideynlərinin uşaq üçün etdiyi duaya cavab olaraq Vəftizçi Yəhyanın doğulması və Annanın gecə-gündüz dua etməsi yazılıb. Həmçinin İsanın vəftiz olan zaman dua etməsi, 12 həvarini seçməzdən əvvəl bütün gecəni duada keçirməsi və görkəmi dəyişilərkən dua etməsi təsvir olunub. İsa onun üçün ədaləti bərpa edənədək dönə-dönə hakimə xahişlə müraciət edən dul qadın haqqında məsəl çəkərək, ‘daim dua etmək və heç ruhdan düşməməyi’ şagirdlərinə nəsihət etdi. Şagirdlərinin İsadan onlara dua etməyi öyrətməyi xahiş etməsini, Zeytun dağında dua edərkən mələyin İsaya qüvvət verməsini və İsanın sonuncu dəfə «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm» deyə dua etməsini yalnız Luka yazır (1:10, 13; 2:37; 3:21; 6:12; 9:28, 29; 18:1-8; 11:1; 22:39-46; 23:46). Lukanın Müjdəni yazdığı dövrdə olduğu kimi, indi də dua Allahın iradəsini yerinə yetirən insanların hamısını qüvvətləndirmək üçün vacibdir.

34 Heç bir şeyi gözdən qaçırmayan Luka iti ağlı və səlis dili ilə İsanın tə’limlərinə həyat verib, onları canlandırır. İsanın zəiflərə, məzlumlara və ruhdan düşmüş insanlara göstərdiyi məhəbbət, xeyirxahlıq və mərhəmət fəriseylərin və din alimlərinin soyuq, saxta və ikiüzlü dininin tam əksi kimi verilir (4:18; 18:9). İsa kasıbları, əsarətdə olanları, korları və mə’yusları daima ruhlandırır, bununla da ‘onun izləri ilə getmək’ istəyənlərə çox gözəl nümunə qoyur (1 Pet. 2:21).

35 Allahın kamil, mö’cüzələr göstərən oğlu İsa şagirdlərinin və bütün səmimi qəlbli insanların məhəbbətlə qayğısına qaldığı kimi, biz də xidmətimizi məhəbbətlə icra etməyə çalışmalıyıq, «çünki Allahımızın ürəyi mərhəmətlidir» (Luka 1:78). Bu baxımdan, Lukanın yazdığı Müjdə doğrudan da çox faydalıdır. İsa Məsihin başçılıq etdiyi Padşahlıq vasitəsilə ‘Allahın xilasına’ işarə edərək, «sevimli həkim» Lukanı bu dəqiq, ruhlandırıcı və imanı möhkəmləndirən kitabı yazmağa ilham verdiyi üçün biz Yehovaya minnətdarıq (Kolos. 4:14; Luka 3:6).

[Haşiyələr]

a «The Medical Language of Luke», 1954, W. K. Hobart. pages xi-xxviii.

b «A Lawyer Examines the Bible», 1943, I. H. Linton, page 38.

c «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 766, 767 (ing.).

d «Modern Discovery and the Bible», 1955, A. Rendle Short, page 211.

e «The Jewish War», V, 491-515, 523 (xii, 1-4); VI, 420 (ix, 3); həmçinin «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 751, 752 (ing.).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş