Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 17—19
  • Müqəddəs Yazıların kitabı nömrə 45 Romalılara

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 45 Romalılara
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 17—19

Müqəddəs Yazıların kitabı nömrə 45 Romalılara

Yazan: Pavel

Yazıldığı yer: Korinf

Yazılması başa çatıb: b. e. təx. 56-cı ili

«HƏVARİLƏRİN İŞLƏRİ» kitabında əvvəllər yəhudi məsihçilərinin amansız tə’qibçisi olan Pavelin bütün qeyri-yəhudilər üçün sə’ylə çalışan həvari olduğunu görürük. «Romalılara məktub»la biz indi sadiq xidmətçi olan keçmiş fəriseyə Allahın ilham verərək yazdırdığı 14 kitabı araşdırmağa başlayırıq. «Romalılara məktub»u yazana qədər Pavel artıq iki uzun missioner səyahətini bitirmiş, üçüncü səyahətinə başlamaq üzrə idi və Allahdan ilham almış beş başqa məktubu yazmışdı: Birinci və İkinci Saloniklilərə, Qalatiyalılara, Birinci və İkinci Korinflilərə. Buna baxmayaraq bizim müasir Müqəddəs Kitablarda «Romalılara məktub»un onlardan əvvəl gəlməsi münasibdir, çünki bu kitabda Pavelin təbliğ etdiyi iki qrup insanların, yəhudilərin və qeyri-yəhudilərin bərabərliyi təfərrüatı ilə müzakirə edilir. Orada Allahın Öz xalqına qarşı münasibətinin dəyişməsinin səbəbi izah edilir və göstərilir ki, ilhamlanmış İbranicə Müqəddəs Yazılarda xoş xəbərin qeyri-yəhudilərə də təbliğ olunacağı əvvəlcədən xəbər verilmişdi.

2 Pavel Tertini katib kimi istifadə edərək, Yunanca Müqəddəs Yazıların ən güclü kitablarından biri olan bu kitaba güclü dəlillər və İbranicə Müqəddəs Yazılardan çoxlu sayda sitatlar daxil edir. O, yəhudilərdən və qeyri-yəhudilərdən təşkil olunan birinci əsr məsihçi yığıncaqlarında qalxan problemləri qeyri-adi gözəl dillə müzakirə edir. Yəhudilər İbrahimin nəsli olduqları üçün başqalarından üstün idilərmi? Yetkin məsihçilərin Musanın Qanundan azad olmalarından istifadə edərək, hələ də keçmiş ən’ənələri izləyən ruhani cəhətdən zəif yəhudi qardaşlarını büdrətməyə haqları var idimi? Bu məktubda Pavel qətiyyətlə yəhudilərin və qeyri-yəhudilərin Allah qarşısında bərabər olduqlarını və insanların Musanın Qanunu vasitəsilə deyil, İsa Məsihə iman və Allahın lütfü sayəsində saleh e’lan olunduqlarını bildirir. Eyni zamanda, Allah məsihçilərdən tələb edir ki, üzərlərində olan hakimlərə itaət etsinlər.

3 Roma yığıncağının təməli necə qoyulmuşdu? Ən azı Pompeyin Yerusəlimi b. e. ə. 63-cü ildə zəbt etdiyi vaxtdan Romada böyük yəhudi icması olub. Həvarilərin işləri 2:10 ayəsində konkret olaraq deyilir ki, bu yəhudilərin bə’ziləri b. e. 33-cü ilinin Pentikost günü Yerusəlimdə idilər və onlar burada xoş xəbəri eşitdilər. Onlardan məsihçiliyi qəbul edənlər həvarilərdən tə’lim almaq üçün Yerusəlimdə qaldılar və Romadan olanlar sonralar şübhəsiz Romaya qayıtdılar, bə’ziləri çox ehtimal ki, Yerusəlimdə tə’qiblər başlanan zaman ora döndülər (Həv. iş. 2:41-47; 8:1, 4). Bundan əlavə, o zamankı insanlar çox səyahət edirdilər və Pavelin Roma yığıncağının belə çox üzvləri ilə yaxından tanış olmasını da bununla izah etmək olar. Ola bilər ki, onlardan bə’ziləri həqiqəti Yunanıstanda və Asiyada Pavelin təbliği nəticəsində eşitmişdilər.

4 Bu yığıncaq barədə ilk e’tibarlı mə’lumat Pavelin məktubundadır. Bundan aydın olur ki, bu yığıncaq həm yəhudilərdən, həm də qeyri-yəhudilərdən təşkil olunmuşdu və onların çalışqanlığı tə’rifəlayiq idi. Pavel deyirdi ki, onların ‘imanı bütün dünyada e’lan olunur’ və ‘itaətləri hamıya bəllidir’ (Rom. 1:8; 16:19). İkinci əsrdə yazan Svetoninin sözlərinə görə, Klavdinin hakimiyyəti zamanı (b. e. 41-54-cü illəri) yəhudilər Romadan qovulmuşdular. Ancaq Akila və Priskilanın Romada olmasından göründüyü kimi, sonradan onlar geri qayıtdılar. Onlar Pavelin Korinfdə görüşdüyü yəhudilərin arasında idilər və Klavdinin sərəncamı zamanı Romanı tərk etmiş, amma Pavelin Roma yığıncağına məktub yazdığı zaman artıq oraya dönmüşdülər (Həv. iş. 18:2; Rom. 16:3).

5 Məktubun mö’təbərliyi sübut olunmuşdur. O, giriş sözlərində deyildiyi kimi ‘İsa Məsihin qulu, həvariliyə də’vət olunan, Paveldən müqəddəsliyə də’vət olunmuş, Allah tərəfindən sevilən, Romada yaşayanların hamısına’ ünvanlanıb (Rom. 1:1, 7). Onun haqda başqa mənbələrdən olan mə’lumat Yunanca Müqəddəs Yazılara dair ən erkən mə’lumatların arasındadır. Peter ola bilsin altı-səkkiz il sonra yazdığı birinci məktubunda o qədər çoxlu oxşar ifadələr işlədir ki, bir çox Müqəddəs Kitab tədqiqatçıları onun «Romalılara məktub»un surətini yenicə gördüyünü düşünürlər. Aydındır ki, «Romalılara məktub» Pavelin yazdıqlarının bir hissəsi kimi qəbul olunurdu və b. e. birinci əsrinin sonu, ikinci əsrinin əvvəllərində yaşayan Romalı Klement, İzmirli Polikarp, Antakyalı İqnati bu kitabdan sitat gətirirdilər.

6 Çester Bittinin papirusu №2 (P46) adlanan kodeksdə Pavelin başqa səkkiz məktubu ilə yanaşı «Romalılara məktub» da var. Bu erkən kodeksə dair cənab Frederik Kenyon yazırdı: «İndi bizdə Pavelin məktublarının görünür, təxminən üçüncü əsrin əvvəlində yazılmış əlyazmalarının demək olar ki, hamısı var»a. Çester Bittinin Yunanca Müqəddəs Kitab papirusu, eramızın dördüncü əsrinə aid olan yaxşı tanınmış Sinay əlyazmasından və Vatikan əlyazması №1209-dan daha əvvəlki vaxtlara təsadüf olunur. Sonuncuların da hər ikisi «Romalılar məktub»u özünə daxil edir.

7 «Romalılara məktub» harada və nə zaman yazılıb? Müqəddəs Kitab şərhçilərinin arasında məktubun Yunanıstanda, çox ehtimal ki, Pavelin üçüncü missioner səyahətinin sonuna yaxın bir neçə aylıq baş çəkdiyi Korinfdə yazıldığına dair ziddiyyət yoxdur. Məktubun məzmunu da Korinfə işarə edir. Pavel məktubu oradakı yığıncağın üzvü Qayın evində yazmış və yaxınlıqdakı Korinf dəniz limanı Kenxreyadakı yığıncaqdan olan Fibini təqdim etmişdir. Görünür, məktubu Romaya çatdıran da Fibi olub (Rom. 16:1, 23; 1 Kor. 1:14). Romalılara 15:23 ayəsində Pavel yazır ki, onun ‘bu ölkələrdə artıq fəaliyyət sahəsi’ yoxdur, sonrakı ayədə isə missioner xidmətini qərbə, İspaniyaya doğru genişləndirmək niyyətində olduğunu göstərir. O bunu b. e. 56-cı ilinin əvvəlində, üçüncü səyahətinin sonuna yaxın yaza bilərdi.

BİZƏ FAYDASI

20 «Romalılara məktub» Allaha inam üçün məntiqi əsas gətirir: «Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür». Ancaq daha vacibi isə odur ki, bu kitab Allahın salehliyini ucaldır və Onun böyük mərhəmətini və lütfünü bəyan edir. Bu, əsl budaqları qoparılıb, yabanı budaqlar peyvənd olunan zeytun ağacının nümunəsində çox gözəl şəkildə diqqətimizə çatdırılır. Allahın sərtliyi və xeyirxahlığı üzərində düşünərək Pavel nida edir: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» (1:20; 11:33).

21 «Romalılara məktub»da Allahın müqəddəs sirrinin sonrakı açıqlanması məhz bununla bağlı olaraq izah edilir. Artıq məsihçi yığıncağında yəhudilərlə qeyri-yəhudilərin arasında fərq qoyulmur, ancaq bütün millətlərdən olan insanlar İsa Məsih vasitəsilə Yehovanın lütfünü qazana bilərlər. «Allah önündə ayrı-seçkilik yoxdur». «Daxildən yəhudi olan yəhudidir və hərfən deyil, ruhən, ürəkdə olan sünnətlilik əsl sünnətlilikdir». «Yəhudi ilə yunan arasında fərq yoxdur. Çünki hamısının Rəbbi birdir, Onu çağıranların hamısına qarşı əliaçıqdır». Onların hamısı əməlləri deyil, imanları sayəsində saleh sayılırlar (2:11, 29; 10:12; 3:28).

22 Roma yığıncağına ünvanlanmış məktubdakı məsləhətlər, allahsız dünyada oxşar çətinliklərlə üzləşən müasir məsihçilər üçün də eyni dərəcədə faydalıdır. Məsihçilər «bütün adamlarla», o cümlədən, yığıncaqdan kənar insanlarla ‘sülhdə olmağa’ təşviq olunurlar. «Hər adam öz üzərində olan hakimlərə tabe» olmalıdır, çünki bu, Allahın təşkil etdiyi quruluşdur və qanuna qulaq asanlar üçün deyil, bəd əməl edənlər üçün qorxuludur. Məsihçilər cəza qorxusuna görə deyil, vicdan baxımından qanuna tabe olmalıdırlar. Buna görə onlar vergiləri və rüsumları ödəyir, üzərlərinə düşən öhdəçilikləri yerinə yetirir, «məhəbbətdən başqa, heç kimə borclu» qalmırlar. Məhəbbət Qanunu icra edir (12:17-21; 13:1-10).

23 Pavel məktubda şahidlik etmək işini vurlğulayır. İnsan ürəkdən iman edərək bəraət qazandığı halda, imanını ağzı ilə iqrar edərək xilas olunur. «Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır». Lakin bunun üçün təbliğçilərin ‘yaxşı şeyləri müjdələmələri’ vacibdir. Əgər biz səsləri ‘yerin uclarına qədər çatan’ təbliğçilərin sırasındayıqsa, o zaman nə xoşbəxtik! (10:13, 15, 18). Təbliğ işinə hazırlaşarkən gəlin biz də Pavel kimi ilhamlanmış Müqəddəs Yazılarla yaxşı tanış olaq. Təkcə bir parçada (10:11-21) o, İbranicə Müqəddəs Yazılardan dönə-dönə sitat gətirirdi (Yeşaya 28:16; Yoel 2:32; Yeşaya 52:7; 53:1; Məz. 19:4; Qanun. t. 32:21; Yeşaya 65:1, 2). Buna görə də Pavel deyə bilmişdi: «Çünki bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun» (Rom. 15:4).

24 Məktubda məsihçi yığıncağında münasibətlərə dair çox gözəl praktiki məsləhətlər verilir. Milli, irqi və sosial mənşəyinə baxmayaraq, hamı müqəddəs xidməti Allahın ‘yaxşı, məqbul və kamil iradəsinə’ uyğun icra etmək üçün ağlını yeniləşdirməlidir (11:17-22; 12:1, 2). Pavelin Romalılara 12:3-16 ayələrində olan bütün məsləhətlərində necə də praktiki müdriklik var! Həqiqətən də, çalışqan olmaq və özümüzdə həlimlik tərbiyə etmək, həmçinin yığıncaqda bütün məsihçilər arasında zərif hisslər yaratmaq üçün burada çox gözəl öyüdlər verilir. Son fəsillərdə Pavel yığıncaqda parçalanma salanlarla ehtiyatlı olmaq və onlardan qaçmaq barədə ciddi xəbərdarlıq verir, amma o, məsihçi yığıncağında təmiz münasibətlərdən yaranan qarşılıqlı sevinc və təravət barədə də danışır (16:17-19; 15:7, 32).

25 Biz məsihçilər bir-birimizlə münasibətlərimizə həmişə nəzarət etməliyik. «Çünki Allahın Səltənəti yemək və içmək məsələsi deyil, ancaq salehlik, sülh və Müqəddəs Ruhda sevincdir» (14:17). Bu salehlik, sülh və sevinc əsasən ‘Məsihin həmvarislərinin’ payıdır, onlar səmavi Padşahlıqda Məsihlə ‘bərabər izzət qazanacaqlar’. «Romalılara məktub»da «sülh verən Allah isə tezliklə şeytanı ayaqlarınızın altında əzəcəkdir» sözləri ilə Edendə verilən Padşahlıq və’dinin yerinə yetirilməsində növbəti addımın nə olduğu göstərilir (Rom. 8:17; 16:20; Yar. 3:15). Bu böyük həqiqətlərə iman gətirərək, gəlin sevinc, sülh və ümidlə dolub-daşaq. Qoy biz Padşahlıq Zürriyyəti ilə qalib çıxmağa qəti qərarlı olaq, çünki əminik ki, nə yuxarıda göylərdə, nə aşağıda yerin altında olan şeylər, «nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır» (Rom. 8:39; 15:13).

[Haşiyələr]

a «Our Bible and the Ancient Manuscripts», 1958, page 188.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş